Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2488/2022 18.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019 il tarixli 009CASA191410011 №-li kredit müqaviləsinin ləğv olunması və cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə həmin kredit müqaviləsi üzrə 7247.41AZN əsas borcun, 60.15 AZN faiz borcunun və iddianın verilməsi üçün dövlət rüsumu kimi 93.08 AZN pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi N.Ə.Babayev iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2019 il tarixli güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh2 bankdan xx.xx.2024 ilədək qaytarmaq və illik 1% ödəmək şərti ilə aldığı 8047.85 AZN krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, kredit müqaviləsi üzrə xx.xx.2022 il tarixə olan borcun məbləği əsas borc üzrə 7247.41 AZN faizlər üzrə 60.15 AZN cərimə üzrə 00.00 AZN təşkil edir, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehlərə xx.xx.2022-ci ildə poçt vasitəsilə pretenziya göndərilib, Borcalan və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün borc onlardan məhkəmə qaydasında tutulmalıdır. Sonda N.Ə.Babayev iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 009CASA191410011 saylı güzəştli kredit müqaviləsindən görünür ki, həmin müqavilə ilə bank müştəriyə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə güzəşt müddəti 1 il, illik 1 faiz olmaqla 60 ay müddətinə 8047,85 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu ildə 8047,85 manat restrukturizasiya köçürülməsi olmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 009FZAM54818702 saylı Zaminlik müqaviləsindən görünür ki, müqavilə ilə, kreditor və borclu Cavabdeh2 arasında bağlanmış məbləği 8047,85 AZN, illik faiz dərəcəsi 1, müddəti 60 ay olan xx.xx.2019-cu il tarixli, 009CASA191410011 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin birgə məsuliyyətinin əsasları müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 009FZAM54818302 saylı Zaminlik müqaviləsindən görünür ki, müqavilə ilə, kreditor və borclu Cavabdeh2 arasında bağlanmış məbləği 8047,85 AZN, illik faiz dərəcəsi 1, müddəti 60 ay olan xx.xx.2019-cu il tarixli, 009CASA191410011 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin birgə məsuliyyətinin əsasları müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 009FZAM48588802 saylı Zaminlik müqaviləsindən görünür ki, müqavilə ilə, kreditor və borclu Cavabdeh2 arasında bağlanmış məbləği 8047,85 AZN, illik faiz dərəcəsi 1, müddəti 60 ay olan xx.xx.2019-cu il tarixli, 009CASA191410011 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin birgə məsuliyyətinin əsasları müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 009CASA191410011 saylı kredit müqaviləsinə dair İddiaçı ASC-yə olan borcu barədə xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, kredit borcunun məbləği 7247,41 manat, faiz borcunun məbləği 60,15 manat, borc üzrə iddia tələbinin cəmi məbləği 7307,56 manatdır. İş materiallarında olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanlanan xx.xx.20222-ci il tarixli Bildirişdən görünür ki, onlara xx.xx.2019-cu il tarixli, 009CASA191410011 saylı güzəştli kredit müqaviləsi üzrə cəmi 7307,56 manat borcu 3 bank iş günü müddətində ödənilməsi təklif edilmiş və borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar olunmuşdurlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 93,08 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixli, 009CASA191410011 saylı güzəştli kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən, Cavabdeh2 illik 1 faiz olmaqla 60 ay müddətinə 8047,85 manat məbləğində kredit verilmişdir, Cavabdeh2 müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, həmçinin kredit müqaviləsinin təminatı kimi bankla digər cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdehlər kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişlər, onlar borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdar edilsələr də, həmin borc məbləği hazırkı vaxta qədər ödənilməmişdir, hazırda banka olan ödənilməmiş əsas borc məbləği 7247,41 manat, faiz borcu 60,15 manat olmaqla, ümumilikdə 7307,56 manat təşkil edir, Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə əsasən, zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 7247,41 manat əsas borc məbləği, 60,15 manat faiz borcu olmaqla, ümumilikdə 7307,56 manat borc məbləği alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehlərə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş 93,08 manat onlardan müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh2 və İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019 il tarixli 009CASA191410011 №-li kredit müqaviləsinin ləğv olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2019 il tarixli 009CASA191410011 №-li kredit müqaviləsi üzrə 7247.41 AZN əsas, 60.15 AZN faiz borcu olmaqla, cəmi 7307 (yeddi min üç yüz yeddi) manat 56 (əlli altı) qəpik və dövlət rüsumu qismində ödənilmiş 93 (doxsan üç) manat 08 (səkkiz) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2488/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2488/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver