Məhkəmə qərarları › İş №e-2(011)-2541/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2541/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2541/2023 19.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borcu 599,87 manat, faiz borcu 100,22 manat, cərimə borcu 89,98 manat, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 820,47 manat borcun iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, işin məhkəmə baxışına çıxarılmasını etiraz etmədiyini bildirmiş, nümayəndənin məhkəməyə gəlməməsi səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdə keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, mülki iş sadələşdirilmiş icraat (kiçik iddia) qaydasında məhkəməyə daxil olmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı ilə mülki iş, obyektiv və hərtərəfli baxılması ilə əlaqədar məhkəmə prosesinin çəkişmə prinsipinə əməl etməklə keçirilməsi zərurətini nəzərə alaraq, əlavə araşdırma zərurəti olduğundan iddia icraatına keçirilmişdir. Həmçinin iddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak etməmişdir, məhkəmə, mülki işin obyektiv və hərtərəfli baxılması və mübahisənin vəziyyətinin müzakirə edilməsi zərurətini nəzərə alaraq, məhkəmə iclasının iddiaçının iştirakı ilə keçirilməsini zəruri hesab etmiş və bu məqsədlə məhkəmə iclasını təxirə salaraq, e-2(011)-2541/2023 saylı xx.xx.2023-cü il tarixli məktublarla iddiaçı BOKT "xxxx" QSC-yə rəsmi qaydada müraciət etmişdir. Bununla belə, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçı “işin məhkəmə baxışına çıxarılmasını etiraz etmədiyini” bildirsə də, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı ilə “ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar