Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-243/2025 24.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X9, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X13 qarşı “dəymiş ziyanın ödənilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh X13 qarşı – cavabdeh X6 25000 manat məbləğində vurulmuş ziyanın, 1120 manat məbləğində tərəfindən aralarında bağlanmış müqavilə üzrə ödənilmiş pulun və hüquqlarının müdafiə edilməsi üçün vəkillə bağladığı müqavilə üzrə vəkil bürosuna ödədiyi 300 manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərindən ödənilmiş 300 manat qiymətləndirmə xərcinin də cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə « X18 » Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 09 noyabr 2022-ci il tarixli, 292 saylı müqaviləyə əsasən, « X18 » layihəsi çərçivəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunun 11-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 165 kv.m olan 292 saylı yaşayış sahəsinin sərmayələşdirilməsində iştirak edir. Satıcı isə yaşayış evi istifadəyə verildikdən sonra həmin yaşayış sahəsinin « Payçı »-ya verilməsini öhdəsinə götürmüşdür. Həmin mənzilin dəyəri olan 247500 manat məbləğində pul iddiaçı tərəfindən tam şəkildə ödənilmiş və bununla bağlı ona xx.xx.2022-ci il tarixli borcun olmaması barədə maliyyə arayışı verilmişdir. Qeyd edilən yaşayış mənzil iddiaçının istifadəsinə verilmiş, tərəfindən təmir etdirilmiş və müvafiq mebellərlə təhciz edilmişdir. Lakin evin su təhcizatında və digər məsələrdə problemlər olduğundan həmin evdə yaşayış olmamışdır. Daha sonra mənzilinə su filtirlərinin quraşdırılması məqsədilə cavabdeh özünü « PikselAqua » Azərbaycan şirkəti kimi təqdim edən X15 ilə aralarında xx.xx.2023-cü il tarixli müqavilə bağlanılmış alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən iddiaçıya ümumi dəyəri 1130 manat dəyərində olan « moyka » və su filtrlərinin satılması razılaşdırılmışdır. Qeyd edilən müqavilə çərçivəsində cavabdeh müqavilə üzrə satılan su filtrlərini və moykanı quraşdırmağı öz öhdəsinə götürmüş və bununla bağlı zəmanət talonu verəcəyini bildirmişdir. Tərəfindən qeyd edilən müqavilə üzrə alqı-satqı və quraşdırma xərci olaraq 1120 manat məbləğində pul cavabdehə ödənilmiş və iddiaçıya xx.xx.2023-cü il tarixli 000183 nömrəli qəbz verilmişdir. Daha sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən satılmış su filtləri və moyka ona məxsus mənzilə quraşdırılmış və həmin tarixdə zəmanət talonu verilmişdir. Həmin mənzil istifadəyə tam yararlı olmadığından köçüb evə yaşamamış və indiyədək mənzildə hər hansı bir yaşayış yoxdur. Cavabdeh su filtlərini lazımi qaydada quraşdırmadığından məzilinə su axmış və evinə içindəki mebellərlə birlikdə 25000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, tərəfindən xx.xx.2024-cü il tarixdə « X7 » MMC-nə su filtirlərinin düzgün quraşdırılıbquraşdırılmadığını müəyyənləşdirmək üçün mühəndis-texniki ekspertizasının keçirilməsi xahiş olunmuşdur. « X7 » MMC-nin xx.xx.2024-cü il tarixli, 64 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilin mətbəxində su filtiri quraşdırılarkən borunun qısa olması və tarım şəkildə bərkidilməsi (bağlanması), bunun nəticəsində suyun axma zamanı həmin borunun krana bərkidilən (bağlanan) hissədə tarım olduğuna deformasiyaya uğramasına və yerindən qopmasına (qırılmasına) səbəb olmuşdur. Belə ki, tədqiqat zamanı su filtrinin düzgün quraşdırılmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilin mətbəxində quraşdırılmış su filtirinin düzgün quraşdırılmaması nəticəsində mənzilə su sızması baş vermişdir. Göründüyü kimi mənzilinə su axmasının və mənə bu qədər maddi ziyan vurulmasının səbəbi məhz cavabdehin öhdəsinə götürdüyü vəzifə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi, su filtirlərini düzgün quraşdırmaması olmuşdur ki, hazırda da onun səhvləri nəticəsində iddiaçıya 25000 manat məbləğində maddi ziyan dəymişdir. Tərəfindən cavabdehə 25000 manat məbləğində vurulmuş ziyan məbləğinin və 1120 manat məbləğində ödədiyi pulun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh buna reaksiya verməmiş və pulu ödəməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, bildirdi ki, cavabdehin təqsiri nəticəsində iddiaçıya məxsus mənzili su basmış və əmlakına ümumilikdə 25000 manat zərər vurulmuşdur, evin təmiri təxminən 7- 8 ay gözlədilmiş, iş üzrə həm mütəxəssis, həm də ekspert rəyi ev təmir olunmazdan əvvəl alındıqdan sonra yaşayış üçün ev təmir edilmişdir. Cavabdeh əvvəlki iclasda qeyd etmişdir ki, Orxan adlı ustanı alıcıya özü yönəltmişdir, habelə qəbul etməsələr də zəmanət talonunu usta Orxan Ə, yəni Orxan Əliyev tərəfindən imzalanmışdır. Habelə arayışda suyun axmasının 13 gün qeyd olunmuşdur, cavabdehlərin dediyi hal təsdiqini tapsa idi, 9 gün qeyd olunardı, qanunən zərər vurulmasına şərait yaradan hərəkətlərdir.Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin əsaslı hesab edərək, oğlundan 25000 manat məbləğində vurulmuş ziyan, 1120 manat məbləğində tərəfindən aralarında bağlanmış müqavilə üzrə ödənilmiş pul və hüquqlarının müdafiə edilməsi üçün vəkillə bağladığı müqavilə üzrə vəkil bürosuna ödədiyi 300 manat məbləğində xidmət haqqı və 300 manat qiymətləndirmə xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X15 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçıya onun tərəfindən deyil üçüncü şəxs tərəfindən zərər vurulmuşdur, o yalnız satış işlərini həyata keçirir, iddiaçının gəlini qeyd olunan məhsulu ondan almış, quraşdırılma üçün ustanı sadəcə məsləhət görmüşdür, usta ilə aralarında heç bir müqavilə olmamışdır, məhsulu vermiş, ödənişi almışdır, satışla quraşdırma qiymətləri ayrı-ayrıdır, məhsulu çatdıran zaman evdə təmir işləri getmiş, daha sonra ona müraciət etdikdə usta 30 manat qarşılığında, su filtirini quraşdırmışdır, tərəflərindən zəng edib təşəkkürdə ediblər, 9 gün sonra ustaya deyiblər ki, evi su basıb, ustada gedib, video çəkiliş edərək, su sızmanın filtirlə əlaqəsi olamadığını, moykaya qalxan boruda problem olduğunu bildirmişdir, daha sonra yenidən onlara zəng etdikdə bu dəfə usta ilə cavabdeh birgə gedərək, yenə çəkilişlə baxmış su filtirində heç bir problem olmadığını aşkarlamışlar, binanın komendantıda bildirdi ki, dünən gəlib paltaryuyan maşın qoşulub, tərəflərindən baxdıqda eyni xəttə qoşulduğunu görmüşlər, bir neçə gün sonra mağazasına üç nəfər gəlmiş, bunlar, Nərmin, Kamran və Nərminin qardaşı ondan 25000 manat tələb etmişlər , cavabdeh onlara yalnız məhsulu satdığını, quraşdırılmanı ustanın etdiyini və ona müraciət etmələrini bildirsə də, onlar ustadan pul ala bilməyəcəklərinə görə ona müraciət etdiklərini bildirmişdilər, tərəflərindən bir illik zəmanət verilir. Ekspert gəlib baxdıqda heç bir ölçü götürmədən, sadəcə qıraqdan baxaraq rəy vermişdir.Verilən rəylərin heçbiri ilə razılaşmadığını bildirdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etdi və bildirdi ki, iş üzrə heç bir əsaslı sübut yoxdur. verilən rəylər, izahatlar hamısı əsassızdır və fərziyyələrdən ibarətdir, su filtiri ayın 22-si birləşdirilib, 30-u isə paltaryuyan qoşulub, su basmada elə bu vaxtdan sonra baş verib, verilən rəylər mütəxəssis deyil, çilingər tərəfindən verilmiş kimidir. Cavabdehin yazılı etirazı: Cavabdeh və onun nümayəndəsi və vəkili tərəfindən verilmiş yazılı etirazda qeyd edilmişdir ki, cavabdeh təxminən 3 ilə yaxındır ki, ünvan 2 ünvanda yerləşən Piksell Aqua adlanan mağazada fiziki şəxs kimi VOEN əsasında su filterlərinin satışı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə X11 Aqua mağazasına gəldikdən sonra ondan yaşadığı ünvan 3 ünvanda yerləşən evin 292-saylı mənzilinin mətbəxində quraşdırılmasından ötrü qiymət 1120 manat olan Türkiyə istehsallı bir ədəd moyka və qiyməti 300 manat olan Türkiyə istehsallı bir ədəd su filtrini sifariş etdi. Cavabdeh həmin tarixdə Nərmin Mürsəliyevya qeyd edilən bir ədəd moykanı və bir ədəd su filtrini ona 1120 manata satması barədə aralarında müqavilə bağlamış və ondan aldığı 1120 manat pulu Posterminala mədaxil etmiş və bu barədə qəbzi Nərmin Mürsəliyevaya vermişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə Piksell Aqua mağazasında işləməyən və Piksell Aqua mağazasına heç bir aidiyyəti oımayan mağazanın yaxınlığında yaşayan fərdi qaydada santexnik fəaliyyəti ilə məşğul olan usta X16 Nərmin Mürsəliyevanın sifariş etdiyi Türkiyə istehsallı bir ədəd moykanı və Türkiyə istehsallı bir ədəd su filtrini Nərmin Mürsəliyevaya çatdırılmasından ötrü vermiş və X23 həmin tarixdə Türkiyə istehsallı bir ədəd moykanı və Türkiyə istehsallı bir ədəd su filtrini Nərmin Əliyevaya Bakı şəhəri. B.Nuriyev küçəsi 24 saylı evin qarşısinda vermişdir. xx.xx.2024-cü il tarixdə Nərmin Mürsəliyeva razılıq verdikdən sonra X23 həmin tarixdə Nərmin Mürsəliyevanın yaşadığı ünvan 3 ünvanda yerləşən evin 292 saylı mənzilinə getdi və Türkiyə istchsallı bir ədəd moykanı və Türkiyə istchsallı bir ədəd su filtrini onun yaşadığı mənzilin mətbəxində quraşdırdı. Nərmin Mürsəliyeva onun mənzilində quraşdırılıniş bir ədəd moykanın və Türkiyə istehsallı bir ədəd su filterinin keyfiyyətli olmasından və peşəkarlıqla quraşdırılınasından razı qalmış və ona həmin tarixdə bu barədə “təşəkkür” səsi belə göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 09 radələrinə Nərmin xanımın həyat yoldaşı Kamran İmranlı ***-***-**-** saylı mobil telefon nömrədən X23in işlətdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək ona demişdir ki, su filtrinin şlanqının partlaması nəticəsində mənzili su basmışdır. O. bu barədə mağazada satıcı işləyən Səbinə Quliyevanın işlətdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək mənzilini su basmasını əks etdirən video görüntünü Watshapp vasitəsi ilə ona göndərmişdir. Satıcı Səbinə xanım və X23 ona bu barədə məlumat verdikdən sonra o X23i mənzilə baxış keçirməsi məqsədi ilə ünvan 3 ünvanda yerləşən evin 292 saylı mənzilə göndərmişdir. X23 mənzilə Kamran İmranlının və sonuncunun anasının iştirakı ilə baxış keçirən zaman müəyyən etmişdir ki, quraşdırılan su filtrində su filtrinin şlanqı partlamamış və işlək vəziyyətindədir. Eləcədə quraşdırdığı moykadada heç bir problem yoxdur və moyka da işlək vəziyyətdədir. X23 xx.xx.2024-cü il tarixdə mənzilə baxış keçirən zaman müəyyən etmişdir ki, su mənzilə moykanın xaricində xx.xx.2024-cü il tarixdə kənar şəxslər tərəfindən paltaryuyan maşın və qab yuyan maşının şlanqlarının moykanm qoşulduğu əsas şəbəkəyə təxminən 2-3 sm aralıda olan su şəbəkəsinə birləşdirərkən moykanın xaricində olan moykanın şlanqı qırılmışdır. Bu barədə çəkilmiş foto şəkili etirazına əlavə edir. Belə ki, su filtrinin və moykanın şlanqları quraşdırıldığı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tam işlək vəziyyətdə olmuşdur. “X7” tərəfindən verilmiş 07 may 2024-cü il tarixli 64 saylı mütəxəssis rəyində göstərimişdir ki, Bakı şəhəri, Gəncə prospekti 51 ünvanında inşa edilmiş 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilin mətbəxində su filtri quraşdırılarkən borunun qısa olması və tarım şəkildə bərkidilməsi (bağlanması), bunun nəticəsində suyun axma zamanı həmin borunun krana bərkidilən (bağlanan) hissədə tarım olduğuna görə deformasiyaya üğramasına və yerindən qopmasına (qırılmasına) səbəb olmuşdur. Belə ki, tədqiqat zamanı su filtrinin düzgün quraşdırılmadığı müəyyən olunmuşdur. Bakı şəhəri, Gəncə prospekti 51 ünvanında inşa edilmiş 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilin mətbəxində quraşdırılmış su filtrinin düzgün quraşdırılmaması nəticəsində mənzilə su sızması baş vermişdir. Tədqiqat zamanı ekspert mütəxəssis Şükür Hüseynov tərəfindən məqsədli olaraq onun iştirakı təmin edilməmişdir. Tədqiqat aparmış ekspert mütəxəssis Şükür Hüseynov su filtrinin şlanqının yanında su filtrinin şlanqının birləşdirilməsindən sonra paltar yuyan maşının və qab yuyan maşın şlanqlarını moyka bir-birlərinə yaxın məsafədə birləşdirilməsi barədə məqsədli olaraq bilərəkdən tərtib etdiyi qeyd edilən mütəxəssis rayonda heç nə göstərməmişdir va su filtrinin şlanqında zədə aşkar edilməmişdir. Hazırda da su filtri işlək vəziyyətdədir. Qırılan isə moykanın xaricində olan soyuq su xəttinə birləşdirilən şlanqıdır. Ekspert mütəxəssis tərəfindən isə heç bir elmi əsaslandırma aparmadan subyektiv mülahizələrinə əsaslanaraq gözəyarı olaraq guya su filtrinin şlanqının qopması göstərilmişdir. Bu hal onu bir daha təsdiq edir ki, ekspert mütəxəssis tərəfindən tədqiqat iddiaçının sifarişi əsasında birtərəfli, qeyri obyektiv aparılmış və məhz bu səbəbdən ekspert mütəxəssis tərəfindən həqiqəti əks etdirməyən guya su filtrinin düzgün quraşdırılmaması və su filtrinin düzgün quraşdırılmaması nəticəsində mənzilə su sızması barədə yanlış nəticəyə gəlinmişdir. X7 tərəfindən verilmiş 07 may 2024-cü il tarixli 64 saylı mütəxəssis rəyini əsassız və qanunsuz hesab edərək mütəxəssis rəyinə tərəfimdən xx.xx.2024-cü il tarixdə etiraz edildiyindən Xətai rayon məhkəməsi tərəfindən 2(011)-6000/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadla məhkəmə-texniki tikinti ekspertizası təyin edilmi və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə-tikinti texniki ekspertizasının xx.xx.2025-cil tarixli, 10/6571 nömrəli rəyində (ekspert Elmar Səidov) göstərilmişdir ki, Bakı şəhəri, Gəncə prospekti 51 ünvanında inşa edilmiş 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilin mətbəxində quraşdırılmış su filtrin düzgün quraşdırılmadığı müəyyən olunur. Belə ki, Bakı şəhəri, Gəncə prospekti 51 ünvanında inşa edilmiş 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilin mətbəxində quraşdırılmış su filtrinin su xəttinə birləşən boru tarım şəkildə çəkildiyinə (birləşdiyi) görə deformasiyaya uğraması və yerindən qopması ilə izah olunur. Cavabdeh rəyi əsassız və qanunsuz hesab edir. Məhkəmə-texniki tikinti ekspertizasının eksperti Elmar Səidov da X4 ekspert mütəxəssisi Şükür Hüseynov kimi su filtrinin şlanqının vanında su filtrinin birləşdirilməsindən sonra paltar yuvan masının və qab yuvan masının slanqlarınm movkava bir-birlərinə yaxın məsafədə birləşdirilməsi səbəbindən deformasiyaya uğraması və verindən qopmasını göstərməli olduğu halda məqsədli olaraq bilərəkdən tərtib etdiyi qevd edilən rəydə bu barədə heç nə göstərməyərək Şükür Hüseynov tərəfindən tərəfindən verilmiş mütəxəssis rəyində yazdığı cümlələrin yerini dəvisərək evni məzmunlu rəy vermişdir. Ekspert tərəfindən isə hec bir elmi əsaslandırma aparmadan subyektiv mülahizələrinə əsaslanaraq gözəyarı olaraq guya su filtrinin şlanqının qopması göstərilmişdir. (Bu barədə video görüntü iş materiallarına əlavə edilmişdir) Hazırda da su filtri işlək vəziyyətdədir. Qırılan isə moykanın xaricində olan soyuq su xəttinə birləşdirilən şlanqdır. "xxxx" MMC tərəfindən verilmiş 08 avqust 2025-cil il tarixli, 02/07-100-/2025 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki. Bakı şəhəri, Gəncə prospekti 51 ünvanında inşa edilmiş 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetirilmiş tikinti-təmir işlərinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq təqribi ümumu dəyyəri 25215,96 (iyirmi beş min iki yüz on beş manat doxsan altı qəpik) manat məbləğində mcəyyən o!unur.(lstifadə olunmuş və görülmeş işlərin ayrı-ayrılıqda dəyəri smetada ətraflı göstərilmişdir). Qeyd edilən mütəxəssis rəyi ilə razı deyil. Mütəxəssis rəyini vermiş Xəyyam İsgəndərov, qiymətləndiricilər Yaqub İsgəndərov və Hüseyn Talıbov da heç bir elini əsaslandırma aparmadan subyektiv mülahizələrinə əsaslanaraq guya mənzilə dəymiş ziyanın məbləğini tərtib etdiyi mütəxəssis rəyində X1 iddia ərizəsində göstərdiyi 25.000 manat civarından bir qədər artıq, yəni 215 manat 96 qəpik çox göstərməklə X2 tərəfindən ekspertizanın keçirilməsi üçün "xxxx" MMC-nin hesabına ödənilmiş 300 manat pulun sanki əvəzi olaraq sonuncunun arzuladığı mütəxəssis rəyini vermişdir. Göstərdiyim xüsusat "xxxx" MMC tərəfindən verilmiş 08 avqust 2025-cil il tarixli, 02/07-100-/2025 nömrəli mütəxəssis rəyinin obyektivliyini şübhə altına alır. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı “Piksel Group” (Vöen **********) tərəfindən alıcı X10 İlbater B modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarlarını 1130 manat məbləğində satılmışdır. Habelə müqavilədə qeyd edilmişdir ki, quraşdırılmadan sonra avadanlıqda hər hansı bir nasazlıq olduqda, zəmanətə uyğun olaraq, avadanlığa baxış və nasazlığın aradan qaldırılması şirkətin gücü və vəsaiti hesabına həyata keçirilir, əgər nasazlıq aradan qaldırıla bilməzsə, avadanlıq tam yenisi ilə əvəz olunur, yoxlanır və alıcıya təhvil verilir. İş materiallarında olan, tərəflər tərəfindən imzalanmış filtrlərin dəyişdirilməsi barədə əlavədən görünür ki, filtrlərin istismar müddəri 9 aya qədər, 6 aydan tez çirklənərsə pulsuz dəyişdirilir, ana membranın istismar müddəti 24 ay, 12 aya qədər göstərici 60 ppm- i aşarsa pulsuz , 12 ayı keçdikdə isə alıcının hesabına dəyişdirilməsi qeyd edilmişdir. İş materiallarında olan, «PikselAqua» Azərbaycan şirkəti tərəfindən verilən su təmizləmə sistemlər zəmanət talonundan görünür ki, məhsulun satış tarixi xx.xx.2024-cü il, zəmanət müddəti 1 il, dillerin adı imzası hissəsində Orxan Ə. qeyd olunmuşdur. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli 000183 nömrəli qəbzdən görünür ki, X14 tərəfindən « Piksel Aqua » şirkətinə 1120 manat ödəniş olunmuşdur. İş materiallarında olan, ******* nömrəli, xx.xx.2023-cü il tarixli X17 tərəfindən İmranlı Kamrana verilən qaimə fakturadan görünür ki, 21500 manatlıq mebel sifarişinə 10000 manat beh alınmış, 10 dekabr təhvil verilmə günüdür. İş materiallarında olan, X5 tərəfindən verilən 64 nömrəli xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilin mətbəxində su filtri quraşdırılarkən borunun qısa olması və tarım şəkildə bərkidilməsi (bağlanması), bunun nəticəsində suyun axma zamanı həmin borunun krana bərkidilən (bağlanan) hissədə tarım olduğuna görə deformasiyaya uğramasına və yerindən qopmasına (qırılmasına) səbəb olmuşdur. Belə ki, tədqiqat zamanı su filtrinin düzgün quraşdırılmadığı müəyyən edilmişdir, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilin mətbəxində quraşdırılmış su filtrinin düzgün quraşdırılmaması nəticəsində mənzilə su sızması baş vermişdir. İş materiallarında olan, X3 tərəfindən “Piksel Aqua” Azərbaycan adı ilə fəaliyyət göstərən X13 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən xəbərdarlıq məktubunu aldığı vaxtdan 3 iş günü ərzində vurulmuş ziyan məbləğini tam ödənilməsini xahiş etmiş, vurulmuş zərər məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəflərindən ziyan məbləğinin məhkəmə qaydasında tutulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan, xəbərnamə qəbzindən görünür ki, xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixdə X15 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Bakı şəhəri 25 saylı Vəkil Bürosuna hüquqi yardımın alınmasına görə 300 manat ödəniş edilmişdir. İş materiallarında olan, “Azemis” Elektron Məhkəmə informasiya sistemindən çıxarılan vergi məlumatları barədə çıxarışdan görünür ki, X15 aktiv vergi ödəyicisidir, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərir. İş materiallarında olan, satıcı “X18” MMC və payçı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 292 nömrəli müqavilədən görünür ki, payçı, “X18” lahiyəsi çərçivəsində, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunun 11-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 165 m2 olan 292 saylı, yaşayış səhəsinin sərmayələşdirilməsində iştirak edir. “Satıcı” isə yaşayış evi istifadəyə verildikdən sonra həmin yaşayış sahəsinin “Payçı”-ya verilməsini öhdəsinə götürür. İş materiallarında olan, “X18” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı (AA*******) qızının, 292 nömrəli müqaviləyə əsasən, C bloku, 11-ci mərtəbə, sahəsi 165 m2 olan 3 otaqlı mənzilə görə heç bir borcu qalmamışdır. İş materiallarında olan, ******* nömrəli qaimə fakturadan görünür ki, dəymiş ziyan kimi sökmək- 3000 manat, laminat -9000 manat, PVC-3000 manat, nəqliyyat-150 manat, daşınma-200 manat, usta yığma-3000 manat məbləğlərində qeyd olunmuşdur. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli qaimə fakturadan görünür ki, toplam laminat 3250 manat məbləğ təşkil edir. İş materiallarında olan, müqavilə №52 əlavə 1 xərclər smetasından çıxarışdan görünür ki, laminatın döşənməsi 625 manat təşkil edir. İş materiallarına əlavə edilən, cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdil edilən X24 Cihazları Filtre ve Kalıp İıh. İhr.San.Tic.Ltd.Şti tərəfindən verilən məlumatda qeyd olunmuşdur ki, şəkildəki kimi müştərinin kranından gələn spiral boru başlığından sıyrılmışdır, araşdırma nəticəsində xortumun qırıldığı, həmçinin borunun qırıq olduğu rəsmi olaraq sübut edilərək şəkillərlə əsaslandığı məlumatı onlara çatdırılmış, xortumun 8 dişdən az bağlantısı olsaydı suyun dərhal axacağı aydındır, suyun 13 gün ərzində axmaması dişlərin tam montaj edildiyini göstərir, problemin mənbəyinin başqa bir müdaxilə edildiyi üçün yarandığını qeyd etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/6571 nömrəli ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilin mətbəxində quraşdırılmış su filteri düzgün quraşdırılmadığı müəyyən edilir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilin mətbəxində quraşdırılmış su filterinin su xəttinə birləşən boru tarım şəkildə çəkildiyi (birləşdiyi) görə deformasiyyaya uğraması və yerindən qopması ilə izah olunur. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilin mətbəxində su filteri düzgün quraşdırılmadığından mənzilə suyun axdığı müəyyən edilmişdir, (faktiki olaraq mənzilə aid olan ümumi su xəttindən gələn su açarı açıldıqdan sonra su filtrinin borusunun birl\şm hissəsindən suyun axdığı müşahidə olunmuşdur. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilin mətbəxində quraşdırılmış su xəttinə birləşən boru tarım şəkildə çəkildiyi (birləşdiyi) görə deformasiyyaya uğraması və yeripdən qopması səbəbi olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilə su axıdılması nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli olan işlərə sərf ediləcək (edilmiş) matşrialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilimir. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 02/07-100/25 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhər, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetirilmiş tikinti-təmir işlərinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq təqribi ümumi dəyəri 25215.96 (iyirmi beş min iki yüz on beş manat doxsan altı qəpik) manat məbləğində müəyyən edilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, satıcı “X18” MMC və payçı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 292 nömrəli müqavilədən görünür ki, payçı, “X18” lahiyəsi çərçivəsində, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunun 11-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 165 m2 olan 292 saylı, yaşayış səhəsinin sərmayələşdirilməsində iştirak edir. “Satıcı” isə yaşayış evi istifadəyə verildikdən sonra həmin yaşayış sahəsinin “Payçı”-ya verilməsini öhdəsinə götürmüşdür. “X18” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı (AA*******) qızının, 292 nömrəli müqaviləyə əsasən, C bloku, 11-ci mərtəbə, sahəsi 165 m2 olan 3 otaqlı mənzilə görə heç bir borcu qalmamışdır. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı “Piksel Group” (Vöen **********) tərəfindən alıcı X10 İlbater B modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarlarını 1130 manat məbləğində satılmışdır. Məhkəmə iddia tələbinin “cavabdeh X6 25000 manat məbləğində vurulmuş ziyanın tutulmasına” dair hissəsinə münasibətdə hesab edir ki, tələb bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının gəlini X14 tərəfindən alınmış « PikselAqua » Azərbaycan şirkətinə məxsus su filtri xx.xx.2024-cü il tarixdə Bakı şəhər, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilinin mətbəxində quraşdırılmışdır. Daha sonra həmin mənzildə subasma hadisəsi baş vermiş, iddiaçının əmlakına zərər dəymişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-22(011)-6000/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki, məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/6571 nömrəli ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilin mətbəxində quraşdırılmış su filtri düzgün quraşdırılmadığı müəyyən edilir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilin mətbəxində quraşdırılmış su filtrinin su xəttinə birləşən boru tarım şəkildə çəkildiyi (birləşdiyi) görə deformasiyyaya uğraması və yerindən qopması ilə izah olunur. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilin mətbəxində su filtri düzgün quraşdırılmadığından mənzilə suyun axdığı müəyyən edilmişdir, (faktiki olaraq mənzilə aid olan ümumi su xəttindən gələn su açarı açıldıqdan sonra su filtrinin borusunun birləşmə hissəsindən suyun axdığı müşahidə olunmuşdur. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilin mətbəxində quraşdırılmış su xəttinə birləşən boru tarım şəkildə çəkildiyi (birləşdiyi) görə deformasiyyaya uğraması və yerindən qopması səbəbi olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzilə su axıdılması nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli olan işlərə sərf ediləcək (edilmiş) materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilimir. Göründüyü kimi, mənzilin mətbəxində su filtri düzgün quraşdırılmamış, su filtrinin su xəttinə birləşən borusu tarım şəkildə çəkildiyinə (birləşdiyi) görə deformasiyaya uğrayaraq, yerindən qopmuş, nəticədə su filtri düzgün quraşdırılmadığından mənzilə suyun axdığı müəyyən edilmişdir. Cavabdeh tərəf quraşdırılma xidmətinin onlar tərəfindən edilmədiyini bildirsə də, tərəflər arasında imzalanmış filtrlərin dəyişdirilməsi barədə əlavədən görünür ki, filtrlərin istismar müddəti 9 aya qədər, 6 aydan tez çirklənərsə pulsuz dəyişdirilməsi, ana membranın istismar müddəti 24 ay, 12 aya qədər göstərici 60 ppm- i aşarsa pulsuz , 12 ayı keçdikdə isə alıcının hesabına dəyişdirilməsi qeyd edilmişdir. Həmçinin «Piksel Aqua» Azərbaycan şirkəti tərəfindən verilən su təmizləmə sistemlər zəmanət talonundan görünür ki, məhsulun satış tarixi xx.xx.2024-cü il, zəmanət müddəti 1 il, dillerin adı imzası hissəsində Orxan Ə. qeyd olunmuşdur. Habelə müqvilədə qeyd edilmişdir ki, quraşdırılmadan sonra avadanlıqda hər hansı bir nasazlıq olduqda, zəmanətə uyğun olaraq, avadanlığa baxış və nasazlığın aradan qaldırılması şirkətin gücü və vəsaiti hesabına həyata keçirilir, əgər nasazlıq aradan qaldırıla bilməzsə, avadanlıq tam yenisi ilə əvəz olunur, yoxlanır və alıcıya təhvil verilir. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 02/07-100/25 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhər, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən 292 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetirilmiş tikinti-təmir işlərinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq təqribi ümumi dəyəri 25215.96 (iyirmi beş min iki yüz on beş manat doxsan altı qəpik) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin “1120 manat məbləğində tərəflər arasında bağlanmış müqavilə üzrə ödənilmiş pulun cavabdehdən tutulmasına” dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi İddiaçı ilə deyil, iddiaçının gəlini X14 arasında bağlanmış, həmçinin xx.xx.2023-cü il tarixli 000183 nömrəli qəbzdən göründüyü kimi 1120 manat ödəniş X14 tərəfindən « Piksel Aqua » şirkətinə ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının əmlakına dəymiş 25000 manat məbləğində vurulmuş ziyan cavabdeh X6 tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi 300 manat məbləğində vəkil xidmət haqqının ödənilməsi hissəsində də əsaslıdır. Belə ki, cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçıya dəymiş zərərin əvəzinin cavabdehdən tutulmasının təmin edilməsi üçün iddiaçının hüquqi yardımdan istifadə etməsi nəticəsində ona qeyd edilən məbləğdə maddi zərər dəymişdir. Habelə iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “300 manat qiymətləndirmə xərcinin də cavabdehdən tutulmasına dair” hissəsini də əsaslı hesab edərək, qeyd edir ki, mütəxəssis rəyinin alınmasına görə iddiaçı tərəfindən ödənilmiş 300 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh X6 25000 (iyirmi beş min) manat məbləğində vurulmuş ziyan, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 300 (üç yüz) manat və hüquqi yardımın alınmasına görə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı olmaqla, cəmi 25600 (iyirmi beş min altı yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri cavabdeh X6 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-243/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-243/2025
24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver