Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2330/2022 08.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdeh İrada Dzhafarovanın və onun vəkili Vəkil3, X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və İrada Dzhafarovaya qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və İrada Dzhafarovaya qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 onun qardaşı oğlu, digər cavabdeh İrada Dzhafarova isə Tairin həyat yoldaşıdır. Cavabdehlər 2016-cı ildə ondan özlərinə ev almaq məqsədilə qısa zamanda hissə-hissə qaytarmaq şərtilə 95.000 ABŞ dolları borc pul istəmişlər və onun da evdə pulu olduğundan onlara etiraz etməyərək həmin pulu onlara vermişdir. Verdiyi puldan sonuncu dəfə 2021-ci ilin mart ayında ödədikləri 2.000 (iki min) ABŞ dolları ilə birlikdə bu günə kimi cəmi olaraq 46.000 (qırx altı min) ABŞ dolları məbləğində hissəni ona geri qaytarmışlar, qalan 49.000 (qırx doqquz min) ABŞ dolları məbləğ isə borc olaraq qalmışdır. Dəfələrlə cavabdehlərə müxtəlif formalarda xəbərdarlıq edilməsinə baxmayaraq bu günə kimi onun pulunu tam formada geri qaytarmamışlar. Sonuncu dəfə Cavabdeh1 həmin pul vəsaitini nə üçün qaytarmadıqlarını soruşduqda ona bildirmişdir ki, İrada ilə ailə münasibətləri pozulmuş, şəxsi münasibətləri gərgindir. Hazırda aralarında əmlak bölgüsü ilə bağlı mübahisə gedir və həll edilməmiş məsələlər var. Sonra isə bildirmişdir ki, İrada ilə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi zamanı müəyyən hissə ona düşsə də, müəyyən hissənin isə İradaya düşmə ehtimalı var. Bu baxımdan ondan aldıqları borcu təkbaşına ödəmək iqtidarında deyil, həmin borcu İrada ilə birlikdə ödəməlidir. Tair həmçinin ona bildirmişdir ki, İradaya ondan aldıqları borcun ödənilməsini təklif etsə də, İrada bundan yayınmışdır. O, da cavabdehlərdən pulu başqa heç bir formada ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və İrada Dzhafarovadan müştərək qaydada 49000 ABŞ dolları pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq hesablanmaqla və ödənilmiş 340 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdeh İrada Dzhafarova və onun vəkili Vəkil3 hər biri ayrı-ayrılıqda cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh İrada Dzhafarova izahatında bildirmişdir ki, Cavabdeh1lə Ukraynada tanış olub evlənmişdir. Həmin vaxt bankda işləyirmiş. Tairlə ailə qurmaq üçün valideynləri ilə Bakıya köçmüşdür. Cavabdeh1lə xx.xx.2015-ci ildə nikaha daxil olmuşlar. İşdən çıxanda yaxşı kompensasiya almışdır, bununla yanaşı Ukraynada Çerniqovda bağı evini 50000 dollara satmışlar və həmin pulu 2016-cı ildə birgə nikahda aldıqları mənzilin alınmasına vermişdir. Mənzili 157000 manata almışlar. Həmçinin həmin mənzilin alınmasına Cavabdeh1 öz pulunu qoymuşdur, çünki o, İT şirkətində işləyirdi və ayda 2000-3000 manat qazanırdı, nikahdan əvvəl də yığdığı pul var idi. Mənzili tam təmirli, mətbəx mebelli almışdırlar, pulunu bir dəfəyə ödəmişdirlər. İrada Dzhafarova həmçinin qeyd etmişdir ki, Bakıya gələndən sonra o, işləməmişdir, hal-hazırda kosmetoloq işləyir, valideynləri Xətai metrosunun yanında kirayədə yaşayır, anası kosmetoloqdur, atası tikinti şirkətində işləyir. Mənzilin alınması üçün təxminən 50000 manat pul vermişdir. İddiaçıdan heç vaxt borc pul götürməmişdir. Belə ki, iddiaçı təqaüddədir və onun borca vermək üçün o qədər pulu ola bilməzdi. X4 iddiaçının nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, Ukraynadakı bağın satışından ədə olunmuş 50000 dolları Azərbaycana valideynləri gətirib, sərhəddən həmin pulun necə keçirilməsi ona məlum deyil və bununla bağlı sübutu yoxdur. İş üzrə digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 məhkəməyə ünvanlanmış iddia ərizəsinə mülahizəsində iddianı etiraf etmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinə mülahizəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən 58 saylı mənzil (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri,Xətai rayonu, Süleyman Vəzirov küç., 47, M16, mən.2) Tair Baxşəliyeviç tərəfindən 2016-cı ildə 102.000 (yüz iki min) ABŞ dollarına alınmışdır. Həmin pulun 95.000 (doxsan beş min) ABŞ dolları hazırkı iş üzrə iddiaçı olan İddiaçı hissə-hissə qaytarmaq şərtilə borc alınmışdır. Cavabdeh1 95.000 (doxsan beş min) ABŞ dolları borc puldan sonuncu dəfə 2021-ci ilin mart ayında ödədiyi 2000 (iki min) ABŞ dolları ilə birlikdə bu günə kimi cəmi olaraq 46.000 (qırx altı min) ABŞ dolları məbləğində hissəsini İddiaçı geri qaytarmış, qalan 49000 (qırx doqquz min) ABŞ dolları məbləği isə borc olaraq qalmışdır. Sonradan Cavabdeh1la İrada Dzhafarova arasında olan ər-arvad münasibətinə xitam verilmiş və İrada Dzhafarova həmin məbləğin müştərək qaydada İddiaçı qaytarılmasından imtina etmişdir. Cavabdeh1 İddiaçı 95.000 (doxsan beş min) ABŞ dolları borc pul alındığı və həmin məbləğdən olaraq 46.000 (qırx alta min) ABŞ dolları məbləğində hissəsinin bu günə kimi ödənilmədiyini qəbul edir. Lakin Cavabdeh1 hesab edir ki, həmin borc iş üzrə digər cavabdeh İrada Dzhafarova ilə birgə nikahda olan zaman ünvan 3 ünvanda yerləşən 58 saylı mənzilin (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov kiiç., 47, M16, mən.2) alınması məqsədilə götürüldüyündən və Bakı şəhər Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) 2(011)-704/2022 saylı mülki iş üzrə qəbul etdiyi 05 may 2022-ci il tarixli qətnaməsi ilə ünvan 3 ünvanda yerləşən 58 saylı mənzilin (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küç., 47, M16, mən.2) 1/2 hissəsinə İrada Dzhafarovanın, qalan ½ hissəsinə Cavabdeh1 pay hüququ tanındığına görə İddiaçı ünvan 3 ünvanda yerləşən 58 saylı mənzilin (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küç., 47, M16, mən.2) alınması məqsədilə götürülmüş 95.000 (doxsan beş min) ABŞ dolları borc pulun qalıq məbləği olan 46.000 (qırx altı min) ABŞ dolları məbləğində hissəsi də cavabdehlər arasında bərabər şəkildə bölünməlidir. Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) 2(011)- 704/2022 saylı mülki iş üzrə təqdim etdiyi yazılı etirazında da, həmin borc və mənzillə bağlı eyni məzmunlu izahat vermiş və qarşı tərəf, yəni İrada Dzhafarova bu faktı inkar etməmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 İddiaçı Cavabdeh1 və İradə Dzhafarovadan müştərək qaydada 49000 (qırx doqquz min) ABŞ dolları pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq hesablanmaqla və ödənilmiş 340 (üç yüz qırx) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddia tələbini etiraf edir və təmin olunmasına etiraz etmir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-704/2022 saylı, 22 aprel 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı İrada Dzhafarovanın Cavabdeh1 qarşı “nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi, aliment və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası qismən təmin olunmuş, iddiaçı İrada (İradə) Dzhafarova (Cəfərova) ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə Suraxanı rayon Qeydiyyat Şöbəsində 314 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan övladı xx.xx.2016-cı il təvəllüdlü X2 İrada Dzhafarovanın himayəsində saxlanılması, eyni zamanda xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq, İrada Dzhafarovaya ödənilməsi, ünvan 1, 58 saylı mənzildə (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 47, M16, mənzil 2) İrada Dzhafarovanın ½ hissədə və Cavabdeh1 ½ hissədə pay hüquqlarının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini borc (kredit) müqaviləsi təşkil edir. Həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana)n keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442) Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. (maddə 443.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.(maddə 445.2.1) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(maddə 448.1) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarxili qərarında Məhkəmə qərara almışdır ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. 2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər.
3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ərarvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Beləliklə, mülki iş üzrə müəyyən edilmiş mübahisəsiz faktiki hallar ondan ibarətdir ki, İrada Dzhafarova Cavabdeh1lə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 22 aprel 2022-ci il tarixdə nikah məhkəmə qaydasında pozulmuşdur. Birgə nikah dövründə 2016-cı ildə onlar ünvan 4 ünvanında yerləşən 58 nömrəli mənzili almışlar. Həmin mənzil faktiki 2016-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında alınsa da, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-704/2022 saylı, 22 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı İrada Dzhafarovanın Cavabdeh1 qarşı “nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi, aliment və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası qismən təmin olunmuş, iddiaçı İrada (İradə) Dzhafarova (Cəfərova) ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə Suraxanı rayon Qeydiyyat Şöbəsində 314 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan övladı xx.xx.2016-cı il təvəllüdlü X2 İrada Dzhafarovanın himayəsində saxlanılması, eyni zamanda xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq, İrada Dzhafarovaya ödənilməsi, ünvan 1, 58 saylı mənzildə (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 47, M16, mənzil 2) İrada Dzhafarovanın ½ hissədə və Cavabdeh1 ½ hissədə pay hüquqlarının müəyyən edilməsi qət edilmişdir. Hazırda İddiaçı (Cavabdeh1 bibisi) məhkəmədə iddia qaldıraraq bildirmişdir ki, cavabdehlər Cavabdeh1 və İrada Dzhafarova 2016-cı ildə ondan özlərinə ev almaq məqsədilə qısa zamanda hissə-hissə qaytarmaq şərtilə 95.000 ABŞ dolları borc pul almış, cəmi 46.000 (qırx altı min) ABŞ dolları məbləğində hissəni ona geri qaytarmışlar, qalan 49.000 (qırx doqquz min) ABŞ dolları məbləğ isə borc olaraq qalmışdır. Cavabdeh1 həmin borcun alınmasını və mövcudluğunu etiraf etmiş və bildirmişdir ki, hesab edir ki, həmin borc iş üzrə digər cavabdeh İrada Dzhafarova ilə birgə nikahda olan zaman ünvan 3 ünvanda yerləşən 58 saylı mənzilin (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov kiiç., 47, M16, mən.2) alınması məqsədilə götürüldüyündən və Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-704/2022 saylı mülki iş üzrə qəbul etdiyi 05 may 2022-ci il tarixli qətnaməsi ilə ünvan 3 ünvanda yerləşən 58 saylı mənzilin (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küç., 47, M16, mən.2) 1/2 hissəsinə İrada Dzhafarovanın, qalan ½ hissəsinə Cavabdeh1 pay hüququ tanındığına görə İddiaçı ünvan 1 ünvanda yerləşən 58 saylı mənzilin (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küç., 47, M16, mən.2) alınması məqsədilə götürülmüş 95.000 (doxsan beş min) ABŞ dolları borc pulun qalıq məbləği olan 46.000 (qırx altı min) ABŞ dolları məbləğində hissəsi də cavabdehlər arasında bərabər şəkildə bölünməlidir. Digər cavabdeh İrada Dzhafarova borcun alınmasını inkar edərək, birgə nikahda aldıqları mənzilin 2016-ci ildə 157 000 manat alınmasını, həmin mənzilin alınmasına 50000 manat pul vəsaitini verdiyini, bununla bağlı valideynləri tərəfindən Ukraynada Çerniqovda bağ evini 50000 ABŞ dollarına satdıqlarını bildirmiş, lakin bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı İrada Dzhafarova həmin mənzilin alınmasına onun verdiyi 50 000 manatla yanaşı Cavabdeh1 də öz pulunu qoyduğunu, Tairin İT şirkətində işləyib ayda 2000-3000 manat qazandığını, nikahdan əvvəl də yığdığı pul vəsaitinin olduğunu, özünün həmin vaxt işləmədiyini, valideynlərinin Xətai metrosunun yanında kirayədə yaşadığını, anasının kosmetoloq, atasının tikinti şirkətində işlədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, iddiaçının nümayəndəsinin izahatı, Cavabdeh1 etirafı ilə təsdiq edilir ki, Cavabdeh1 2016-cı il tarixdə iddiaçıdan ev almaq məqsədilə qısa zamanda hissə-hissə qaytarmaq şərtilə 95.000 ABŞ dolları borc pul almış, həmin puldan sonuncu dəfə 2021-ci ilin mart ayında ödədiyi 2.000 (iki min) ABŞ dolları ilə birlikdə bu günə kimi cəmi olaraq 46.000 (qırx altı min) ABŞ dolları məbləğində hissəni geri qaytarmış, qalan 49.000 (qırx doqquz min) ABŞ dolları məbləğ isə hazırki günədək geri qaytarılmamışdır. Cavabdeh İrada Dzhafarovanın məhkəmə iclasında verdiyi izahatı ilə bağlı məhkəmə qeyd edir ki, həmin cavabdeh mənzilin alınmasına 50000 manat pul vəsaitini verdiyini, bununla bağlı valideynləri tərəfindən Ukraynada Çerniqovda bağ evini 50000 dollara satdıqlarını bildirsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, həmin cavabdeh valideynlərinin Xətai metrosunun yanında kirayədə yaşadığını bildirdiyinə görə, onlar tərəfindən 50000 ABŞ dollarının qızlarına mənzil almaq üçün verərək, özlərinin kirayədə yaşamaq məcburiyyətində olması ağlabatan deyil. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki işdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-704/2022 saylı, 22 aprel 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı İrada Dzhafarova Cavabdeh1 qarşı “nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi, aliment və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbi ilə məhkəməyə müraciət edərkən nə iddia ərizəsində, nə də məhkəmədə verdiyi izahatında bölünməsini tələb etdiyi mənzilin alınması üçün tərəfindən 50000 manatın verilməsini bildirməmiş, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmin icraat vaxtı Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, ünvan 1 ünvanda yerləşən 58 saylı mənzili o, 2016-cı ildə 102.000 (yüz iki min) ABŞ dollarına almışdır. Həmin pulun 95.000 (doxsan beş min) ABŞ dollarını bibisi İddiaçı hissə-hissə qaytarmaq şərtilə borc almışdır. Aldığı 95.000 (doxsan beş min) ABŞ dolları borc puldan sonuncu dəfə 2021-ci ilin mart ayında ödədiyi 2.000 (iki min) ABŞ dolları ilə birlikdə bu günə kimi cəmi olaraq 46.000 (qırx altı min) ABŞ dolları məbləğində hissəsini bibisi İddiaçı geri qaytarmış, qalan 49000 ABŞ dolları məbləği isə borc olaraq qalmışdır. Lakin iddiaçı həmin məbləğin müştərək qaydada qaytarılmasından imtina edir. ünvan 1 ünvanda yerləşən 58 saylı mənzil birgə təsərrüfat nəticəsində əldə edilmiş məbləğ hesabına deyil, bibisi İddiaçı borc götürdüyü və bir hissəsini qaytardığı vəsait hesabına alındığından iddia tələbi ünvan 1 ünvanda yerləşən 58 saylı mənzilin iddiaçı ilə onun arasında bərabər paylarla bölünməsi hissəsində də əsassız olduğundan rədd edilməlidir. Həmin vaxt Cavabdeh1 məhkəməyə mötəbər sübutları təqdim etmədiyinə görə məhkəmə həmin dəlili nəzərə almadan mənzil üzərində tərəflərin bərabər paylarını müəyyən etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki icraat vaxtı İrada Dzhafarova məhkəmədə verdiyi izahatında bildirmişdir ki, ailə qurandan sonra işləməmişdir, həmin mənzilin alınması üçün tərəfindən 50000 manatın verilməsi ilə yanaşı Cavabdeh1 öz pulunu da qoymuşdur, Tair İT şirkətində işləyib ayda 2000-3000 manat qazanmışdır, onun nikahdan əvvəl də yığdığı pul vəsaiti mövcud olmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, nəzərə alaraq ki, tərəflər nikaha xx.xx.2015-ci il tarixdə daxil olmuşdur, ünvan 1 ünvanda yerləşən 58 saylı mənzil 2016-cı ildə alınmışdır (dəqiq tarix bəlli deyil), İrada Dzhafarova həmin vaxt işləməmiş, Cavabdeh1 isə İT şirkətində işləməklə ayda 2000-3000 manat qazanmışdır, ərarvadın mənzilin dəyəri (İrada Dzhafarovanın dediyinə görə 157 000 manat, Cavabdeh1 məhkəməyə yazdığı ərizədə qeyd etdiyinə görə - 102000 ABŞ dolları) məbləğində pul vəsaitini təxminən 1 il - 1 il yarım ərzində toplaması mümkün olmadığından Cavabdeh1 tərəfindən bibisi İddiaçı borcun alınması ağlabatandır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarındakı mövqeyini rəhbər tutaraq, belə qənaətə gəlir ki, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaratdığından mənzilin alınması üçün alınmış borcun qaytarılması öhdəliyi də Cavabdeh1 və İrada Dzhafarova üçün bərabər vəzifələr yaratdığından iddia hər ikisinə qarşı təmin edilməli, Konstitusiya Məhkəməsi tərəfindən ümumi öhdəliklər üzrə borcların da ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünməsi qərara alındığından, cavabdehlərdən paylarına uyğun olaraq (hər birindən ½ hissədə) 49000 ABŞ dolları məbləğində borc tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh1 və İrada Dzhafarovaya qarşı “pul tələbinə” dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və İrada Dzhafarovadan hər birindən ½ hissədə 49000 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaiti və 340 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlahə Abbasova