Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2322/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yol-hərəkət qaydalarını pozaraq mülkiyyətində olan "Kia Stinger” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomobilə vurulan maddi zərərin əvəzi kimi 11.312 (on bir min üç yüz on iki) manat, sağlamlığına vurulmuş zərərlə bağlı 500 (beş yüz) manat, mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat və dövlət rüsumu qismində ödənilən 130 (bir yüz otuz) manat dövlət rüsumunun, cəmi 12.942 (on iki min doqquz yüz qırx iki) manat məbləğinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "Kia Stinger” markalı **-VP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisidir. xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nəsimi rayon, Vaqif prospekti ilə X.Şuşinski küçəsinin kəsişməsində Cavabdeh idarə etdiyi "Renault Tondar” markalı **-RT-*** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən yol-hərəkət qaydalarını pozduğu üçün, onun idarə etdiyi "Kia Stinger” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomobil ilə X2 idarə etdiyi avtomobil ilə toqquşaraq "Nissan X-Trail” markalı **-TJ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün və onun sağlamlığına, o cümlədən avtomobillərin toqquşması nəticəsində ona və X3 maddi zərər vurmuşdur. Nəsimi rayon Polis İdarəsinin təhqiqatçısı X4 tərəfindən X1 alınan izahata görə, xx.xx.2022-ci il tarixində təxminən saat 23:00 radələrində idarə etdiyi "Nissan X-Trail” markalı **-TJ-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti istiqamətindən üzü S.Vurğun küçəsi istiqamətinə baş yolla Vaqif prospekti ilə üzü təxminən saatda 40-50 km surətlə hərəkət edərkən X.Şuşinski küçəsinin kəsişməsində sonradan ona məlum olan "Renault Tondar” markalı **-RT-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh idarə etdiyi avtomobil ilə X.Şuşinski küçəsi ilə hərəkət edərək "Stop” nişanının tələblərini pozaraq yol ayrıcına daxil olduğu üçün, sonradan ona məlum olan "Kia Stinger” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü İddiaçı idarə etdiyi avtomobil ilə toqquşdu və zərbənin təsirindən "Kia Stinger” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomobil fırlanaraq X2 idarə etdiyi avtomobilin qabağına dəydi. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X5 xəsarət aldı. Bədən xəsarətinin dərəcəsinin müəyyən edilməsi məqsədilə onun barəsində təyin olunmuş "Məhkəmə-tibbi Ekspertiza və X7” X11nin xx.xx.2022-ci il tarixli, 1539 nömrəli rəyinə əsasən, hadisə nəticəsində alınan bədən xəsarətləri dərəcəsinə görə, ümumilikdə, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Bununla bağlı, X3 təyin edilmiş "Məhkəmətibbi Ekspertiza və X7” X11nin xx.xx.2022-ci il tarixli, 1513 nömrəli rəyinə əsasən, hadisə nəticəsində alınan bədən xəsarətləri dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Nəticədə xx.xx.2022-ci il baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, yüngül dərəcəli bədən xəsarəti, X5 isə az ağır dərəcəli bədən xəsarəti almışdır. Bu səbəbdən dolayı da, Cavabdeh əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkibi olsa da, hadisə ilə əlaqədar X2 barışıq ərizəsi nəzərə alınmaqla, Cavabdeh barəsində xx.xx.2022-ci il tarixli Nəsimi rayon Polis İdarəsinin təhqiqatçısı X4 tərəfindən cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq, idarə etdiyi "Kia Stinger” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomobillə və X2 idarə etdiyi Nissan X- Trail” markalı **-TJ-*** dövlət nömrə nişanlı avtomobilə Siğorta şirkəti tərəfindən siğorta ödənişi iki avtomobil arasında proporsional qaydada, dəyən zərərə uyğun olaraq ödənilmişdir. Belə ki, idarə etdiyi "Kia Stinger” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomobilə hadisə zamanı dəymiş ziyan üzrə ödənilən siğorta ödənişi 3.797,64 (üç min yeddi yüz doxsan yeddi manat altmış dörd qəpik) təşkil edir. Lakin idarə etdiyi avtomobilin xx.xx.2023-cü il tarixli "qüsur aktı”na əsasən, avtomobilə dəyən zərər 15.110 manat məbləği əhatə edir. Hal-hazırda isə idarə etdiyi avtomobil təmir olunub, istifadədir. Lakin arada qalmış və ona ödənilməmiş 11.312 (on bir min üç yüz on iki manat) məbləğ və əlavə olaraq sağlamlığımın bərpası üçün çəkdiyi xərclər və işin aparılmasına görə hüquqi xəclər qarşı tərəfdən alınmalıdır. Bu səbəbdən ötrü də, vurulan bütün maddi zərərlərin ödənilməyən hissəsini tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, iddia ərizəsinə etiraz edir. O, bildirmişdir ki, iddiaçı tərəfindən tələb olunan təmir xərclərinin məbləği həddindən artıq yüksəkdir. O, iddiaçının təqdim etdiyi təmir xərclərinin hesablanması ilə razı olmasa da, sığorta şirkəti tərəfindən iddiaçının avtomobilinə dəymiş ziyanın cəmi 10.960,20 manat məbləğində hesablanması ilə razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və “Renault Tondar” markalı **-RT-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində İXM-nin 327.1 və 327.8-ci maddəsi əsasında inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış material Nəsimi RPİ-nin DYPŞ vasitəsi ilə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1539 nömrəli rəyin surətindən görünür ki, İddiaçı bədənində aşkar olunmuş xəsarətlər-sol gicgah təpə nahiyəsinin iri həcmli dərialtı hematoması, sağ bud və sol bazu nahiyyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aiddilər. İş materiallarında olan fərdi sahibkar X6 tərəfindən (“İndividual Services”) verilmiş qüsur aktının surətindən görünür ki, “Kia Stinger” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 15.110 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-c il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı hesabına Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkəti tərəfindən 3.797.64 manat ödənilmişdir. Məhkəmənin 05 aprel 2023-cü il tarixli sorğusuna Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkəti tərəfindən göndərilmiş sənədlərdən görünür ki, sığorta ödənişinin verilməsı ilə bağlı “Kia Motors” tərəfindən tərtib edilmiş qüsur aktında “Kia Stinger” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 10.960 manat təşkil edir. İş materiallarına əlavə olunan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 200 (iki yüz ) manat məbləğində cərimə edilmişdir. İddiaçının avtomobilinə dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi "Renault Tondar” markalı **-RT-*** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə İddiaçı məxsus “Kia Stinger” markalı **- VP-*** dövlət nömrə nişanlı avtomobillə X2 idarə etdiyi "Nissan X-Trail” markalı **-TJ-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuşdur. Hadisənin törədilməsində Cavabdeh təqsirli bilinmişdir. Həmçinin, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya 3.797.64 manat sığorta ödənişi verilmişdir. İddiaçı avtomobilə dəymiş maddi zərəri 15.110 manat məbləğində qiymətləndirmişdir və bununla bağlı qüsür aktı (“İndividual Services”) təqdim etmişdir. Cavabdeh həmin məbləği mübahisələndirərək zərərin məbləğini müstəqil şəkildə müəyyənləşdirə bilmədiyini üçün ekspertizanın keçirilməsinin zəruri olduğunu bildirmişdir. İddiaçının avtomobili təmir etdiyini və həmin təmirlə bağlı qüsur aktı təqdim etdiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, təmir olunmuş avtomobilin təmir xərclərinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi məqsədəmüvafiq deyildir. Cavabdeh tərəfindən avtomobilə dəymiş zərərin müstəqil şəkildə müəyyənləşdirilməsinin çətinliyini nəzərə alınaraq, məhkəmə hesab etmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı sığorta ödənişin verilməsinə əsas olmuş qüsur aktının alınması məqsədəmüvafiqdir. İddiaçı tərəfindən təqdim edilmiş qüsur aktı (“İndividual Services”) ilə sığorta ödənişinin verilməsi üçün əsas olmuş qüsür aktını (“Kia Motors”) müqayisə edərkən məhkəmə hesab edir ki, sonuncu əsas götürülməlidir. Məhkəmə nəzərə alır ki, həmin aktda əks olunmuş hesablamalar üzrə iddiaçıya ödənilmiş 3.797.64 manat sığorta ödənişi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə ki, sığorta ödənişinin verilməsi məqsədilə tərtib edilmiş həmin qüsur aktı sığorta hadisəsi nəticəsində dəymiş ziyanı müəyyənləşdirmək və bunun əsasında sığorta ödənişini həyata keçirmək məqsədilə tərtib edilmişdir. İddiaçı tərəfindən avtomobilinin təmiri ilə bağlı tərtib edilmiş qüsur aktında isə (“İndividual Services”) sığorta hadisəsi nəticəsində dəymiş ziyan daxil olmaqla, avtomobilin sair cari təmir xərclərinin də hesablanması istisna olunmur. İddiaçıya sığorta ödənişi qismində 3.797.64 manat məbləğinin ödənilməsini nəzərə alınaraq, məhkəmə hesab edir ki, avtomobilə dəymiş maddi ziyanla bağlı iddia tələbləri 7.162,56 manat həddində təmin edilməlidir. Sağlamlığa vurulmuş zərərlə bağlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının sağlamlığına zərərin vurulması işin mübahisəsi halı olsa da, sağlamlığının bərpasına çəkilmiş xərcləri təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığıa görə həmin tələblər təmin edilməli deyil. Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə, iddiaçının cavabdehin təqsirli davranışı nəticəsində baş vermiş yolnəqliyyat hadisəsi zamanı və hadisədən sonra mənəvi sarsıntı keçirməsi ilə bağlı dəlillərini əsaslı hesab edir. Belə ki, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına və əmlakına zərərin vurulması səbəbindən iddiaçı mənəvi sarsıntı keçirmişdir. Ağlabatanlıq meyarından irəli gəlməklə, iddiaçının məruz qaldığı mənəvi sarsıntının dərəcəsinə uyğun olaraq iddiaçının xeyrinə tutulmalı olan mənəvi ziyanın məbləği 500 (beş yüz) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddia tələbinin əksər hissəsi təmin edildiyinə görə işə baxılması ilə əlaqədar dövlət rüsumuna ödənilmiş 130 manat pul məbləğinin 100 manat hissəsi cavabdehdən alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. “Kia Stinger” markalı, **-VP-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 7.162,56 (yeddi min yüz altmış iki manat əlli altı qəpik) manat, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz manat) manat, cəmi 7.662,56 (yeddi min altı yüz altmış iki manat əlli altı qəpik) manat pul məbləği və dövlət rüsumunun əvəzi olaraq 100 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-2322/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2322/2023
23.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver