Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2317/2021 12.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə İddiaçı “xxxx” X1 nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” X3 Cavabdeh qarşı Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X2 vurulmuş 1010 (bir min on) manat məbləğində maddi ziyanın, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı daxil olmaqla, cəmi 1040,40 (bir min qırx manat qırx qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində mülkiyyət hüququ əsasında idarə etdiyi “Lada Vesta GFL 13-W7V-62 minik” markalı, **- NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “xxxx” X2 məxsus olan 1 ədəd “Qalvaniz” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə 1010 (bir min on) manat dəyərində maddi ziyan yetirmişdir. Hadisə yerinə gəlmiş Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2020-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2020-ci il tarixli, TP ******* saylı X5 haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh tərəfindən idarə edilən “Lada Vesta GFL 13- W7V-62 minik” markalı, **- NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 1010 (bir min on) manat məbləğində maddi ziyan və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq “xxxx” X4 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddiaçı “xxxx” X1 tələb etdiyi məbləğ şişirdilmiş məbləğdir, o yol nəqliyyat hadisəsi törətmiş və işıq dirəyinə zərər vurmuşdur, lakin dəymiş zərər iddiaçının tələb etdiyi məbləğdən aşağıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Nəqliyyat vasitəsinin AD seriyalı 281538 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “Lada Vesta GFL 13- W7V-62 minik” markalı **-NM-*** nömrə nişanlı avtomobil Cavabdeh məxsusdur. İş materiallarında olan, xx.xx.2020-ci il tarixli TP ******* nömrəli X5 haqqında Qərarın, həmçinin İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokolun surətindən müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə “Lada Vesta GFL 13- W7V-62 minik” markalı **-NM- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Akta əsasən 160 km/saat küləyə davamlı, qalvaniz, elektrostatik toz boyalı dayaq 640 manat, 400W Siteco SQ 200 işıqlandırıcı 452 manat dəyərindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “xxxx” X1 Baş mühəndisi tərəfindən təsdiq edilmiş Akta əsasən, xx.xx.2020-ci il tarixdə “Lada Vesta” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Müəssisəyə məxsus 1 ədəd qalvaniz toz boyalı dayaq, 1 ədəd 400W Siteco işıqlandırıcı və 40 metr uzunluğunda kabel yararsız hala düşmüşdür. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə “Lada Vesta GFL 13- W7V-62 minik” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə nəticəsində “xxxx” EŞM-nin balansında olan 640 manat dəyərində olan işıq dayağı və 452 manat dəyərində işıqlandırıcı zədələnmişdir. Cavabdeh məhkəmə iclasında tələb edilən işıq dayağına dəymiş ziyanın şişirildiyini bildirsə də, bu halı təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı, Cavabdeh məxsus olan “Lada Vesta GFL 13- W7V-62 minik” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə 1010 manat maddi ziyan məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia qeyd edilən hissədə əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumunun və bank xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Vurulmuş maddi ziyana görə 1010 (bir min on) manat və ödənilmiş dövlət rüsumuna və bank xidmət haqqına görə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı “xxxx” X2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2317/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2317/2021
12.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver