Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-209/2023 22.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-ci il tarixli, 2631 saylımüqavilələrinin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə avtomobilin geri verilməməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 23.665,42 (iyirmi üç min altı yüz altımış beş manat qırx iki qəpik) manat əsas borc pulun, 6.485 (altımin dörd yüz səksən beş) manat məbləğində cərimə pulunun, 45.800 (qırx beş min səkkiz yüz) manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 317,85 (üç yüz on yeddi manat səksən beş qəpik) manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı"xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "xxxx" MMC xx.xx.2019-ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir, onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai Sonata ” minik markalı, 2008-ci il buraxılışlı, KMHEU41AP8A539388 şassi (ban) nömrəli, gümüşü rəngli, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün cavabdeh X1ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-ci il tarixli, 2631 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 5500 beş min beş yüz) manat, 36 ay müddətinə, hər ay üzrə 708 (yeddi yüz səkkiz) manat ödəniş etməklə, cəmi 30.963,42 (otuz min doqquz yüz altımış üç manat qırx iki qəpik) manata satılmışdır, xx.xx.2019-ci il tarixli, 2631 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 oğlu müqavilə üzrə zaminlik edərək xx.xx.2019-ci il tarixli, 2631 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavbdeh X1 ödəniş etmədiyi təqdirdə zamin olaraq ödənişləri edəcəyini öhdəsinə götürmüşdür, lakin cavabdeh İsmayilov Kamran “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılışlı, KMHEU41AP8A539388 şassi (ban) nömrəli, gümüşü rəngli, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-ci il tarixli, 2631 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 5500 (beş min beş yüz) manat, 02 ay 708 (yeddi yüz səkkiz) manat, 01 ay 382 (üç yüz səksən iki) manatdan cəmi 7.298 (yeddi min iki yüz doğsan səkkiz) manat ödəniş etmişdir. Cavabdeh İsmayilov Kamran xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 23.665,42 (iyirmi üç min altı yüz altımış beş manat qırx iki qəpik) manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. xx.xx.2019-ci il tarixli, 2631 saylı Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə cavadeh İsmayilov Kamran dəfələrlə şifahi xəbərdar edilsə də o, borcunu ödəməkdən yayınmışdır, sonda müqavilənin şərtlərinə əsasən cavabdeh İsmayilov Kamranın faktiki yaşayış ünvanına pretenziya məktubu ünvanlanmış lakin buna baxmayaraq cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. xx.xx.2019-ci il tarixli, 2631 saylı nisyə alqı-satqı müqaviləsinin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobil təhvil verildiyi günə qədər gecikdirildiyi hər gün üçün 50 (əlli) manat məbləğində istifadə haqqı ödənilməlidir. Belə ki, İsmayilov Kamran müqavilənin predmeti olan avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verilən günədək, 916 gün istifadə edərək təhvil vermədiyindən, gecikdirdiyi hər gün üçün 50 (əlli) manat məbləğində istifadə (916x50=45.800) haqqı hesablanmaqla 45.800 (qırx beş min səkkiz yüz) manat məbləğində istifadə haqqı hesablanmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, baxış iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC və Cavabdeh2 arasında 30 noyabr 2019-cu il tarixdə əşyanın nisyə alqı-satqısı haqqında 2631 №-li müqavilə bağlanmışdır, müqaviləyə əsasən, 2008 il “Hyundai Sonata” minik markalı avtomobili alıcıya nisyə olmaqla satır, alıcı isə minik avtomobilin dəyərini hissə-hissə olaraq satıcıya ödəyir, müqavilənin müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək, avtomobilin dəyəri 30963,42 manat məbləğində müəyyən edilir. Müqavilənin 4.6-cı bəndinə əsasən, alıcı avtomobilə görə aylıq ödənişi gecikdirdiyi halda satıcıya avtomobilin ödəniş qrafiki üzrə borcu bağladığı günə qədər gecikdirdiyi hər gün üçün aylıq ödənişinin 1%-i məbləğində cərimə ödəyir. İş materiallarından görünür ki, İddiaçı MMC və Cavabdeh2 arasında 30 noyabr 2019cu il tarixdə sedan tipli gümüşü rəngli “Hyundai Sonata” minik markalı 99PD501 dövlət qeydiyyat nişanlı avtomobilə dair “dəyən zərərin ödənilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, hadisə baş verdikdə dəymiş zərər 1000 AZN-ə qədər olarsa alıcı təmiri öz öhdəliyinə götürür. İş materiallarında olan 2631 №-li müqavilə üzrə kredit ödəniş cədvəlinin surətindən görünür ki, müştərinin adı Cavabdeh2, avadanlıq “Hyundai Sonata”, malın nisyə dəyəri 30963,42 manat, ilkin ödəniş 5500 manat, kreditin müddəti 36 ay, aylıq məbləğ 708 manatdır. İş materiallarında olan X2 və Cavabdeh2 tərəfindən imzalanmış “Təhvil təslim aktı”nın surətindən görünür ki, Cavabdeh2 sedan tipli gümüşü rəngli “Hyundai Sonata” minik markalı 99PD501 dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır, nəqliyyat vasitəsinin heç bir nasazlığı yoxdur. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2019-cu il tarixli 2631 №-li zaminlik müqaviləsinin surətindən görünür ki, zamin satıcı ilə Cavabdeh2 arasında bağlanmış 30 noyabr 2019-cu il tarixli 2631 №-li alqı-satqı müqaviləsi üzrə borcödəyənlə birlikdə satıcı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh2 avtomobil üçün ilkin ödəniş 5500 manat, 02 ay 708 manat, 01 ay 382 manatdan cəmi 7298 manat ödəniş etmiş və xx.xx.2020-ci il tarixdən sonra İddiaçı MMC-yə heç bir ödəniş etməmişdir. Vətəndaş Cavabdeh2 xx.xx.2020-ci il tarixdən İddiaçı MMC-yə heç bir ödəniş etməyərək 23665,42 manat məbləğində ödənilməmiş əsas borcu qalmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixli və Cavabdeh2 xx.xx.2023-cü il tarixli pretenziya məktubları göndərilməklə, 71523,82 manat məbləğin 10 iş günü ərzində İddiaçı MMC-yə ödənilməsi tələb edilmişdir. İş materiallarında olan "xxxx"-nin 02 may 2023-cü il tarixli 9/1083 №-li Ekspert rəyindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2631 nömrəli əşyanın nisyə alqı-satqısı haqqında müqaviləsi üzrə ödənilməli olan borcu 23665,42 manat məbləğində müəyyən edilir. Həmin Rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 317,85 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 2631 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, iddiaçıya məxsus sedan tipli “Hyundai Sonata” minik markalı 99PD501 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aylıq 36 ay müddətinə aylıq 708 manat olmaqla, 30963,42 manat ödəmək şərti ilə nisyə olaraq sonuncuya satılmışdır, müqaviləyə əsasən, alıcı avtomobilə görə aylıq ödənişi gecikdirdiyi halda satıcıya avtomobilin ödəniş qrafiki üzrə borcu bağladığı günə qədər gecikdirdiyi hər gün üçün aylıq ödənişinin 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür, həmçinin müqavilənin təminatı olaraq iddiaçı ilə digər Cavabdeh1 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır, iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək avtomobili Cavabdeh2 təhvil vermiş, lakin Cavabdeh2 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetirməməklə - müqavilənin şərtlərini pozmuşdur, onun tərəfindən 5500 manat ilkin ödəniş, habelə xx.xx.2020-ci il tarixdə 708 manat, xx.xx.2020-ci il tarixdə 710 manat, xx.xx.2020-ci il tarixdə 380 manat ödəniş edilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehlərin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə, ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək sübut kimi qəbul edir və ekspertin həmin rəy üzrə əsas borc barədə gəldiyi nəticə ilə razılaşır. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc məbləği 23665,42 manat həddində həddində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin “43.450 manat məbləğində icarə haqqının ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsində icarə haqqının ödənilməsi barədə razılaşma olmadığından və onlar arasında icarə münasibətləri yaranmadığından iddia qeyd edilən hissədə əsassızdır və ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin, və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən olunmasıdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 30 noyabr 2019-cu il tarixli 2631 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdehlərdən müştərək qaydada 23665,42 manat əsa borc alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edildiyindən, cavabdehlərin dövlət rüsumu ödəməkdən azad olması halları müəyyən edilmədiyindən, məhkəmə xərcləri cavabdehlərə aid edilməli, iddia tələbinin təmin edilmiş hissəsi nəzərə alınmaqla, cavabdehlərdən müştərək qaydada dövlət rüsumu qismində ödənilmiş 161 manat alınaraq iddiaçıya, məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat alınaraq, "xxxx" MMC-yə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 23665 (iyirmi üç min altı yüz altmış beş) manat 42 (qırx iki) qəpik əsas borc və dövlət rüsumu qismində ödənilmiş 161 (yüz altmış bir) manat alınaraq İddiaçı Məhdud Məsliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-209/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-209/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver