Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2171/2025 18.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1961.67 AZN əsas; 340.96 AZN faiz; cəmi 2302.63 AZN pul vəsaitinin və 43.03 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx/xx/2024-cü il tarixli BUMM7719341B299 saylı Kredit müqaviləsinə əsasən onun kartına 59 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 2000 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq desəkkredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi Dövlət rüsumunun ödənilməsi haqqında məlumat vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, cari hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 1961.67 AZN əsas; 340.96 AZN faizc; əmi 2302.63 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli BUMM7719341B299 saylı kredit və hesab müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank kredit alana 59 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 2000 manat kredit xətti açmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli BUMM7719341B299 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 1961,67 AZN əsas, 340,96 AZN faiz, cəmi 2302,63 AZN borcu vardır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixində İddiaçı ASC tərəfindən Cavabdeh bildiriş göndərilməklə ondan borcunu ödəməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı ASC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona gündəlik tələbat məqsədləri üçün 2000 manat məbləğində nağd pul kreditinin verilməsi xahiş edilmiş, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirləri təşkil edəcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli **********№-li dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, İddiaçı ASC tərəfindən 43,03 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Müştərinin əlavə zəmanət və bəyanatlarına dair kredit və hesab müqaviləsinə 1 saylı Qoşmadan görünür ki, Cavabdeh İddiaçı ASC (“Bank”) tərəfindən ona “X1” platforması üzərindən mal(lar)ın əldə edilməsi məqsədilə, “Kredit (Kredit xətti) və Hesab” müqaviləsi əsasında kredit (kredit xətti) əldə etmiş və Müqaviləni təsdiq və bəyan edir ki, müqavilə əsasında ayrılmış kredit (və ya kredit xətti) məbləğini Banka vaxtında və lazımınca (Müqavilə şərtlərinə uyğun olaraq) ödəmədiyi təqdirdə, müvafiq kredit (kredit xətti) məbləğindən istifadə etməklə əldə etdiyi (edəcəyi) hər hansı mal(lar)ın (telefon, smart saat, iPad, televizor, noutbuk və s. kimi) istifadəsinin məhdudlaşdırılmasına (məsələn, İMEİ nömrəsinin deaktiv edilməsinə və ya bağlanmasına), Bank tərəfindən bununla bağlı aidiyyəti rəsmi qurumlara müraciət edilməsinə və digər əlaqədar tədbirlər görülməsinə etiraz etmir. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli razılıq ərizəsinin surətindən görünür ki, o, İddiaçı ASC (“Bank”), ona verilmiş bank lisenziyası ilə icazə verilən fəaliyyət növləri üzrə əməliyyatların icrası zamanı xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması, yeni bank məhsullarının təklif edilməsi, o cümlədən müştərilərə məhsulların çevik və əlçatan formada təqdim edilməsi məqsədilə tərəfindən Banka təqdim olunmuş/olunacaq, habelə fərdi məlumatların digər operatorlarından /mülkiyyətçilərindən əldə edilmiş/ediləcək ona məxsus fərdi məlumatların, eləcə də “Banklar haqqında” Qanuna əsasən bank sirri təşkil edən məlumatların toplanmasını, işlənməsini və Banka aidiyyəti şəxslərə, habelə digər üçüncü şəxslərə (o cümlədən transsərhəd) ötürülməsini həyata keçirə bilər. Eyni zamanda Bank kredit tarixçəsinin tərtib edilməsi üçün barəsində hər cür neqativ və pozitiv məlumatlarını kredit bürosu(ları)na təqdim edə və ya müvafiq məlumatları kredit bürosundan ala bilər. Bu razılıq Bankın xidmətlərindən istifadə etdiyi müddətdə qüvvədədir və məlumatlar Bankın müvafiq informasiya sistemində qanunvericilik və bankdaxili qaydalarla müəyyən edilmiş müddət ərzində saxlanılır, arxivləşdirilir və məhv edilir. İş materiallarında olan “Kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsi”ndən görünür ki, Cavabdeh İddiaçı ASC-yə müraciət edərək 2000 manat məbləğdə kredit xətti ayırmağı xahiş etmiş, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirləri təşkil edəcəkdir. Bağlanacaq kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmir. Bu sifarişdə göstərilən bütün məlumatların düzgünlüyünə və həqiqiliyinə zəmanət verir və istənilən mənbələrdən bu barədə istənilən məlumatı yoxlamağa icazə verir. Həmçinin onu da başa düşür ki, bu sifarişi qəbul etməklə Bank göstərilən məbləğdə və şərtlərlə kredit verilməsinə dair öz üzərinə heç bir öhdəlik götürmür. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında illik 27% olmaqla 59 ay müddətinə 2000 manat məbləğində vəsaiti nəzərdə tutan xx.xx.2024-cü il tarixli BUMM7719341B299 saylı kredit müqaviləsi bağlanmışdır, cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür (məbləğ onun hesabına köçürülmüşdür), iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişdir, nəticədə hazırda cavabdehin iddiaçıya 1961,67 AZN əsas; 340,96 AZN faiz, cəmi 2302,63 AZN borcu qalmışdır, cavabdeh borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 1961,67 AZN əsas; 340,96 AZN faiz cəmi 2302,63 AZN borc məbləği alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və iddianın qiymətinin 1000 manatdan 10000 manatadək olduqda, dövlət rüsumuna görə ödənilmiş 43,03 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1961,67 manat əsas, 340,96 manat faiz, cəmi 2302 (iki min üç yüz iki) manat 63 (altmış üç) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 (qırx üç) manat 03 (üç) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədan, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2171/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2171/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver