Məhkəmə qərarları › İş №e-2(011)-2214/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2214/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2214/2022 05.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə “X3 Azərbaycan” QSC) Cavabdeh qarşı – cavabdehdən “X3 Azərbaycan” QSC-nin xeyrinə 383,53 manat əsas, 23,16 manat faiz, cərimə borcu 22,80 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 14,50 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 3,40 manat, cəmi 447,39 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci ildə “X3 Azərbaycan” QSC ve Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4,26 maddəsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 400,00 manat (dörd yüz manat) məbləğində kredit kartı limiti ayrılmışdır. “X3 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X3 Azərbaycan” QSC-yə olan borcu: əsas məbləğ üzrə borc: 383,53 manat (üç yüz səksən üç manat əlli üç qəpik) hesablanmış və ödənilməmiş faiz borcu: 23,16 manat (iyirmi üç manat on altı qəpik) cərimə borcu: 22,80 manat (iyirmi iki manat səksən qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 14,50 manat (on dörd manat əlli qəpik) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 3,40 manat (üç manat qırx qəpik) cəmi borc: 447,39 manat (dörd yüz qırx yeddi manat otuz doqquz qəpik) borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq qaytarılması təmin edilməmişdir. Tərəflərin izahatları: İddiaçı “X3 Azərbaycan” QSC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə iştirakları olmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli, Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsindən görünür ki, Cavabdeh 5 (beş) il müddətinə 400 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci ildə “X3 Azərbaycan” QSC ve Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi üzrə “X3 Azərbaycan” QSC-nə 383,53 manat (üç yüz səksən üç manat əlli üç qəpik) hesablanmış və ödənilməmiş faiz borcu: 23,16 manat (iyirmi üç manat on altı qəpik) cərimə borcu: 22,80 manat (iyirmi iki manat səksən qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 14,50 manat (on dörd manat əlli qəpik) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 3,40 manat (üç manat qırx qəpik) cəmi borc: 447,39 manat (dörd yüz qırx yeddi manat otuz doqquz qəpik) borcu yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/5848 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixədək banka olan əsas və faiz borcu 406,69 manat məbləğində, əsas borc üzrə 383,53 manat, faiz borcu üzrə 23.16 manat təşkil edir. xx.xx.2022-ci il tarixli bildiriş məktubundan görünür ki, “X3 Azərbaycan” QSC tərəfindən cavabdehə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, “X3 Azərbaycan” QSC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən kredit borcuna görə 383,53 manat (üç yüz səksən üç manat əlli üç qəpik) hesablanmış və ödənilməmiş faiz borcu: 23,16 manat (iyirmi üç manat on altı qəpik) cərimə borcu: 22,80 manat (iyirmi iki manat səksən qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 14,50 manat (on dörd manat əlli qəpik) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 3,40 manat (üç manat qırx qəpik) cəmi borc: 447,39 manat (dörd yüz qırx yeddi manat otuz doqquz qəpik) məbləğində borcunun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək. həmçinin iş üzrə verilmiş ekspert rəyinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 383,53 manat (üç yüz səksən üç manat əlli üç qəpik) hesablanmış və ödənilməmiş faiz borcu: 23,16 manat (iyirmi üç manat on altı qəpik) cərimə borcu: 22,80 manat (iyirmi iki manat səksən qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 14,50 manat (on dörd manat əlli qəpik) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 3,40 manat (üç manat qırx qəpik) cəmi borc: 447,39 manat (dörd yüz qırx yeddi manat otuz doqquz qəpik) məbləğində pul tutularaq iddiaçı “X3 Azərbaycan” QSC-yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. 383,53 manat (üç yüz səksən üç manat əlli üç qəpik) əsas; 23,16 manat (iyirmi üç manat on altı qəpik) məbləğində faiz; 22,80 manat (iyirmi iki manat səksən qəpik) manat məbləğində cərimə; 14,50 (on dörd manat əlli qəpik) manat məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə; 3,40 manat (üç manat qırx qəpik) məbləğində poçt xərcləri üzrə borc; 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi cəmi 477,39 manat (dörd yüz yetmiş yeddi manat otuz doqquz qəpik) məbləğində pul vəsaiti Cavabdeh alınaraq, “X3 Azərbaycan” QSC-nə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar