Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2344/2025 14.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 67,07 AZN əsas, 9,34 AZN faiz, 8,96 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 87,37 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləni imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 60 ay müddətinə, illik 29% olmaqla 100 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh мüqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 16 yanvar 2025, cümə axşamı tarixinə "xxxx" KB ASC-ə 69,07 AZN əsas, 9,34 AZN faiz, 8,96 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 87,37 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi Oferta müqaviləsinə görə, bu oferta (gələcəkdə həm müqavilə, həm də oferta kimi təsvir oluna bilər) üzrə Müştəriyə fərqli valyutalarda bir neçə hesablar açıla bilər (VİSA karta bağlı AZN, USD, EUR, GBP valyutasında, Mastercard-a bağlı AZN, USD, EUR valyutasında), bir və ya bir neçə ödəniş kartı (sonradan “kart”) təqdim edilə bilər. Bankın texniki imkanları nəzərə alınmaqla, gələcəkdə Müştəri tərəfindən internet bankçılıq və ya mobil əlavə vasitəsilə müxtəlif bank hesabları açıla bilər. Müştəri tərəfindən hər bir karta bağlı olan bank hesabları fərqli müəyyən edilə bilər. Bu oferta üzrə Müştəri Banka məxsus mobil əlavə üzərindən və ya istənilən filiala yaxınlaşmaqla karta bağlı bir daimi bərkidilmiş hesab seçir. Bank tərəfindən xidmət aktivləşdirildikdən sonra Müştəriyə mobil əlavə vasitəsilə və ya mümkün olan digər elektron üsullarla (bundan sonra “elektron üsul”) məlumat verildikdən sonra Müştəri Banka məxsus mobil əlavə və ya istənilən filiala yaxınlaşmaqla əlavə olaraq bir müvəqqəti bərkidilmiş hesab seçə bilər. Daha sonra, Müştəri, fərqli valyutadan istifadə etmək istədikdə mobil əlavə üzərindən hesabı manual (əlavədə “valyutanı dəyiş” funksiyasını seçməklə) olaraq dəyişərək əməliyyatlar edə bilər. Yalnız mobil tətbiqdə nəzərdə tutulan əməliyyatlardan Bank tərəfindən texniki imkanlar yaradıldıqda digər elektron üsulla istifadə edilə bilər. Müştəri kartdan debet, kredit/kredit xətti, əmək haqqı kartı kimi istifadə etmək hüququ əldə edir. Həmçinin, kart müştəriyə nağd qaydada rəsmiləşdirilən kredit vəsaitinin əldə edilməsi üçün bir alət kimi (yəni POS/ATM terminaldan nağdlaşdırmaqla) istifadə hüququ verir. Kartı ancaq debet kart kimi əldə edən müştəri mobil tətbiq vasitəsilə kredit üçün müraciət edərsə, "xxxx" MMC-dən və Asan-Finans dövlət portalından Müştəri haqqında olan bütün məlumatların Bank tərəfindən sorğu edilməsinə və məlumatların ötürülməsinə dair müvafiq sənədləri analoq imza vasitəsilə təsdiq edir. Bu oferta ilə Müştəriyə təqdim edilən kart əmanət üçün hesablanan faiz gəlirlərinin əldə edilməsi üçün istifadə edilə bilər. Bu oferta üzrə Müştəri ilə Bank arasında bütün münasibətlər yazılı qayda ilə yanaşı, internet, elektron poçt ünvanı, SMS və/və ya mobil əlavə vasitəsilə də tənzimlənə bilər. Tərəflər razılaşırlar ki, internet, elektron poçt ünvanı, SMS və/və ya mobil əlavə vasitəsilə və bu müqavilədə nəzərdə tutulmuş istənilən digər qaydada təqdim edilən və təsdiq edilənlər onların həqiqi imzasının analoqudur. Bu oferta 25 (iyirmi beş) il müddətinə Bank və Müştəri arasındakı münasibətləri əhatə edir. Bu müddət ərzində Bank elektron üsulla və ofertanın şərtlərinə uyğun dəfələrlə kredit verə və bu oferta ilə müəyyən olunmuş digər bank xidmətlərini təqdim edə bilər. Müştəri, bu müqavilənin qüvvədə olduğu müddət ərzində istənilən vaxt Azərbaycan Kredit Bürosundan və Asan-Finans dövlət portalından Müştəri haqqında olan bütün məlumatların Bank tərəfindən sorğu edilməsinə və məlumatların ötürülməsinə, həmçinin beynəlxalq kart təşkilatlarının (VİSA, Mastercard və s.) təqdim etdiyi xidmətlərə qoşulmaq və həmin xidmətlərdən istifadə etmək məqsədilə ona aid zəruri məlumatların ötürülməsinə əvvəlcədən öz razılığını bildirir və bu razılığını birtərəfli qaydada geri götürə bilməz. Müştəri bu müqavilə üzrə ona təqdim edilmiş ödəniş kartından debet kartı kimi istifadə edə bilər. Ödəniş kartının cari hesabındakı şəxsi vəsaitlərin gündəlik qalığına tariflərə uyğun faiz dərəcəsi ilə faiz hesablanır və hər təqvim ayının sonuncu iş günü Müştərinin istifadəsindəki kartın cari hesabına köçürülür. Bank, bu ofertaya və Müştəri ilə ayrıca bağlanan və bu ofertanın şərtləri tətbiq edilən müqavilələrə birtərəfli qaydada dəyişiklik edə bilər və bu ofertanı və həmin müqavilələri Müştəriyə münasibətdə birtərəfli qaydada ləğv edə bilər. Bu müqavilə üzrə gələcəkdə Müştərinin Bankda qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsilə və ya Müştərinin Banka bildirdiyi elektron poçt ünvanına, həmçinin mobil bankçılıq vasitəsilə və ya mümkün olan digər formada Bank tərəfindən istənilən məzmunda yeniliklər, dəyişikliklər, yeni məhsullar barədə məlumatlar, kredit barədə təkliflər, kredit borcu üzrə məlumat, öhdəliklərin icrası, o cümlədən bank qarşısında icra edilməmiş öhdəlikləri barədə bildiriş, reklam xarakterli məlumatlar göndərilə bilər. İş materiallarında olan xx.xx.2021-cü il tarixli Müqavilədən görünür ki, Cavabdeh aşağıdakı məzmunda müqaviləni imzalamaqla təsdiq edir ki, o, "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli 01U/21 ümumi ofertası ilə tanış olmuş, onun bütün şərtləri ilə razıdır, bütün öhdəliklərini vaxtlı-vaxtında, düzgün, qeydşərtsiz yerinə yetirəcək. Nağd kredit və ya kredit xətti üzrə şərtləri ümumi ofertada qeyd edildiyi kimi qəbul edir. Ona ayrılacaq kredit xətti limitinin Bankın mülahizəsinə görə azaldılması və çoxaldılmasına razılıq verir. Tərəfındən kredit limitinin azaldılması və artırılması, həmçınin nağd kredit ilə bağlı Banka müraciət edəcəyi halda bu barədə Bankın qəbul edəcəyi müvafıq qərarla razıdır. Bütün bu məlumatlandırmaların ona SMS (7********), mobil əlavə vasitəsilə və ya ofertada göstərilən digər elektron üsullarla göndərilməsinə razıdır, "xxxx" KB ASC tərəfindən tələb edildiyi kimi münasibət bildirəcək. Bütün bank hesabları və Müqavilə ilə bağlı butün yazışmaları yazılı qaydada və ya ofertanın şərtlərinə uyğun olaraq Bankın mülahizəsi ilə SMS və ya digər məsafədən istifadə olunan kanallar vasitəsilə edilməsini xahiş edir və razıdır. Bank qarşısındakı istənilən öhdəliyinin icrasının təminatı olaraq, vaxtında yerinə yetirilməyən öhdəliyinin icrası məqsədilə ona məxsus bütün bank hesablarından, eləcə də digər əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada silinmə aparılmasına etiraz etmir, əksinə razılığını bildirir. Onun ödəniş kartı ilə aparacağı əməliyyatlar nəticəsində baş verə biləcək silinmələr zamanı overdraft (hesabda vəsait olmadıqda silinmənin baş verməsi) baş verərsə, oferta şərtlərinə uyğun öhdəliyini qəbul edir. İş materiallarından görünür ki, Cavabdeh məxsus ********* mobil nömrəsinə 581sAHMb/21 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-cü il tarixdə “Sizə "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə aranızda bağlanmış xx.xx.2021-cü il tarixli, 581sAHMb/21 saylı kredit müqaviləsinə əsasən, üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirmədiyiniz üçün Sizin Banka 14 noyabr 2024-cü il tarixinə 69,07 AZN əsas, 5 AZN faiz, 4 AZN cərimə, cəmi 78,07 AZN borcunuz yaranmışdır. Nəzərinizə çatdırırıq ki, siz kredit müqaviləsi ilə üzərinizə götürdüyünüz öhdəlikləri lazımınca və vaxtında icra etmədiyinizdən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən Banka olan bütün borc məbləği tam olaraq 3 iş günü müddətində ödəməklə aramızda bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi sizə təklif edirik. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar tərəfimizdən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir.” məzmunda Bildiriş göndərilmişdir. İş materiallarında olan 16 yanvar 2025-cü il tarixli, BANK/PİKMD/1251916 saylı maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya 581sAHMb/21 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 69,07 manat əsas, 9,34 manat faiz, 8,96 manat cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 87,37 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2025-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdehin xx.xx.2023-cü il tarixli müqaviləsinə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən, ona istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% ödəmək şərtilə 100 manat məbləğində kredit xətti açılmasına dair tərəflər arasında xx.xx.2021-ci il tarixdə 581sAHMb/21 saylı kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş, aylıq ödənişləri yerinə yetirməmişdir, hazırda onun iddiaçıya 69,07 manat əsas, 9,34 manat faiz, 8,96 manat cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 87,37 manat borcu qalmışdır, cavabdeh iddiaçı tərəfindən borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə xəbərdar olunmuşdur. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.2021-cü il tarixli 581sAHMb/21 saylı kredit müqaviləsinə əsasən cavabdehdən 69,07 manat əsas, 9,34 manat faiz, 8,96 manat cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 87,37 manat alınaraq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, lakin cavabdehin dövlət rüsumunu ödəməkdən azad edildməsi halları məhkəmə tərəfindən müəyyən olunduğundan, iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumuna görə ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-cü il tarixli 581sAHMb/21 saylı müqaviləyə əsasən 69,07 manat əsas, 9,34 manat faiz, 8,96 manat cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 87 (səksən yeddi) manat 37 (otuz yeddi) qəpik və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat alınaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2344/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2344/2025
14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver