Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2436/2022 19.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 18.02.2022-ci il tarixinə yaranmış - 17.06.2021-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 1099 manat əsas borc, 164,80 manat cərimə olmaqla, cəmi 1263,80 manat və 07.05.2021-ci il tarixli, ********* saylı müddətli nisyə alqısatqı müqaviləsi üzrə 318,50 manat əsas borc, 47,70 manat cərimə olmaqla, cəmi 366,20 manat, ümumilikdə 1630 manat borcun və 36,30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında 17.06.2021-ci il tarixdə 1 ədəd «Samsung» markalı televizorun satılması barədə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə əşyanın ümumi dəyəri 1099 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq ödənişi isə 62 (sonuncu ay üçün 45 manat) manat müəyyən edilmişdir. Əşya cavabdehə 17.06.2021-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında 07.05.2021-ci il tarixdə 1 ədəd «Xiaomi Redmi 9” markalı mobil telefonun satılması barədə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə əşyanın ümumi dəyəri 348,50 manat olmaqla, ödəniş müddəti 12 ay, aylıq ödənişi isə 30 (sonuncu ay üçün 18,50 manat) manat müəyyən edilmişdir. Əşya cavabdehə 13.11.2021-ci il tarixdə təhvil verilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "SAMSUNG" markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə 62 manat olmaqla cəmi 1099 manat, 07.05.2021 -ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "X1AOM1REDM1 9" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə 30 manat olmaqla cəmi 348.5 manat, ümumilikdə hər iki müqavilə üzrə 1447.5 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 17.06.2021-ci il tarixli müqavilə üzrə heç bir ödəniş etməmiş və qalıq qalmış 1099 manat. 07.05.2021-ci il tarixli müqavilə üzrə 07.06.2021-ci il tarixində 30 manat və hər iki müqavilə üzrə qalıq qalmış 1417.5 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin gecikdirdiyi günlərin iki müqavilə üzrə faktiki cərimə borcu 2125 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 2125 manat təşkil ediyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 212.5 manat iddiaçıya ödənilməlidir. Beləliklə, cavabdeh 18.02.2022-ci il tarixədək iddiaçıya olan borcu 17.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən. 1099 manat əsas. 164.8 manat cərimə, cəmi 1263.8 manat. 07.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən. 318.5 manat əsas 47.7 manat cərimə, cəmi 366.2 manat, ümumilikdə borcu hər iki müqavilə üzrə 1630 manat təşkil etmişdir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd edilən avadanlıqların nisyə alqı-satqısı barədə 17.06.2021-ci il tarixli və 07.05.2021-ci il tarixli 2 ədəd müqavilə bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirərək razılaşdırılmış əşyaları cavabdehə vermiş, lakin cavabdeh aldığı əşyaların dəyərini müqavilədə nəzərdə tutulmuş müddət ərzində iddiaçıya tam qaytarmamışdır. İddiaçının verdiyi maliyyə arayışına görə cavabdeh tərəfindən 18.02.2022-ci il tarixinədək cavabdehin - 17.06.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 1099 manat və cərimə borcu 1648 manat, 07.05.2021-ci il tarixli müqavilə üzrə 30 manat ödəniş edilmiş, həmin müqavilə üzrə əsas borcu 318,50 manat və cərimə borcu 477 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd edilən müddəalara və şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair öhdəliyə malik olmuşdur. Lakin cavabdeh göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı tərəflər arasında bağlanmış müqavilələrin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, adı çəkilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin hər iki müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimələrin 17.06.2021-ci il tarixli müqavilə üzrə 60 manat, 07.05.2021-ci il tarixli müqavilə üzrə 20 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, həmçinin iddianın dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilməsi (iddia tələbi 92% təmin edilmişdir) nisbətində tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17.06.2021-ci il tarixli müqavilə üzrə 1099 manat əsas borc, 60 manat cərimə və 07.05.2021-ci il tarixli müqavilə üzrə 318,50 manat əsas borc, 20 manat cərimə olmaqla, ümumilikdə 1497,50 manat məbləğində pul və 33,39 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 2,91 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-2436/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2436/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver