Məhkəmə qərarları › İş №e-2(011)-2500/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2500/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2500/2023 06.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, MPZK3868410A299 saylı Kredit kartı müqaviləsinə əsasən 645.10 AZN əsas; 98.55 AZN faiz;cəmi 743.65 AZN məbləğində borcun, xx.xx.2021-ci il tarixli, MPZK4286456A299 saylı kartına dair müqaviləyə əsasən 320.01 AZN əsas; 64.19 AZN faizc; əmi 384.20AZNborcun, xx.xx.2021-ci il tarixli, MPZK3868279A299 saylı kredit kartına dair müqaviləyə əsasən 140.88 AZN əsas; 24.53 AZN faiz; cəmi 165.41 AZN borcu və ödənilmiş 32.93 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli, MPZK3868410A299 saylı Kredit kartı müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 876 AZN məbləğində kredit xətti ayrılmışdır. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ciil tarixli, MPZK4286456A299saylı Kredit kartı müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 423 AZN məbləğində xətti ayrılmışdır, kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli, MPZK3868279A299saylı Kredit kartı müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 186 AZN məbləğində xətti ayrılmışdır, kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir, kredit kartı müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir, nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli, MPZK3868410A299 saylı Kredit kartı müqaviləsinə əsasən 645.10 AZN əsas; 98.55 AZN faiz;cəmi 743.65 AZN borcu, xx.xx.2021-ci il tarixli, MPZK4286456A299 saylı kredit kartına dair müqaviləyə əsasən 320.01 AZN əsas; 64.19 AZN faiz;cəmi 384.20 AZN borcu və xx.xx.2021-ci il tarixli, MPZK3868279A299 saylı kredit kartına dair müqaviləyə əsasən 140.88 AZN əsas; 24.53 AZN faiz; cəmi 165.41 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ASC-yə, Paşa Bank ASC-yə, bütün banklara ünvanlanmış xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh “Umico Marketplace” platforması üzərindən mal və xidmətlərin əldə ediməsi məqsədləri üçün İddiaçı ASC tərəfindən 876 manat məbləğində 35 ay müddətinə MPZK3868410A299 nömrəli müqavilə ilə nağdsız kredit xətti ayrılmasını xahiş etişdir. İş materiallarında olan “Kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsi”dən görünür ki, Cavabdeh verilən kreditin tarixi xx.xx.2021-ci il, kreditin növü gündəlik tələbat, kreditin müddəti 35 ay, faiz dərəcəsi 27, rəsmiləşdirilən məbləğ 876 AZN-dir. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında bağlanmış MPZK3868410A299 saylı xx.xx.2021-ci il tarixli Kredit və hesab müqaviləsindən görünür ki, sonuncuya bu müqaviləyə görə əşya krediti təyinatı ilə 35 ay müddətinə illik 27% olmaqla 876 Azərbaycan manatı kredit xətti limiti ayrılmışdır, müştəri həmin kreditdən “Umico Marketplace” platforması üzərindən mal və xidmətlərin əldə ediməsi üçün istifadə etməyi və yaranmış borcları müqavilə ilə müəyyən edilmiş qaydada banka geri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ASC-yə, Paşa Bank ASC-yə, bütün banklara ünvanlanmış xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh “Umico Marketplace” platforması üzərindən mal və xidmətlərin əldə ediməsi məqsədləri üçün İddiaçı ASC tərəfindən 186 manat məbləğində 35 ay müddətinə MPZK3868279A299 nömrəli müqavilə ilə nağdsız kredit xətti ayrılmasını xahiş etişdir. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında bağlanmış MPZK3868279A299 saylı xx.xx.2021-ci il tarixli Kredit və hesab müqaviləsindən görünür ki, sonuncuya bu müqaviləyə görə əşya krediti təyinatı ilə 35 ay müddətinə illik 27% olmaqla 186 Azərbaycan manatı kredit xətti limiti ayrılmışdır, müştəri həmin kreditdən “Umico Marketplace” platforması üzərindən mal və xidmətlərin əldə ediməsi üçün istifadə etməyi və yaranmış borcları müqavilə ilə müəyyən edilmiş qaydada banka geri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsi”dən görünür ki, Cavabdeh verilən kreditin tarixi xx.xx.2021-ci il, kreditin növü gündəlik tələbat, kreditin müddəti 24 ay, faiz dərəcəsi 26, rəsmiləşdirilən məbləğ 423 AZN-dir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ASC-yə, Paşa Bank ASC-yə, bütün banklara ünvanlanmış xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC tərəfindən 423 manat məbləğində 24 ay müddətinə MPZK4286456A299 nömrəli müqavilə ilə gündəlik tələbat krediti verilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MPZK4286456A299 saylı Kredit və hesab müqaviləsinə əsasən, sonuncuya bu müqaviləyə görə əşya krediti təyinatı ilə 24 ay müddətinə illik 26% olmaqla 423 Azərbaycan manatı kredit xətti limiti ayrılmışdır, müştəri həmin kreditdən “Umico Marketplace” platforması üzərindən mal və xidmətlərin əldə ediməsi üçün istifadə etməyi və yaranmış borcları müqavilə ilə müəyyən edilmiş qaydada banka geri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 15/1359 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə - xx.xx.2021-ci il tarixli, MPZK3868410A299 saylı Kredit kartı müqaviləsinə əsasən 645.10 AZN əsas; 98.55 AZN faiz;cəmi 743.65 AZN məbləğində borcun, xx.xx.2021-ci il tarixli, MPZK4286456A299 saylı kartına dair müqaviləyə əsasən 320.01 AZN əsas; 64.19 AZN faizc; əmi 384.20AZNborcun, xx.xx.2021-ci il tarixli, MPZK3868279A299 saylı kredit kartına dair müqaviləyə əsasən 140.88 AZN əsas; 24.53 AZN faiz; cəmi 165.41 AZN borcu vardır. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 30 noyabr 2022-ci il tarixli 16/84403 saylı bildiriş göndərilməklə ondan borcunu 5 təqvim günü ərzində ödəməsi tələb edilmiş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı Qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 31,28 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı Qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 1,65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında elektron qaydada 35 ay müddətinə illik 27% olmaqla 876 Azərbaycan manatı kredit xətti limiti ayrılmasına dair MPZK3868410A299 saylı xx.xx.2021-ci il tarixli, 35 ay müddətinə illik 27% olmaqla 186 Azərbaycan manatı kredit xətti limiti ayrılmasına dair MPZK3868279A299 saylı xx.xx.2021-ci il tarixli, 24 ay müddətinə illik 26% olmaqla 423 Azərbaycan manatı kredit xətti limiti ayrılmasına dair xx.xx.2021-ci il tarixli, MPZK4286456A299 saylı Kredit və hesab müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, sonuncuya kredit limiti ayrılmış, müştəri həmin kreditdən “Umico Marketplace” platforması üzərindən mal və xidmətlərin əldə ediməsi üçün istifadə etməyi və yaranmış borcları müqavilə ilə müəyyən edilmiş qaydada banka geri ödəməyi öhdəsinə götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, Cavabdeh kredit müqavilələri ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişdir, nəticədə iddiaçıya xx.xx.2021-ci il tarixli, MPZK3868410A299 saylı müqaviləyə əsasən 645,10 manat əsas, 98,55 manat faiz, xx.xx.2021-ci il tarixli, MPZK4286456A299 saylı müqaviləyə əsasən 320,01 manat əsas, 64,19 manat faiz, xx.xx.2021-ci il tarixli, MPZK3868279A299 saylı müqaviləyə əsasən 140,88 manat əsas, 24,53 manat faiz olmaqla, cəmi 1293,26 manat borcu qalmışdır, cavabdeh borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilələri üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: - tərəflər, onu şəxsən imzalamaqla; - mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); - elektron imzadan istifadə etməklə; - şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli, MPZK3868410A299 saylı Kredit kartı müqaviləsinə əsasən 645,10 manat əsas, 98,55 manat faiz, xx.xx.2021-ci il tarixli, MPZK4286456A299 saylı kartına dair müqaviləyə əsasən 320,01 manat əsas, 64,19 manat faiz, xx.xx.2021-ci il tarixli, MPZK3868279A299 saylı kredit kartına dair müqaviləyə əsasən 140,88 manat əsas, 24,53 manat faiz olmaqla cəmi 1293,26 manat alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32,93 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, MPZK3868410A299 saylı müqaviləyə əsasən 645,10 manat əsas, 98,55 manat faiz, xx.xx.2021-ci il tarixli, MPZK4286456A299 saylı müqaviləyə əsasən 320,01 manat əsas, 64,19 manat faiz, xx.xx.2021-ci il tarixli, MPZK3868279A299 saylı müqaviləyə əsasən 140,88 manat əsas, 24,53 manat faiz olmaqla, cəmi 1293 (min iki yüz doxsan üç) manat 26 (iyirmi altı) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 (otuz iki) manat 93 (doxsan üç) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədan, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar