Məhkəmə qərarları › İş №e-2(011)-2388/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2388/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2388/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********06068 olan X3 8 markalı telefon üçün 274 (iki yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə; 01.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********11440 Samsung Galaxy A31 markalı telefon, X2 üçün 818 (səkkiz yüz on səkkiz) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat cərimə, ümumilikdə 1200 manat borc, 32 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 23.12.2019-cu il və 01.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********06068 və **********11440 olan X3 8 və Samsung Galaxy A31 markalı telefon, X2 almış və nəticədə 1200 manat borc yaranmışdır, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 630 manat (20 ay x 31.5 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********06068 olan X3 8 markalı telefon üçün ümumilikdə, 301 manat olmaqla ondan, 274 manat ödənilməmiş hissə, güzəşt olunaraq 27 manat cərimə; 01.11.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 898.2 manat (18 ay x 49.9 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********11440 Samsung Galaxy A31 markalı telefon, X2 üçün ümumilikdə, 899 manat olmaqla ondan, 818 manat ödənilməmiş hissə, 81 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 436.2 manat təşkil edir, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir, cavabdehlə bağlanılmış 23.12.2019-cu il və 01.11.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır, digər tərəfdən, cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən 25.01.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 23.12.2019-cu il tarixdə 01151241 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", İMEİ Kodu **********06068 olan X3 8 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01.11.2020-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", İMEİ Kodu **********11440 Samsung Galaxy A31 markalı telefon, X1 müştəriyə satmış, o isə malları müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan 23.12.2019-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki , İMEİ Kodu **********06068 olan X3 8 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 01.11.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ Kodu **********11440 Samsung Galaxy A31 markalı telefon, X2 Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 23.12.2019-ci il tarixli və 01.11.2020-ci il tarixli əlavənin 2-ci bəndindən görünür ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində Müştəri mübahisəsiz peniya ödəyir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, 23.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********06068 olan X3 8 markalı telefon üçün 274 manat ödənilməmiş hissə, 27 manat cərimə; 01.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********11440 Samsung Galaxy A31 markalı telefon, X2 üçün 818 manat ödənilməmiş hissə, 81 manat cərimə, ümumilikdə 1200 manat borcu vardır. İş materiallarında olan 14.02.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 32 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu qısa müddətdə ödəməsinə dair 01.02.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında, İMEİ Kodu **********06068 olan X3 8 markalı telefona dair 23.12.2019-ci il tarixli və İMEİ Kodu **********11440 Samsung Galaxy A31 markalı telefon, X2 dair 01.11.2020-ci il tarixdə alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən, satıcı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu 23.12.2019-cu il tarixli müqaviləyə əsasən, 274 manat ödənilməmiş hissə, 27 manat cərimə; 01.11.2020-ci il tarixli müqaviləyə əsasən, 818 manat ödənilməmiş hissə, 81 manat cərimə, ümumilikdə 1200 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələrini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 23.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********06068 olan X3 8 markalı telefon üçün 274 manat ödənilməmiş hissə, 27 manat cərimə; 01.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********11440 Samsung Galaxy A31 markalı telefon, X2 üçün 818 manat ödənilməmiş hissə, 81 manat cərimə, ümumilikdə 1200 manat Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 32 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərəflər arasında bağlanmış 23.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********06068 olan X3 8 markalı telefon üçün 274 manat ödənilməmiş hissə, 27 manat cərimə; 01.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********11440 Samsung Galaxy A31 markalı telefon, X2 üçün 818 manat ödənilməmiş hissə, 81 manat cərimə, ümumilikdə 1200 (min iki yüz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 (otuz iki) manat Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar