Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2168/2022 22.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı Cavabdeh avtomobilə vurulmuş 7695 manat məbləğində zərər pulu və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 96,95 manat məbləğində olan dövlət rüsumu, ümumilikdə cəmi 7791,95 manat pulun tutularaq İddiaçınə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən qeydiyyat nişanı **- PJ-*** olan, sedan tipli, buraxılış ili 2017, mühərrik nömrəsi 0017, BAN 029570, rəngi ağ olan “RAVON NEXİA R3” markalı avtonəqliyyat vasitəsi Cavabdeh icarəyə verilmişdir. 10 sentyabr 2021-ci il tarixində İddiaçı MMC-yə lisenziyalı taksi fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən, ünvan 1 ünvanında qeydiyyatda olan hazırki mülki iddia tələbimiz üzrə Cavabdeh ilə İddiaçı MMC arasında **-PJ-*** qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2017 olan, Ban 029570 olan, ağ rəngli, “RAVON NEXİA R3 Minik” markalı modeli xidməti avtomaşının 10 sentyabr 2021-ci il tarixindən verildiyi vaxtdan 32 (otuz iki) ay müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır və avtomaşın onun, yəni Cavabdeh istifadəsinə təqdim edilmişdir. Cavabdeh tərəfindən etibarnamə əsasında idarə edilən **-PJ-*** qeydiyyat nişanlı avtomobidlə hərəkət edərkən idarəetməni itirmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Bu yol nəqliyyat hadisəsi səbəbindən cavabdehin idarə etdiyi avtomaşına 7695 manat məbləğində ziyan dəymişdir. Bundan sonra İddiaçı MMC-nin rəhbərliyi və əməkdaşları tərəfindən uzun müddət və dəfələrlə sürücü Cavabdeh müraciət edilərək Cəmiyyətə vurduğu zərərin əvəzinin ödənilməsini tələb edilsə də, o bütün bunlara əhəmiyyət verməyərək məqsədli şəkildə avtomaşına və ya cəmiyyətə vurduğu zərəri ödəməkdən imtina etmişdir. Qeyd olunan səbəbdən Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edirlər ki, cavabdehdən avtomobilə dəymiş 7695 (yeddi min altı yüz doxsan beş) manat və həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 96,95 (doxsan altı manat doxsan beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını və mülki iş üzrə əldə edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 1248/i nömrəli “Nəqliyyat vasitəsinin icarə müqaviləsinin” surətindən görünür ki, İddiaçı MMC tərəfindən qanuni əsaslarla ona məxsus olan **-PJ-*** qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2017 olan, Ban 029570 olan, ağ rəngli, “RAVON NEXİA R3 Minik” markalı avtomobili Cavabdeh icarəyə verilmişdir. Cavabdeh isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün (müvafiq icra hakimiyyəti orqanından VÖEN almaqla lisenziyalı taksi fəaliyyəti ilə məşğul olmaqdan ötrü) öz istifadəsinə qəbul etmişdir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən icarəçi qanunvericiliklə müəyyən olunmuş qaydada icarəyə alınmış Nəqliyyat vasitəsinin qorunması və saz olunması üçün İcarəyəverən qarşısında tam maddi məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş qüsur aktına görə “RAVON NEXİA R3” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəza zaman dəyən ziyan ilkin olaraq 7695 manat məbləğində qiymətləndirilmişdir. İş materillarında olan "xxxx" tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh verilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh “AZEVROCAR MMC" ilə Ulduz Taksi MMC arasında bağlanmış xx.xx.2017 il tarixli CAR-1402 saylı ''X7" əsasında lizinqə verilmiş 1 (bir) ədəd RAVON NEX1A R3 markalı, 90PJ657 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AC 980886 seriyalı, 2017 il buraxılışlı, ban №029570, mühərrik № 0017, AĞ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. İş materillarında olan “Azevrocar’’ MMC-nin X2 ilə X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AL-1402 nömrəli X4 surətindən görünür ki, müqavilənin şərtlərinə uyğun olaraq X13 Alanın sifariş etdiyi va bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan İ saylı Əlavədə göstərilən əmlakı (bundan sonra Lizinq Obyekti adlandırılacaq) öz mülkiyyətinə alda edilməsini va muzdla Lizinq Alanın müvəqqəti sahibliyinə va istifadəsinə verilməsini öhdasinə götürür. X14 X9 yekun sifarişi əsasında (2 saylı Əlavə) Alqı-Satqı Müqaviləsi ilə UzAvto Bakı MMC-dan (bundan sonra Satıcı adlandırılacaq) əldə edir. Müqavilənin 7.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, öz hesabına onun əsaslı və cari təmirini aparmalı, həmçinin onun saxlaması üzrə xərclər ödəməlidir; lizinq obyektinin əsaslı təmiri, əgər texniki istismar sənədləri ilə ayrı hal nəzərdə tutulmayıbsa, qəbul protokolunun imzalanması vaxtında altı aydan gec olmamaq şərti ilə lizinq alan tərəfindən həyata keçirilir. İş materillarında olan “Azevrocar’’ MMC, X2 arasında xx.xx.2017-ci il tarixli razılaşmanın surətindən görünür ki, lizinq obyekti yol nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi nəticəsində zədələndikdə, məhv olduqda Lizinq Alan 24 (iyirmi dörd) saat müddətində lizinq obyektini sığortalayan şirkətini məlumatlandırmağı öhdəsinə götürür. Razılaşmanın 1.1-ci bəndində qeyd olunan öhdəlik Lizinq alan tərəfindən icra edilmədikdə sığorta hadisəsi nəticəsində Lizinq obyektinə dəymiş maddi ziyan tam həcmdə Lizinq alan tərəfindən Lizinq verənə ödənilməlidir. İş materillarında olan “Azevrocar’’ MMC-nin X2, X3 və İddiaçı MMC-nin direktoru Nümayəndə1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Car-1402 saylı X1 surətindən görünür ki, "xxxx" MMC ’’Öhdəlikləri ötürən” arasında bağlanmış 06 iyul 2017-ei il tarixli, CAR-1402 saylı Daxili Lizinq müaviləsi üzrə “Öhdəlikləri Ötürən” "xxxx" MMC qarşısında götürdüyü bütün öhdəlikləri “X10”-ə ötürür, “X10" isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada “Azevrocar’’ MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. 'Öhdəliyin ötürülməsi” müqaviləsi üçün öhdəliyi ötürən 100 manat məbləğində lizinq verənə xidmət haqqı ödəyir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, araşdlrma zamanı Cavabdeh izahatında xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində taksi fəliyyəti göstərdiyi və etibarnamə ilə idarə etdiyi ’’Ravon Nexia R3” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Binə qəsəbəsində, Mərkəz-Şəhər istiqamətndən, Sovxoz Binə qəsəbəsi istiqamətində gedən bir istiqamətli, iki zolaqlı yolun sağdan ikinci zolaqda saatda 60 km sürətlə hərəkətdə olan zaman, təxminən 100 metir arlı məsafədən qarşıda eyni istiqamətdə sağdan birinci zolaqda Yük avtomobilinin manevir etməsini görüb, idarə etdiyi avtiomobil ilə Yük avtomobilinin toqquşmasından yayınmaq üçün avtomobili sol istiqamətdə yönəldən zaman idarə etdiyi avtomobilin idarə etməsini itirərərək, avtomobil ilə yoldan çıxıb, istiqamətləri ayıran beton arakəsmənin üzərinə çıxıb, arakəsmənin üstündə olan dəmir işıq dirəyinə və yol nişanlarını çırpılaraq yol nəqliyyat hadisəsi baş verdiyini bildirmişdir. Beləliklə, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021ci il tarixində ’’Ravon Nexia R3” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Binə qəsəbəsində, Mərkəz-Şəhər istiqamətindən, Sovxoz Binə qəsəbəsi istiqamətində hərəkət edərkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş, nəticədə İddiaçı MMC-nin sahibliyində olan ’’Ravon Nexia R3” markalı **-PJ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 7695 manat məbləğində ziyan dəymişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddiaya cavabdehdən vurulan maddi ziyana görə 7695 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobil cavabdeh tərəfindən idarə edildiyindən və mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən İddiaçı MMC ona dəymiş ziyanın Cavabdeh alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın dövlət rüsumuna görə ödənilmiş 96,95 manat məbləğində pulun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Dəymiş maddi ziyana görə 7695 (yeddi min altı yüz doxsan beş ) manat və ödənilmiş dövlət rüsumuna görə 96,95 (doxsan altı manat, doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2168/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-2168/2022
22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver