Məhkəmə qərarları › İş №e-2(011)-2136/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2136/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2136/2023 30.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı- xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********85769 XİAOMİ Redmi 10 markalı telefon üçün 554.5 (beş yüz əlli dörd manat, əlli qəpik) manat ödənilməmiş hissə, 55.5 (əlli beş manat, əlli qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2 ədəd HOFFMANN SİAC kondinsioner üçün 1058 (bir min əlli səkkiz) manat ödənilməmiş hissə, 105 (bir yüz beş) manat cərimə, ümumilikdə 1773 (bir min yeddi yetmiş üç) manat borc və 37.73 (otuz yeddi manat, yetmiş üç) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsibarədə kiçik mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********85769 XİAOMİ Redmi 10 markalı telefon almış və nəticədə 554.5 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 666 (altı yüz altmış altı) manat olan İMEİ kodu **********85769 XİAOMİ Redmi 10 markalı telefon üçün cəmi 610 (altı yüz on) manat olmaqla, ondan 554.5 (beş yüz əlli dörd manat, əlli qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 55.5 (əlli beş manat, əlli qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh və "xxxx" MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2 ədəd HOFFMANN SİAC kondinsioner almış və nəticədə 1058 (bir min əlli səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1502.4 (bir min beç yüz iki manat, qırx qəpik) manat olan 2 ədəd HOFFMANN SİAC kondinsioner üçün cəmi 1163 (bir min yüz altmış üç) manat olmaqla, ondan 1058 (bir min əlli səkkiz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 105 (bir yüz beş) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 555.9 (beş yüz əlli beş manat, doxsan qəpik) manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə iddia ərizəsinin icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Lakin,cavabdehiniddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən "xxxx" İMEİ kodu **********85769 XİAOMİ Redmi 10 markalı telefonu Cavabdeh satmış və cavabdeh həmin əşyaya 0 (sıfır) manat ilkin ödəniş etməklə 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 55.5 manat olmaqla, cəmi 666 (altı yüz altmış altı) manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 24013106 saylı müqaviləyə əsasən"xxxx" 2 ədəd HOFFMANN SİAC kondinsioneri Cavabdeh satmış və cavabdeh həmin əşyaya 0 manat ilkin ödəniş etməklə 24 aym müddətində ödəniş cədvəli üzrə hər ay 62.6 manat olmaqla, cəmi 1502.4 (bir min beç yüz iki manat, qırx qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş 554.5 (beş yüz əlli dörd manat, əlli qəpik) manat, cərimə borcu üzrə 55.5 (əlli beş manat, əlli qəpik) manat, xx.xx.2021-ci il tarixli müqaviləüzrə ödənilməmiş 1058 (bir min əlli səkkiz) manat, cərimə borcu üzrə 105 (bir yüz beş) manat, cəmi 1773 (bir min yeddi yetmiş üç) manat borcu vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən təhvil alınmış mal(lar)ın dəyəri üzrə ödənilməmiş əsas borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasibdir. Odur ki, tələb edilən cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 37.73 (otuz yeddi manat, yetmiş üç) manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli ******* saylı müqavilə üzrə əsas borca görə 554.5 (beş yüz əlli dörd manat, əlli qəpik) manat, cərimə borcuna görə 55.5 (əlli beş manat, əlli qəpik) manat, xx.xx.2021-ci il tarixli 24013106 saylı müqavilə üzrə əsas borca görə 1058 (bir min əlli səkkiz) manat, cərimə borcuna görə 105 (bir yüz beş) manat, ümumilikdə 1773 (bir min yeddi yetmiş üç) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. 37.73 (otuz yeddi manat, yetmiş üç) manat məbləğində dövlət rüsumu Cavabdeh nalınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonraqanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar