Məhkəmə qərarları › İş №e-2(011)-2014/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2014/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2014/2023 09.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı, "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********32873 Samsung Galaxy A10S markalı telefon üçün 181.4 (bir yüz səksən bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 18.6 (on səkkiz manat altmış qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********92494 Samsung Galaxy A12 markalı telefon üçün 216.7 (iki yüz on altı manat yetmiş qəpik) ödənilməmiş hissə, 21.3 (iyirmi bir manat otuz qəpik) manat cərimə, ümumilikdə 438 (dörd yüz otuz səkkiz) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 383.4 (üç yüz səksən üç manat qırx qəpik) manat (18 ay x 21.3 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********32873 Samsung Galaxy A10S markalı telefon üçün ümumilikdə 200 (iki yüz) manat olmaqla ondan, 181.4 (bir yüz səksən bir manat qırx qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 18.6 (on səkkiz manat altmış qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 363.6 (üç yüz altmış üç manat altmış qəpik) manat (12 ay x 30.3 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********92494 Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə, 238 (iki yüz otuz səkkiz) manat olmaqla ondan, 216.7 (iki yüz on altı manat yetmiş qəpik) ödənilməmiş hissə, güzəşt olunaraq 21.3 (iyirmi bir manat otuz qəpik) cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 348.9 (üç yüz qırx səkkiz manat doxsan qəpik) manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə iddia ərizəsinin icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Lakin,cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22291083 saylı müqaviləyə əsasən "xxxx" MMC İmei kodu **********32873 Samsung Galaxy A10S markalı telefon satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 18 ay müddətinə hər ay 21.3 (iyirmi bir manat otuz qəpik) manat məbləğində olmaqla, 0 manat məbləğində ilkin ödəniş edərək, cəmi 383.4 (üç yüz səksən üç manat qırx qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən məhsul qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23070184 saylı müqaviləyə əsasən "xxxx" MMC İmei kodu **********92494 Samsung Galaxy A12 markalı telefon satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 12 ay müddətinə hər ay 30.3 (otuz manat otuz qəpik) manat məbləğində olmaqla, 0 manat məbləğində ilkin ödəniş edərək, cəmi 363.6 (üç yüz altmış üç manat altmış qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən məhsul qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli, 22291083 saylı müqavilə üzrə ödənilməmiş 181.4 (bir yüz səksən bir manat qırx qəpik) manat, cərimə borcu üzrə 18.6 (on səkkiz manat altmış qəpik) manat, cəmi 200 (iki yüz) manat ödənilməmiş borcu; xx.xx.2021-ci il tarixli, 23070184 saylı müqavilə üzrə ödənilməmiş 216.7 (iki yüz on altı manat yetmiş qəpik) manat, cərimə borcu üzrə 21.3 (iyirmi bir manat otuz qəpik) manat, cəmi 238 (iki yüz otuz səkkiz) manat borcu vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən təhvil alınmış mal(lar)ın dəyəri üzrə ödənilməmiş əsas borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasibdir. Odur ki, tələb edilən cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 22291083 saylı müqavilə üzrə əsas borca görə 181.4 (bir yüz səksən bir manat qırx qəpik) manat, cərimə borcuna görə 18.6 (on səkkiz manat altmış qəpik) manat, xx.xx.2021-ci il tarixli, 23070184 saylı müqavilə üzrə əsas borca görə 216.7 (iki yüz on altı manat yetmiş qəpik), cərimə borcuna görə 21.3 (iyirmi bir manat otuz qəpik) manat, ümumilikdə 438 (dörd yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar