Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2031/2025 13.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – iddiaçı "xxxx" ASC-nin kiçik ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbi barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Mövcud iddia ərizəsindən görünür ki, iddiaçı ASC ilə X1 arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış və sonuncu xx.xx.2023-cü il tarixdə ölmüşdür. Mərhumun vərəsələri Cavabdeh1 və Cavabdeh2 olduğu barədə 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisindən məlumat əldə edilmişdir. Nəticədə iddiaçı mövcud tələbini mərhumun vərəsələrinə qarşı yönəldərək, onlardan ümumilikdə 1.923,09 manat məbləğində borc tələb etmiş və mövcud tələbini sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi formasında vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 149.2.3-cü maddəsinin tələbinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-3.2.3-cü və 284-3.2.4-cü maddələrinə əsasən iddiaçının tələbi və onun əsaslandığı hallar və tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar ərizədə göstərilməlidir. 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, iddiaçı hazırda sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ölmüş şəxsin vərəsələrindən borcun tutulmasını xahiş etsə də, lakin ölmüş şəxsin vərəsələrinə keçən miras əmlakın nədən ibarət olması barədə hər hansı bir sübutu (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə) məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, ölmüş şəxsin vərəsələri onlara keçən miras əmlakda paylarına münasibətdə miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyırlar. Hazırda isə miras qoyanın miras keçən əmlakı, vərəsələrin hər birinin miras əmlakdakı payları və borca münasibətdə miras əmlakın həcminin müəyyən edilməsi mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, kiçik iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149, 152-ci, 284-1, 284-3-cü maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbi barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-2031/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2031/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver