Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2571/2025 04.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 894,9 AZN əsas 134,2 AZN cərimə, cəmi 1029,1 AZN borc, xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 79,9 AZN əsas 11,9 AZN cərimə, cəmi 91,8 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1019,3 AZN əsas, 152,8 AZN cərimə, cəmi 1172,1 AZN borc, ümumilikdə üç müqavilə üzrə 1994,1 AZN əsas, 298,9 AZN cərimə, 2293 AZN cəmi borcun və 42.93 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Beko” markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 85 manat olmaqla cəmi 1529,90 manat, xx.xx.2023-cü tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı X1 Pods Pro 2 görə 12 ay ödəniş cədvəli üzrə hər ay 44 manat olmaqla cəmi 519,90 manat, xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Epson” markalı printerə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 129,0 manat olmaqla cəmi 1539,90 manat, ümumilikdə üç müqavilə üzrə 3589,70 manat ödəməyi öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 255,0 manat, xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2024cü il tarixdə 132,0 manat, xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 387,0 ödəniş etmiş və üç müqavilə üzrə qalıq qalmış 894,90+79,90+1019,30=1994,10 manat borcu qaytarmamışdır, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır, nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir, cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1342,0+119,0+1528,0=2989,0 manat təşkil edir, cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 2989,0 manat təşkil ediyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 298,90 manat "xxxx" MMC-yə ödənilməlidir, beləliklə, cavabdeh xx.xx.2025-ci il tarixədək "xxxx" MMC-nə olan borcu xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 894,9 AZN əsas 134,2 AZN cərimə, cəmi 1029,1 AZN borc, xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 79,9 AZN əsas 11,9 AZN cərimə, cəmi 91,8 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1019,3 AZN əsas, 152,8 AZN cərimə, cəmi 1172,1 AZN borc, ümumilikdə üç müqavilə üzrə 1994,1 AZN əsas, 298,9 AZN cərimə, cəmi 2293 AZN təşkil etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, “Beko” markalı soyuducu cavabdehə müəyyən müddətə nisyə satılmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X1 Pods Pro 2 cavabdehə müəyyən müddətə nisyə satılmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, “Epson” markalı printer cavabdehə müəyyən müddətə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə 1 №-li Əlavədən görünür ki, “Beko” markalı soyuducu üçün müqavilə üzrə borc 1529,99 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 85 manatdır, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə 1 №-li Əlavədən görünür ki, X1 Pods Pro 2 üçün müqavilə üzrə borc 519,99 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 44 manatdır, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə 1 №-li Əlavədən görünür ki, “Epson” markalı printer üçün müqavilə üzrə borc 1539,99 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 129 manatdır, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ödəniş cədvəlindən görünür ki, Cavabdeh qalıq borc 1529,99 AZN, müddət 18 ay, aylıq ödəniş 85 manat olmaqla “Beko” markalı soyuducu satılmış, hər gecikən günə ödəniş məbləğinin 1% dəyərində cərimə (minimum 50 qəpik) əlavə olunacağı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Ödəniş cədvəlindən görünür ki, Cavabdeh qalıq borc 1539,99 AZN, müddət 12 ay, aylıq ödəniş 129 manat olmaqla “Epson” markalı printer satılmış, hər gecikən günə ödəniş məbləğinin 1% dəyərində cərimə (minimum 50 qəpik) əlavə olunacağı qeyd olunmuşdur. İş materiallarında xx.xx.2023-cü il tarixli Ödəniş cədvəlindən görünür ki, Cavabdeh qalıq borc 519,99 AZN, müddət 12 ay, aylıq ödəniş 44 manat olmaqla X1 Pods Pro 2 satılmış, hər gecikən günə ödəniş məbləğinin 1% dəyərində cərimə (minimum 50 qəpik) əlavə olunacağı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, əsas borcu 1019,3 manat, gecikdirilən günlərin sayı 281 gün, cərimə borcu 1528,0 manat olmaqla, cəmi borcu 2547,30 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, əsas borcu 894,9 manat, gecikdirilən günlərin sayı 271 gün, cərimə borcu 1342,0 manat olmaqla, cəmi borcu 2236,90 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, əsas borcu 79,9 manat, gecikdirilən günlərin sayı 280 gün, cərimə borcu 119,0 manat olmaqla, cəmi borcu 198,90 manat təşkil edir. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh borcunu ödəməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə qəbzə imza edilməklə əldə edilmişdir. İş materiallarında olan Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2025-ci il tarixli 72749430 saylı qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən 42,93 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən işin halları araşdırılaraq müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən, X1 Pods Pro 2, “Beko” markalı soyuducu, “Epson” markalı printer, aylıq ödəniş müvafiq olaraq 44 manat, 85 manat və 129 manat, ödəniş müddəti 12-18 ay olmaqla sonuncuya satılmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur, hazırda onun iddiaçıya xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 79,90 manat əsas, 11,90 manat cərimə, cəmi 91,80 manat, xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 1019,30 manat əsas, 152,80 manat cərimə, cəmi 1172,10 manat, xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 894,90 manat əsas, 134,20 manat cərimə, cəmi 1029,10 manat, üç müqavilə üzrə olan borcu 1994,10 manat əsas, 298,90 manat cərimə, cəmi 2293 manat borcu qalmışdır. Cavabdeh borcunun olması və borc məbləğinin ödənilməsi barədə xəbərdar edilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 79,90 manat əsas, 11,90 manat cərimə, cəmi 91,80 manat, xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 1019,30 manat əsas, 152,80 manat cərimə, cəmi 1172,10 manat, xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 894,90 manat əsas, 134,20 manat cərimə, cəmi 1029,10 manat, üç müqavilə üzrə olan borcu 1994,10 manat əsas, 298,90 manat cərimə, cəmi 2293 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42,93 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarda dövlət rüsumu ödənilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 79,90 manat əsas, 11,90 manat cərimə, cəmi 91,80 manat, xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 1019,30 manat əsas, 152,80 manat cərimə, cəmi 1172,10 manat, xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 894,90 manat əsas, 134,20 manat cərimə, cəmi 1029,10 manat, üç müqavilə üzrə olan borcu 1994,10 manat əsas, 298,90 manat cərimə, cəmi 2293 (iki min iki yüz doxsan üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 (qırx iki) manat 93 (doxsan üç) qəpik alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2571/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2571/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver