Məhkəmə qərarları › İş №e-2(011)-2184/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2184/2022

10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2184/2022 10.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı cavabdeh X1 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X1 qarşı – cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 5082,10 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 70,82 manat məbləğində dövlət rüsumunun və pozulmuş hüquqlarının bərpası üçün hüquq şirkətinə ödədiyi 300 manat, ümumilikdə isə 5452,92 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020ci il tarixində 03-1127 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi imzalanmış və həmin Müqavilə əsasında İddiaçı abonent Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, X6, bina 25, mənzil 368 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X7 Departamenti tərəfindən **********03680 saylı abonent kodu verilmiş, Bakı şəkəri, Xəzər rayonu, X6, bina 25, mənzil 568 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4"nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğaclarına müxtəlif vaxtlarda baxış keçirələrkən, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, başqa sözlə, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətlərindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin təqsirli hərkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən aşağıdakı həcmdə təbii qazın talanması faktı müəyyən edilmiş və buna uyğun olaraq zərərin məbləği hesablanmışdır: xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 5832 kub metr qazın talanması faktı və buna uyğun olaraq 1166,40 manat ziyanın vurulması, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 1998 kub metr qazın talanması faktı və buna uyğun olaraq 399,60 manat ziyanın vurulması, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 666 kub metr qazın talanması faktı və buna uyğun olaraq 66,60 manat ziyanın vurulması, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 1422 kub metr qazın talanması faktı və buna uyğun olaraq 142,20 manat ziyanın vurulması, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 1422 kub metr qazın talanması faktı və buna uyğun olaraq 142,20 manat ziyanın vurulması, xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 1422 kub metr qazın talanması faktı və buna uyğun olaraq 142,20 manat ziyanın vurulması, xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 1422 kub metr qazın talanması faktı və buna uyğun olaraq 142,20 manat ziyanın vurulması, xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 1422 kub metr qazın talanması faktı və buna uyğun olaraq 142,20 manat ziyanın vurulması, xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 1422 kub metr qazın talanması faktı və buna uyğun olaraq 142,20 manat ziyanın vurulması, xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 324 kub metr qazın talanması faktı və buna uyğun olaraq 32,40 manat ziyanın vurulması, xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 324 kub metr qazın talanması faktı və buna uyğun olaraq 32,40 manat ziyanın vurulması, xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 324 kub metr qazın talanması faktı və buna uyğun olaraq 32,40 manat ziyanın vurulması, xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 324 kub metr qazın talanması faktı və buna uyğun olaraq 32,40 manat ziyanın vurulması, xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 8856,60 kub metr qazın talanması faktı və buna uyğun olaraq 885,60 manat ziyanın vurulması, xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 2952 kub metr qazın talanması faktı və buna uyğun olaraq 295,20 manat ziyanın vurulması, xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 2952 kub metr qazın talanması faktı və buna uyğun olaraq 295,20 manat ziyanın vurulması, xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 2952 kub metr qazın talanması faktı və buna uyğun olaraq 295,20 manat ziyanın vurulması olmaqla, cəmi 5082,10 manat məbləğində İddiaçınə maddi zərərin dəydiyi müəyyən olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilmiş və buna görə də iddiaçının əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda yoxlama aparılaraq, ardıcıl olaraq iddiaçıya təbii X4nın pozulması ilə bağlı akt tərtib edilmişdir. Cavabdeh tərəfindən ona məxsus ünvanda təbii qazdan qeyri-qanuni istifadə etməsi etiraf edilsə də, lakin məhkəmə İddiaçı İB tərəfindən itirilmiş qaz sərfiyyatının bərpası məqsədilə hesabatın aparılması qaydasını və hesablanmış borcun məbləğini düzgün və ədalətli hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 5.2-ci maddəsinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Belə ki, məhkəmə iş materiallarını araşdırarkən cavabdeh təşkilatın cəriməni hansı hesablama qaydaları ilə apardığına, yəni heç bir hesablama düsturuna rast gəlmədiyindən, ümumiyyətlə belə bir düsturun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmadığından, məhkəmə saldoda göstərilən yalnız 1 ədəd 4 gözlü plitədən istifadəyə görə hər ay cavabdeh tərəfindən 10 manat məbləğində təbii qazdan istifadə edilməsini ağlabatan hesab edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə cavabdehdən 5082,10 manat məbləğində cərimənin tələb edilməsi qeyri-realdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə qismən təmin edilərək, üç il ərzində cavabdeh tərəfindən hər ay 10 manat dəyərində qazdan istifadə edilməsi nəzərə alındıqda, cəmi 360 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iddianın “300 manat hüquqi yardım üçün ödənilmiş pul vəsaitinin tutulması” hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Ona görə ki, iddiaçı tərəfindən iddia tələbini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 360 (üç yüz altmış) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar