Məhkəmə qərarları › İş №e-2(011)-2053/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2053/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2053/2022 06.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı – 917,71 manat əsas, 962,85 manat faiz, 1645,60 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 137,15 manat faiz borcu və iş üzrə ödənilmiş 56,64 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Dəmir Bank“ ASC-nin Bakıxanov filialı ilə Cavabdeh arasında bağlanmış 995772-AZN nömrəli xx.xx.2014-cü il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən cavabdeh üçün 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. "xxxx" ASC-nin Bakıxanov filialı ilə Cavabdeh arasında bağlanmış 80007773 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında 01 nömrəli xx.xx.2017ci il tarixli Əlavə Saziş bağlanaraq, müqavilənin adında olan “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın kreditor qarşısındakı kredit 80007773 saylı xx.xx.2015-ci il və 995772 saylı xx.xx.2014cü il tarixli kredit kartı üzrə qalığı 1751,76 manat təşkil etmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1751,76 manat əsas borc, 190,22 manat cərimə borcu təşkil etmişdir. Borcalanın kreditor qarşısındakı kredit 80007773 saylı xx.xx.2015-ci il və 995772 saylı xx.xx.2014-cü il tarixli kredit kartı üzrə cəmi borc üzrə qalığı 1751,76 manat qalığı kreditə çevrilmişdir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təşkil etmişdir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 19 faiz ödəməli idi. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür.Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. xx.xx.2022-ci il tarixə Cavabdeh müqavilə üzrə cəmi borcu 3663,31 manat təşkil edir. Bundan 917,71 manat əsas, 962,85 manat faiz, 1645,60 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 137,15 manat faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********334 nömrəli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, bank tərəfindən Cavabdeh 24 ay müddətinə, 300 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarından olan İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış №80007773 saylı Kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh illik 19 faiz dərəcəsi ilə 12 ay müddətinə, 2000 manat məbləğində kredit verilmişdir İşin materiallarında olan 995772 saylı xx.xx.2014-cü il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə 01 saylı xx.xx.2017-ci il tarixli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit 80007773 saylı, xx.xx.2015-ci il və 995772 saylı xx.xx.2014-cü il tarixli kredit kartı üzrə üzrə qalığı 1751,76 manat təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1751,76 manat əsas borc, 190,22 manat cərimə borcu təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit 80007773 saylı, xx.xx.2015-ci il və 995772 saylı xx.xx.2014-cü il tarixli kredit kartı üzrə cəmi borc üzrə qalığı 1751,76 manat qalığı kreditə çevrilərək restrukturizasiya edilir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli problemli kreditlərin kompensasiyasından görünür ki, Cavabdeh kreditor qarşısındakı xx.xx.2019-cu il tarixinə əsasən 1551,76 manat kredit borcu 634,05 manat azaldılaraq 917,71 manat qalığı kreditə çevrilərək restrukturizasiya edilir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh qeyd edilən müqavilə üzrə İddiaçı ASC-nə 917,71 manat əsas, 962,85 manat faiz borcu, 1645,60 manat cərimə, 137,15 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, cəmi 3663,31 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan İddiaçı ASC tərərfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh göndərilmiş bildirişin surətindən görünür ki, o borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə cavabdehdən tutulmalı olan 917,71 manat əsas borcun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən tutulmalı olan 962,85 manat məbləğində faiz borcu, 1645,60 manat məbləğində cərimə borcu, 137,15 məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun məbləğini araşdıraraq belə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının “ təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Odur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı“ Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, kredit müqaviləsi üzrə Cavabdeh 917,71 manat məbləğində əsas borc tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi haqqında ərizəyə hüquqi qiymət verərək, qeyd edir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli razılaşma xx.xx.2019-cu ilədək bağlandığından, iddiaçı isə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etdiyindən, hazırkı mülki iş üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 56,64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş cavabdehdən 56,64 manat məbləğində rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 917,71 (doqquz yüz on yeddi manat yetmiş bir qəpik) manat məbləğində kredit borcu və 56,64 (əlli altı manat altmış dörd qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq LPO İddiaçı ASC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edlməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar