Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2325/2023 04.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı “X7” Bakı Filialının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı “X7” Bakı Filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və kredit borcuna görə hesabnlanmış faizlərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “X7” Bakı Filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və kredit borcuna görə hesabnlanmış faizlərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən cəmi 12.378,66 manat (bundan 10.000 manat əsas borc, 2.378,66 manat faiz borcu təşkil edir) məbləğində xx.xx.2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 127,14 manat dövlət rüsumunun tutularaq “X7” Bakı filialına ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X7” Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 1153 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X7” Bakı filialı ilə Cavabdeh1 arasında 244 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən “Borcalan” ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonra başlayaraq hər ayın həmin günü banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 366,56 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə “Borcalan” tərəfindən “Kredit müqaviləsi”nin hər hansı bir şərti pozulduqda “Bank” verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq “Borcalan” xx.xx.2023-ci il tarixə «Bank» a kredit borcu üzrə - 4.765,28 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 0 manat ödəniş həyata keçirilmişdir. Bank tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1 bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, borcalan banka illik 29% ödəməlidir. xx.xx.2023-cü il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə 12.378,66 manat təşkil edir. Bundan 10.000 manat əsas borc 2.378,66 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. X4 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 1153 nömrəli kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə X3 arasında 244 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. İddiaçı “X7” Bakı Filialının nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “X7” Bakı filialı ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank”, “Borcalan”a 10.000 manat məbləğində kredit verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kredit, “Borcalana”a kreditdən istifadə haqqı illik 19% (on doqquz) hesablanmaqla 36 ay (otuz altı) müddətinə verilir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən verilmiş ssuda vəsaitlərinin təminatı 16 dekabr 2021-ci il 244 nömrəli Cavabdeh1 tərəfindən verilmiş zaminlik müqaviləsidir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən kreditin təyinatı mənzil təmiri üçün nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 244 nömrəli zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunmuş əsas öhdəliyin predmeti “Borcalan”a (X4) 36 ay müddətinə, illik 19% hesablanmaqla 10.000 məbləğində kredit verilməsidir. “Borcalan” ssuda hesabında borc əmələ gələn gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü banka ssuda borcu və ssuda hesabının qalığına hesablanmış faizlər daxil olmaqla 366,56 manat ödəyir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X1 “X7” Bakı filialına 10.000 manat məbləğində əsas, 2.378,66 manat faiz borcu olmaqla, cəmi 12.378,66 manat məbləğində borcu vardır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə Əlavədə göstərilmiş ödəniş qrafiki Cavabdeh2 tərəfindən imzalanmışdır. Həmin ödəniş cədvəlinə əsasən xx.xx.2022xx.xx.2024-cü il tarixlərində hər ay 366,56 manat ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəzinə məxaric orderindən görünür ki, 10.000 manat məbləğində pul vəsaiti Cavabdeh2 “X7” Bakı filialı tərəfindən verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/940 saylı ekspert rəyindən görünür ki, 16 dekabr 2021-ci il tarixli 244 nömrəli “Zaminlik müqaviləsi”nin aşağı sağ hissəsində “Zamin durmaqa razıyam” yazıları və “Cavabdeh1” yazılarının qarşısında olan imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın əsas və faiz borcunun ödənilməsinə dair hissələri əsaslıdır. Məhkəmə eyni zamanda iddia tələbinin digər cavabdeh X2 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə həmçinin iddianın 127,14 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının xərci cavabdehlərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri 124 manat məbləğindədir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 16 Dekabr 2021-ci il tarixli 1153 nömrəli kredit müqaviləsinə əsasən 10.000 (on min) manat əsas, 2.378,66 manat (iki min üç yüz yetmiş səkkiz manat altmış altı qəpik) manat faiz borcu olmaqla, cəmi 12.378,66 (on iki min üç yüz yetmiş səkkiz manat altmış altı qəpik) manat məbləğində pul vəsaiti və 127,14 (bir yüz iyirmi yeddi manat on dörd qəpik) manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı “X7” Bakı Filialına ödənilsin. 124 (bir yüz iyirmi dörd) manat məbləğində məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-2325/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2325/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver