Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2209/2025 18.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh oğluna qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, Samsung Charger, İMEİ kodu **********38018 olan Samung Galaxy A15 markalı telefon üçün 450.8 manat ödənilməmiş hissə, 135.24 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Led TV üçün 202.4 manat ödənilməmiş hissə, 60.72 manat cərimə, ümumilikdə 849.16 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla pulun Cavabdeh NəciməTdin oğlundan alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Nəciməddin oğlu ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-ci il tarixli və xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, cavabdeh Samsung Charger, İMEİ kodu **********38018 olan Samsung Galaxy A15 markalı telefon və Hoffmann Led TV almış və nəticədə 849.16 manat borcu yaranmışdır, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən qiyməti 611.82 (18 ay x 33.99 + 0 manat ilkin ödəniş) manat olan Samsung Charger, İMEİ kodu **********38018 olan Samung Galaxy A15 telefon üçün ümumilikdə 586.04(beş yüz səksən altı manat, 4 qəpik) manat olmaqla, ondan 450.8(dörd yüz əlli manat, 8 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 135.24(yüz otuz beş manat, 24 qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 455.94(dörd yüz əlli beş manat, 94 qəpik)(18 ay x 25.33 manat + 0 manat ilkin ödəniş) manat olan Hoffmann Led TV üçün ümumilikdə 263.12(iki yüz səksən üç manat, 12 qəpik) manat olmaqla ondan 202.4(iki yüz iki manat, 40 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 60.72(altmış manat, 72 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 414.56 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh Nəciməddin oğlu arasında xx.xx.2024-ci il tarixli 03648492 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən ABC TELECOM özünə məxsus olan Samsung Charger, İMEİ kodu **********38018 olan Samung Galaxy A15 markalı telefonu müştəriyə vermiş, o isə malları müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2024-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Samsung Charger, İMEİ kodu **********38018 olan Samung Galaxy A15 markalı telefon Cavabdeh Nəciməddin oğluna tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh Nəciməddin oğlu arasında xx.xx.2023-ci il tarixli 03454970 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən ABC TELECOM ö zünə məxsus olan Hoffmann Led TV müştəriyə vermiş, o isə malları müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Hoffmann Led TV Cavabdeh Nəciməddin oğluna tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Nəciməddin oğlu xx.xx.2024-ci il tarixli və xx.xx.2023-ci il tarixli müqavilələr üzrə borcu ödənilməmiş məbləğ 653.2 manat, cərimə borcu 195.96 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 849.16 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair xx.xx.2024-cu il tarixində xəbərdarlıq məktubu göndərmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh Nəciməddin oğlu arasında Samsung Charger, İMEİ kodu **********38018 olan Samung Galaxy A15 markalı telefon üçün xx.xx.2024-ci il tarixli, Hoffmann Led TV üçün isə xx.xx.2023-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh Nəciməddin oğlu isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu hər iki müqaviləyə dair cəmi olararq ödənilməmiş məbləğ 653.2 manat, cərimə borcu 195.96 manat olmaqla, ümumilikdə 849.16 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, Samsung Charger, İMEİ kodu **********38018 olan Samung Galaxy A15 markalı telefon üçün 450.8 manat ödənilməmiş hissə, 135.24 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, Hoffmann Led TV üçün 202.4 manat ödənilməmiş hissə, 60.72 manat cərimə, ümumilikdə 849.16 manat borc Cavabdeh Nəciməddin oğludan alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh Nəcimətdin oğlu arasında bağlanan xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, Samsung Charger, İMEİ kodu **********38018 olan Samung Galaxy A15 markalı telefon üçün 450.8(dörd yüz əlli manat, 80 qəpik) manat ödənilməmiş hissə, 135.24(yüz otuz beş manat, 24 qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, Hoffmann Led TV üçün 202.4 manat ödənilməmiş hissə, 60.72(altmış manat, 72 qəpik) manat cərimə olmaqla, ümumilikdə 849 (səkkiz yüz qırx doqquz) manat 16 (on altı) qəpik borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat pul məbləği Cavabdeh Nəciməddin oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2209/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2209/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver