Məhkəmə qərarları › İş №e-2(011)-2172/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2172/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2172/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh verilmiş 5.300 manat məbləğində pul vəsaitinin; 2.xx.xx.2023-cü il tarixdə alınan borcun vaxtında geri qaytarılmamasına görə 3.360 manat pul vəsaitinin; xx.xx.2024-cü il tarixdə alınan borcun vaxtında geri qaytarılmamasına görə 900 manat pul vəsaitinin; xx.xx.2024-cü il tarixdə alınan borcun vaxtında geri qaytarılmamasına görə 3.200 manat pul vəsaitinin; məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə vəkilə ödənilmiş 70 manat xidmət haqqının; 128,5 manat dövlət rüsumunun, cəmi 12.958,5 manat pul vəsaitinin Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh 1.200 manat (bir min iki yüz manat) məbləğində pul vəsaiti vermişdir. Cavabdeh pula ehtiyacı olduğunu və əldə etdiyi məbləği 1 ay müddətində ona qaytaracağını vəd etmişdir. xx.xx.2023-cü il tarixdə ona lazım olan 1.200 manat (bir min iki yüz manat) məbləğində pul vəsaitini verdiyini öz əlyazması ilə təsdiq etmiş və 1 ay müddətində geri ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, cavabdehlə əldə etdikləri razılığa əsasən, o, hər ay sözügedən pul vəsaitinin 20 faizi məbləğində ödəniş etməli idi. Cavabdeh bu pul vəsaitini də ödəməyi öz üzərinə götürsə də, bundan yayınmış, ondan aldığı pul vəsaitini geri qaytarmamışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə Cavabdeh 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaiti vermişdir. Cavabdeh təcili pula ehtiyacı olduğunu və əldə etdiyi məbləği qısa müddətində ona qaytaracağını vəd etmişdir. Cavabdeh verdiyi vədə və əlyazmasına sadiq qalmamış, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixdə Cavabdeh 500 manat (beş yüz manat) məbləğində pul vəsaiti vermişdir. Cavabdeh əldə etdiyi məbləği 1 ay müddətində ona qaytaracağını vəd etmişdir. xx.xx.2024-cü il tarixdə ona lazım olan 500 manat (beş yüz manat) məbləğində pul vəsaitini verdiyini öz əlyazması ilə təsdiq etmiş və 1 ay müddətində geri ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, cavabdehlə əldə etdikləri razılığa əsasən, o, hər ay sözügedən pul vəsaitinin 20 faizi məbləğində ödəniş etməli idi. Cavabdeh bu pul vəsaitini də ödəməyi öz üzərinə götürsə də, bundan yayınmış, iddiaçıdan aldığı pul vəsaitini geri qaytarmamışdır. Bundan savayı, xx.xx.2024-cü il tarixdə Cavabdeh və atası X2 2.400 manat (iki min dörd yüz manat) məbləğində pul vəsaiti vermişdir. Cavabdeh əldə etdiyi məbləği 1 ay müddətində ona qaytaracağını vəd etmişdir. xx.xx.2024-cü il tarixdə ona lazım olan 2.400 manat (iki min dörd yüz manat) məbləğində pul vəsaitini verdiyini öz əlyazması ilə təsdiq etmiş və 1 ay müddətində geri ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, cavabdehlə əldə etdikləri razılığa əsasən, o, hər ay sözügedən pul vəsaitinin 20 faizi məbləğində ödəniş etməli idi. Cavabdeh verdiyi vədə sadiq qalmamış, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin ondan borc qismində aldığı 5.300 manat (beş min üç yüz manat) pul vəsaitini müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırması onun maddi vəziyyətini çətinləşdirmişdir. Qeyd edir ki, xx.xx.2023-cü il tarixdə alınan borcun vaxtında geri qaytarılmamasına görə 3.360 manat (üç min üç yüz altmış manat), xx.xx.2024-cü il tarixdə alınan borcun vaxtında geri qaytarılmamasma görə 900 manat (doqquz yüz manat), xx.xx.2024-cü il tarixdə alınan borcun vaxtında geri qaytarılmarnasına görə 3.200 manat (üç min iki yüz manat) pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi məqsədəuyğundur. İddiaçı bildirir ki, cavabdeh şəxsin qanunsuz əməlləri nəticəsində onun əlavə olaraq çəkdiyi xərcin dəyəri cavabdehdən tutulmalıdır. Belə ki, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə tərəfindən ödənilmiş 70 manat (yetmiş manat) məbləğində vəkil xidmət haqqının və 128,5 manat (bir yüz iyirmi səkkiz manat əlli qəpik) məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini qanunamüvafıq hesab edir. Məhz bu xüsusatlara əsasən, Cavabdeh tərəfindən borc qismində alınmış 5.300 manat (beş min üç yüz manat) məbləğində pul vəsaitinin, xx.xx.2023-cü il tarixdə alınan borcun vaxtında geri qaytarılmarnasına görə 3.360 manat (üç min üç yüz altmış manat), xx.xx.2024-cü il tarixdə alınan borcun vaxtında geri qaytarılmarnasına görə 900 manat (doqquz yüz manat), xx.xx.2024-cü il tarixdə alınan borcun vaxtında geri qaytarılmarnasına görə 3.200 manat (üç min iki yüz manat) pul vəsaitinin, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə tərəfindən ödənilmiş 70 manat (yetmiş manat) məbləğində vəkil xidmət haqqının və 128.5 manat (bir yüz iyirmi səkkiz manat əlli qəpik) məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsinə dair ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmişdir və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq o bildirmişdir ki, cavabdehlə qonşu olduğundan, borcun verilməsində cavabdehə imtina etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “müqavilə” başlığı altında tətrib edilmiş xx.xx.2023-cü il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 1.200 manat məbləğində pulun verilməsini xahiş edir. 1 ay müddətindən aldığı pulu geri qaytaracaqdır. Qaytara bilməsə hər ayın 26da 1.000 sələmi ilə qaytaracaq. Girov olaraq isə anasının pensiya kartını və özünün şəxsiyyət vəsiqəsini təqdim edir. İş materiallarında olan “müqavilə” başlığı altında tətrib edilmiş xx.xx.2024-cü il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 1000+200 manat məbləğində borc pul istəmişdir. İş materiallarında olan “müqavilə” başlığı altında tətrib edilmiş xx.xx.2024-cü il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 1 ay müddətinə 500 manat məbləğində borc pul istəmişdir. Aprel ayının 20-si sələmlə birlikdə, yəni 600 manat məbləğində pul qaytaracaqdır. Girov olaraq öz şəxsiyyət vəsiqəsini və anasının pensiya kartını qoyur. İş materiallarında olan “müqavilə № 4” başlığı altında tətrib edilmiş xx.xx.2024-cü il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı təcili 1 ay müddətinə 500 manat məbləğində borc pul istəmişdir. xx.xx.2024-cü il-xx.xx.2024-cü il müddətində 600 manat qaytaracaqdır. İş materiallarında olan “müqavilə” başlığı altında tətrib edilmiş xx.xx.2024-cü il tarixli əlyazmadan görünür ki, X1 Malik Teymur oğlundan 1 ay müddətinə 20% ödəmək şərtilə 2.000 manat borc pul istəmişdir. Cavabdeh atasının aldığı 2.400 manat məbləği may ayının 10-da qaytarılmasına köməklik edəcəyini və gecikən hər bir gün üçün 5 manat məbləğində cərimə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli BPMASAN**********98 nömrəli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 34 saylı vəkil bürosuna 70 manat ödəniş edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iddiaçının istinad etdiyi əlyazmalar hər biri 3.000 manat məbləğindən artıq olmayan borcu nəzərdə tutduğından, hazırki mübahisəyə borc münasibətlərini tənzimləyən Mülki Məcəllənin 739-cu və əlaqəli maddələrinin tələbləri tətbiq edilməlidir. İddiaçının cavabdehə verdiyi 5.300 manat borc məbləği (iddia ərizəsi üzrə xx.xx.2023-cü il tarixdə - 1.200 manat, xx.xx.2024-cü il tarixdə - 1.200 manat, xx.xx.2024-cü il tarixdə - 500 manat, xx.xx.2024-cü il tarixdə - 2.400 manat) və həmin borcun qaytarılmamasına görə 7.460 manat (xx.xx.2023-cü il tarixli əlyazma üzrə pulun vaxtında qaytarılmamasına görə 3.3360 manat, xx.xx.2024-cü il tarixli əlyazma üzrə pulun vaxtında qaytarılmamasına görə 900 manat, xx.xx.2024-cü il tarixli əlyazma üzrə pulun vaxtında qaytarılmamasına görə 3.200 manat) pul məbləğinin cavabdehdən tutulmasına dair iddia tələblərinə dair məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. İddiaçının iddia tələblərində istinad etdiyi xx.xx.2023-cü il tarixli əlyazmaya münasibətdə məhkəmə qeyd edir ki, həmin əlyazma üzrə 1.200 manat borcun alınması öz əksini tapsa da, bu pulun 20% faizlə verilməsi əlyazmada qeyd edilməmişdir. Əlyazmada pulun sələmlə yəni faizlə qaytarılacağı qeyd edilsə də, faizin məbləği qeyd edilməmişdir. Ona görə də bu əlyazmaya münasibətdə iddia tələbləri qismən təmin edilərək, 1.200 manat borc məbləği cavabdehdən alınıb iddiaçıya verilməlidir, pulun gecikdirilməsinə görə 20%-lə hesablanaraq əlavə borcun tutulması hissəsində iddia təmin edilməməlidir. İddiaçının iddia tələblərində istinad etdiyi xx.xx.2024-cü il tarixli əlyazmaya münasibətdə məhkəmə qeyd edir ki, həmin əlyazma üzrə 1.200 (1000+200) manat borcun alınması öz əksini tapdığına görə 1.200 manat borc məbləği cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddiaçının iddia tələblərində istinad etdiyi xx.xx.2024-cü il tarixli əlyazmaya münasibətdə məhkəmə qeyd edir ki, həmin əlyazmada 500 manat borcun 1 ay müddətinə alınması və faiz şəklində 100 manat məbləğin əsas məbləğə əlavə olunmaqla, 600 manat məbləğində qaytarılması razılaşdırıldığından, iddia tələbləri bu hissədə qismən təmin edilərək, 600 manat pul məbləği cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə qeyd edir ki, həmin əlyazmada faizin hesablanması 1 ay müddətinə qeyd edildiyindən və əlavə müddət üçün faiz hesablanmadığından, bu hissədə iddia 600 manat pulun tutulması hissəsində təmin edilməlidir, qalan hissədə tələb təmin edilməməlidir. İddiaçı iddia tələblərində xx.xx.2024-cü il tarixli əlyazmaya istinad etsə də, iddia tələbləri həmin əlyazma üzrə borc tələbini ehtiva etmir. Buna görə də bu əlyazma üzrə borc münasibətlərinə məhkəmə qiymət vermir. İddiaçının iddia tələblərində istinad etdiyi xx.xx.2024-cü il tarixli əlyazmaya münasibətdə məhkəmə qeyd edir ki, həmin əlyazmada borcun cavabdehə deyil, cavabdehin atasına verildiyi qeyd olunduğuna görə iddia tələbləri həmin əlyazmaya münasibətdə istər əsas borcun istərsə də faizin tutulması hissəsində təmin edilməməlidir. Bununla da, iddia tələbləri həcmində işə baxaraq, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən 1.200 (bir min iki yüz) manat ödənilməmiş borc məbləği; xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən 1.200 (bir min iki yüz) manat ödənilməmiş borc məbləği; xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən 500 (beş yüz) manat ödənilməmiş borc və 100 (bir yüz) manat faiz məbləği olmaqla, 600 (altı yüz) manat pul məbləği, cəmi 3.000 (üç min) manat pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Borc tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının hüquqi yardımla bağlı çəkdiyi 70 manat xərc məbləği tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi qismən təmin edildiyindən, 50 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən 1.200 (bir min iki yüz) manat ödənilməmiş borc məbləği; xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən 1.200 (bir min iki yüz) manat ödənilməmiş borc məbləği; xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən 500 (beş yüz) manat ödənilməmiş borc və 100 (bir yüz) manat faiz olmaqla, 600 (altı yüz) manat pul məbləği; cəmi 3.000 (üç min) manat pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə 70 (yetmiş) manat pul məbləği və 50 (əlli) manat dövlət rüsumu olmaqla, 120 (bir yüz iyirmi) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar