Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2341/2025 03.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı BOKT MMC Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddiaya dair elektron ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 700 manat əsas, 35 manat faiz, 101,5 manat komissiya və 423,5 manat cərimə olmaqla, cəmi 1260 manat borcun və 32,60 manat dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Elektron ərizə formasında cavabdeh kimi X2 göstərilməklə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC mülki dövriyyədə bir qayda olaraq istehlak məqsədli mikrokreditlərin verilməsini həyata keçirir. Kreditin verilməsi “manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada (müştərinin nömrəsinə göndərilən “OTP” kodunu daxil etməklə) verilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx/xx/2023-cü il tarixli **********002 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 600 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikrokredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 600 manat, faiz borcu üzrə 30 manat, xidmət haqqına (komissiyaya) görə isə 87 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Skan edilərək elektron ərizəyə əlavə edilmiş Cavabdeh ünvanlanmış iddia ərizəsinin surətindən görünür ki, ərizə onunla əsaslandırılmışdır ki, SF Azerbaijan” BOKT MMC mülki dövriyyədə bir qayda olaraq istehlak məqsədli mikrokreditlərin verilməsini həyata keçirir. Kreditin verilməsi “manato.az” internet səhifəsi vasitəsilə “online" qaydada (müştərinin nömrəsinə göndərilən “OTP” kodunu daxil etməklə) verilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 1/29/2024-cü il tarixli **********004 saylı “mikrokredit müqaviləsi"nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 700 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinizə düşən öhdəliyi tam və lazımi qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 700 manat, faiz borcu üzrə 35 manat, xidmət haqqına (komissiyaya) görə isə 101,5 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Müqavilənin 1.14-cü bəndinə görə, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə kreditor borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85%-i həcmində faiz tələb etmək hüququna malikdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona 423,5 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, cavabdehin müqavilə üzrə maliyyə arayışı tərtib edilən tarixə olan ümumi borcu 1.260 manat təşkil edir. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, elektron ərizə Cavabdeh ünvanlandığından və elektron sənədlərə sonuncuya qarşı yönəlmiş iddia ərizəsi əlavə edildiyindən, X1 qarşı yönəldilmiş tələblə bağlı ərizənin texniki qüsur olaraq nəzərə alınmalı və Cavabdeh qarşı yönəlmiş tələb üzrə qətnamə çıxarılmalıdır. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri onlara göndərilmiş və İddiaçı BOKT MMC-nin tələbinə dair etirazlarının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim olunması təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh (müştəri) arasında **********004 saylı, xx.xx.2024cü il tarixli kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən BOKT 700 manat kredit məbləğini 60.85% illik faiz dərəcəsi ilə Borcalana verir. xx.xx.2024-cü il tarixə ödəniləcək ümumi məbləğ 836 manat təşkil edir. Verilmiş kredit üzrə xidmət haqqı məbləği (komissiya) 101,50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Sətdər Abıyevin İddiaçı BOKT MMC-nə **********004 saylı müqavilə üzrə 700 manat məbləğində əsas, 35 manat faiz, 101,5 manat komissiya, 423,5 manat cərimə, borcu olmaqla, cəmi 1.260 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan İddiaçı BOKT MMC tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh göndərilmiş bildirişin surətindən görünür ki, Cavabdeh **********004 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu, ona hesablanmış faizləri, komissiya haqqını və cəriməni tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimənin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 423,5 manat məbləğində deyil, 70 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri ödəmək öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddia tələbləri göstərilən hissədə qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, 32,60 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli **********004 nömrəli kredit müqaviləsi üzrə 700 (yeddi yüz) manat əsas borc, 35 (otuz beş) manat faiz borcu, 101,5 (bir yüz bir manat əlli qəpik) manat komissiya borcu, 70 (yetmiş) manat cərimə borcu olmaqla, cəmi 906,5 (doqquz yüz altı manat əlli qəpik) manat borc məbləği və 32,60 (otuz iki manat altmış qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı BOKT MMC-nə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-2341/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2341/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver