Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2378/2025 11.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 336895-1- 38530 saylı “borcun restrukturizasiyasına dair müqavilə”yə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə banka borclu olduğu 6.481,18 manat məbləğində əsas borc, 17,97 manat məbləğində faiz borcu, 57,60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 6.556,75 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 85,57 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 336895-1-38530 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh borcu kapitallaşdıraraq 6.856,62 manat məbləğində borcu illik 3 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 6.481,18 manat məbləğində əsas borc, 17,97 manat məbləğində faiz borcu və 57,60 manat məbləğində cərimə borcu, ümumilikdə isə 6.556,75 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Cavabdeh lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı "xxxx" ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “kredit borcunun restrukturizasiyasına dair” xx.xx.2023-cü il tarixli, 336895-1-38530 saylı müqavilənin 2.1-ci maddəsinə əsasən “Kredit alan”ın “Bank”a xx.xx.2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış borcun məbləği 6.856,62 manat məbləğində kredit məbləği təşkil edir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən kredit illik 3% faiz dərəcəsi ilə müəyyən edilmişdir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən kredit 59 ay müddətinə verilmişdir. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən kreditin təyinatı 336895-1-38530 kredit xətti müqaviləsi üzrə borcun ödənilməsidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizə - anketin surətindən görünür ki, Cavabdeh borcun kapitallaşdıraraq ödənilməsi məqsədi ilə 59 ay müddətində, illik 3% ödəmək şərti ilə 6.856,62 manat kreditin məbləğində yeni müqavilə münasibətlərinin rəsmiləşdirilməsi ilə müraciət etmişdir. İş materiallarında olan 336895-1-38530 saylı, xx.xx.2023-cü il tarixli müqaviləsinə 1 saylı əlavədə göstərilmiş ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. Həmin cədvələ əsasən xx.xx.2024-xx.xx.2028-ci il tarixlərində cəmi 7.481,45 manat məbləğində kredit ödənişinin (6.856,62 manat əsas məbləğ, 624,83 manat faiz ödənişi olmaqla) ödənilməsi nəzərdə tutulmuşdur. İşin materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə qeyd edilən müqavilə üzrə 6.481,18 manat məbləğində əsas, 17,97 manat faiz, 57,60 manat məbləğində cərimə, cəmi 6.556,75 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan Bank "xxxx" ASC tərərfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh göndərilmiş pretenziyanın surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Cavabdeh məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli, 336895-1-38530 saylı müqavilə üzrə Cavabdeh hesabına 6.090 manat vəsait köçürülmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu, ona hesablanmış faizləri və cəriməni tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında həmin kreditdən yaranan pul öhdəliklərini lazımi qaydada icra etməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini, həmçinin cətimə borcunun ödənilməsini tələb etməkdə haqlıdır və iddia qeyd edilən hissələrdə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 85,57 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. xx.xx.2023-cü il tarixli 336895-1-38530 saylı borcun restrukturizasiyasına dair müqaviləyə əsasən 6.481,18 (altı min dörd yüz səksən bir manat on səkkiz qəpik) manat əsas borc, 17,97 (on yeddi manat doxsan yeddi qəpik) manat faiz borcu, 57,60 (əlli yeddi manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 6.556,75 (altı min beş yüz əlli altı manat yetmiş beş qəpik) manat borc məbləği və 85,57 (səksən beş manat əlli yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Bank “VTB (Azərbaycan)” ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-2378/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2378/2025
11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver