Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2211/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Rabitə” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli MK-00055-06/14A saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş 1828.04 manat əsas borc, 0 manat faiz məbləği, 0 manat dəbbə pulu borcu, iddia qaldırılması üçün 39 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, ümumilikdə 1828.04 manat və 39.40 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələri barədə məhkəməyə məlumat verməmişlər. Bununla belə, iddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə elektron qaydada ərizələr ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılması və iddia qaldırılması üçün ödənilmiş 39.4 manat dövlət rüsumunun Bank "xxxx" ASC-ə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda, məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə yazılı ərizə verdiyindən, iş hazırda hazırlıq mərhələsində olduğundan, onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi barədə məlumatdan görünür ki, Bank "xxxx" ASC tərəfindən 39 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da tam geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114, 170, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı Bank "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumu qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2211/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2211/2023
12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver