Məhkəmə qərarları › İş №e-2(011)-2222/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2222/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2222/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli BPM**********41 nömrəli kredit müqaviləsi üzrə 549,40 manat əsas borc, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Qurbanov Kərəm İmamnəzər oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********41 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Qurbanov Kərəm İmamnəzər oğluna 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 2.500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X4 İmamnəzər oğlu xx.xx.2020-ciil tarixdə vəfat etmişdir. Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən Qurbanov Kərəm İmamnəzər oğlunun mirasını qəbul etmiş vərəsələri Cavabdeh2, Cavabdeh1, X3 və Cavabdeh3 müraciəti əsasında vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixli hər birinə ¼ nisbətində miras əmlakından pay almaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlakı kimi Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 46.73 kv.m. olan 3 otaqlı mənzildən və İsmayıllı rayonu, Tircan kəndi ünvanında yerləşən 0.03 ha torpaq sahəsindən ibarətdir. Maliyyə arayışına əsasən, Qurbanov Kərəm İmamnəzər oğlunun banka ödənilməmiş borcu – 549,40 manat əsas borcu olmaqla, cəmi 549,40 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3 və Cavabdeh3 Qurbanov Kərəm İmamnəzər oğlunun vərəsələri kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Cavabdeh2, Cavabdeh1, X2 və Cavabdeh3 borcun qaytarılması haqqında xx.xx.2023-cü il tarixli bildirişlər göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 549,40 manat olduğundan, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. İddiaçı "xxxx" ASC sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli BPM**********41 nömrəli kredit müqaviləsi üzrə 399,43 manat əsas borcun, 0,03 manat faiz borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməklə məhkəməyə çağırılsa da, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməklə məhkəməyə çağırılsalar da, onlar məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Qurbanov Kərəm İmamnəzər oğlu arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, BPM**********41 nömrəli kredit müqaviləsinə əsasən “Borc verən” ("xxxx" ASC) “Borc alana” (Qurbanov Kərəm İmamnəzər oğlu) 36 ay müddətinə 2.500 manat məbləğində, kreditdən istifadəyə görə illik 20% ödəmək şərti ilə kredit verməyi, Borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Qurbanov Kərəm İmamnəzər oğlunun xx.xx.2019-cu il tarixli nağd kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinədək 549,40 manat ödənilməmiş əsas borcu vardır. İşin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Qurbanov Kərəm İmamnəzər oğlunun xx.xx.2019-cu il tarixli nağd kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinədək 399,40 manat ödənilməmiş əsas borcu vardır. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, 2.475 manat məbləğində pul vəsaiti Qurbanov Kərəm İmamnəzər oğluna ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli BPM**********41 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş “kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli”ndən görünür ki, Qurbanov Kərəm İmamnəzər oğlunun xx.xx.2019xx.xx.2022-ci il tarixlərində hər ay 93 manat, xx.xx.2022-ci il tarixdə 88,54 manat məbləğində ödəniş etməsi (əsas borcun ödənişi və faiz ödənişinin cəmi) müəyyənləşdirilmişdir. İşin materiallarından görünür ki, "xxxx" ASC tərəfindən Qurbanov Kərəm İmamnəzər oğlunun vərəsələri: Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 kredit borcunun qaytarılmasına dair xx.xx.2023-cü il tarixli bildiriş ünvanlanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, Qurbanov Kərəm İmamnəzər oğlu xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş Qurbanov Kərəm İmamnəzər oğlunun vərəsələri arvadı – Cavabdeh2, qızı – Cavabdeh1, oğlu – Cavabdeh4 və oğlu – Cavabdeh3dur və onların hər biri miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən miras əmlak – Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixdə Qurbanov Kərəm İmamnəzər oğluna verilmiş 30/8418 qeydəalma nömrəsi ilə 53 nömrəli reyestr kitabında 8418-ci vərəqində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 46,73 kv.metr olan 3 otaqlı mənzildən ibarətdir. İş materiallarında olan Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş Qurbanov Kərəm İmamnəzər oğlunun vərəsələri arvadı – Cavabdeh2, qızı – Cavabdeh1, oğlu – Cavabdeh4 və oğlu – Cavabdeh3dur və onların hər biri miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən miras əmlak – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə Qurbanov Kərəm İmamnəzər oğluna verilmiş **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İsmayıllı rayonu, Tircan kəndi ünvanında yerləşən sahəsi 0,03 ha torpaq sahəsindən ibarətdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı kredit üzrə hesablanmış borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Qurbanov Kərəm İmamnəzər oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, o kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqavilələri üzrə borcun Qurbanov Kərəm İmamnəzər oğlunun vərəsələri olan cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehlərdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, BPM**********41 nömrəli kredit müqaviləsinə əsasən, ödənilməmiş 399,40 (üç yüz doxsan doqquz manat qırx qəpik) manat əsas borc məbləği, 0,03 manat faiz borcu olmaqla, cəmi 399,43 manat (üç yüz doxsan doqquz manat qırx üç qəpik) borc məbləği, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı müştərək qaydada cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar