Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2267/2023 23.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK-0050461-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-nin xeyrinə əsas borc üzrə 8644,82 (səkkiz min altı yüz qırx dörd manat səksən iki qəpik) manat, faiz borcu 4465,05 (dörd min dörd yüz altmış beş manat beş qəpik) manat, cərimə borcu üzrə 150,18 (yüz əlli manat on səkkiz qəpik) manat olmaqla, cəmi 13260,05 (on üç min iki yüz altmış manat beş qəpik) manat məbləğində borcun, habelə ödənilmiş 130 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 28 dekabr 2019-cu il tarixli L-BK-0050461-F saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, kreditor 16 ay müddətinə, aylıq 3%, illik 36 % olmaqla, 9100 məbləğində kredit verməyi, borcalan aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürmüşdür, gecikdirməyə görə hesablanacaq faiz məbləğ 1 aylıq ödəniş məbləği 728 manat təşkil edir. İş materiallarında olan Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC borcun ödənilməsi barədə borclu Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 9100 manat kredit verilmişdir. Ödənilmiş əsas borcu 455,18 manat, faiz borcu isə 391,3 manat, cərimə 53,52 manatdır. Ödənilməli olan əsas borcun məbləği 8644,82 manat, faiz borcu isə 4465,05 manat, cərimə 150,18 manat ümumilikdə 13260,05 manatdır. İş materiallarında olan №9/4229, 28 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixdə L-BK-0050461-F saylı Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh iddia tələbinin tarixinə, yəni xx.xx.2023-cü il tarixinə iddiaçı "xxxx" MMC-yə olan cəmi borcu 13097,55 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə - 8573,10 manat, faiz borcu üzrə - 4524,45 manat təşkil edir. İş materiallarında olan qəbzdən görünür ki, iddia tələbinin məhkəməyə verilməsi üçün 130 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan №9/4229, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında 16 ay müddətinə, illik 36% olmaqla, 9100 manat məbləğində kredit verilməsini nəzərdə tutan xx.xx.2019-cu il tarixli L-BK-0050461-F saylı Kredit müqaviləsi bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək cavabdehə 9100 manat məbləğində kredit vermişdir, cavabdeh Kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, hazırda onun banka əsas və faiz borcu qalmışdır, bank tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh Kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, Kredit müqaviləsi üzrə cavabdehlərdən tutulmalı olan faiz borcun məbləğini müəyyən edərkən xx.xx.2023-cü il tarixli 9/4229 saylı ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, cavabdehlərin kredit müqaviləsi üzrə əsas borc məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq 8573,10 manat həddində müəyyən edilməlidir. Məhkəmə, tutulmalı faiz borc məbləğini, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğ iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır, iddiaçı isə həmin məbləğ barədə ekspertin nəticəsi ilə razılaşmayaraq iddianı 4465,05 manat həddində müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, tutulmalı faiz borc məbləği 4465,05 manat həddində müəyyən edilməlidir. Məhkəmə, kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan cərimə borcunu onun əsas və faiz borcu məbləğinə uyğun olaraq, 150,18 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli L-BK-0050461-F saylı Kredit müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 8573,10 manat, faiz borcu üzrə 4465,05 manat, 150,18 manat cərimə borcu ümumilikdə 13188,33 manat alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki iddia tələbi qismən təmin edildiyindən və tərəflərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumu qismində ödənilmiş 130 manat cavabdehdən alınaraq iddiaçıya, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli L-BK-0050461-F saylı kredit müqaviləsi üzrə əsas borc kimi 8573,10 manat, faiz borcu kimi 4465,05 manat, 150,18 manat cərimə borcu olmaqla ümumilikdə 13188 (on üç min yüz səksən səkkiz) manat 33 (otuz üç) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 (yüz otuz) manat pul məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2267/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2267/2023
23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver