Məhkəmə qərarları › İş №e-2(011)-2096/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2096/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2096/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: İddiaçı MMC-nin Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, cavabdeh İmei kodu **********99304 “Samsung Galaxy A22” markalı, İmei kodu **********49110 “Samsung Galaxy A32” markalı, İmei kodu **********41391 “Nokia 125” markalı telefonlar almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 629.98 (altı yüz iyirmi doqquz manat doxsan səkkiz qəp) manat (5 ay x 123.33 manat + 13.33 manat ilkin ödəniş), İmei kodu **********99304 Samsung Galaxy A22 markalı telefon üçün ümumilikdə 677 (altı yüz yetmiş yeddi) manat olmaqla, ondan 615.98 (altı yüz on beş manat doxsan səkkiz qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 61.02 (altmış bir manat iki qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 803.98 (səkkiz yüz üç manat doxsan səkkiz qəp) manat (5 ay x 158.13 manat + 13.33 manat ilkin ödəniş) İmei kodu **********49110 Samsung Galaxy A32 markalı telefon, İmei kodu **********41391 Nokia 125 markalı telefon üçün ümumilikdə, 764 (yeddi yüz altmış dörd) manat olmaqla, ondan 694.68 (altı yüz doxsan dörd manat altmış səkkiz qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 69.32 (altmış doqquz manat otuz iki qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********41391 Nokia 125 markalı telefondan və X1 2 il-dən xx.xx.2021-ci il tarixində imtina etmiş və məhsul 109.3 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 13.4 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 95.9 manat, ümumilikdə 109.3 manat təşkil edir. Digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 14 manat təşkil edir. İddiaçının tələbi: xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********99304 Samsung Galaxy A22 markalı telefon üçün 615.98 (altı yüz on beş manat doxsan səkkiz qəp) manat ödənilməmiş hissə, 61.02 (altmış bir manat iki qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********49110 Samsung Galaxy A32 markalı telefon üçün 694.68 (altı yüz doxsan dörd manat altmış səkkiz qəp) manat ödənilməmiş hissə, 69.32 (altmış doqquz manat otuz iki qəp) manat cərimə olmaqla, ümumilikdə 1441 manat borc, 34.41 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi xahiş edilmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə və ona əlavə xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə və ona əlavə xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəli xx.xx.2022-ci il tarixli Xəbərdarlıq məktubu Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2: Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1: Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1: Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3: Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1: İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Hüsaməddin oğlundan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********99304 Samsung Galaxy A22 markalı telefon üçün 615.98 manat ödənilməmiş hissə, 61.02 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********49110 Samsung Galaxy A32 markalı telefon üçün 694.68 manat ödənilməmiş hissə, 69.32 manat cərimə olmaqla, ümumilikdə 1441 manat pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34.41 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********99304 Samsung Galaxy A22 markalı telefon üçün 615.98 (altı yüz on beş manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 61.02 (altmış bir manat iki qəpik) manat cərimə; xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********49110 Samsung Galaxy A32 markalı telefon üçün 694.68 (altı yüz doxsan dörd manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 69.32 (altmış doqquz manat otuz iki qəpik) manat cərimə olmaqla, ümumilikdə 1441 (bir min dörd yüz qırx bir) manat borc tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34.41 (otuz dörd manat qırx bir qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar