Məhkəmə qərarları › İş №e-2(011)-2576/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2576/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2576/2022 06.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 9862,37 manat əsas borc, 4640,46 manat faiz borcu olmaqla, cəmi 14502,83 manat borcun, 133,51 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış 10.09.2019-cu il tarixli, BPM**********51 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 20 faiz olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Lakin borc alan tərəfindən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər vaxtında yerinə yetirilmədiyindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdehə kreditin qaytarılması haqqında 07.10.2021-ci il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. 17.02.2022-ci il tarixə cavabdehin banka 9862,37 manat əsas borc, 4640,46 manat faiz borcu olmaqla, cəmi 14502,83 manat məbləğində kredit borcu mövcuddur. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün ödənilməmiş qalan kredit borcunun məhkəmə qaydasında tam tələb edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini əsas borc hissəsində qəbul etdiyini, faiz borcu hissəsində isə qəbul etmədiyini göstərmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, təqdim edilən sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10.09.2019-cu il tarixli, BPM**********51 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 48 ay müddətinə illik 20 faiz olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən ödənilməli faiz borcunun məbləği 4604,20 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə əsas borcdan 137,63 manat və faiz borcundan 167 manat ödəniş edilmiş, onun "xxxx" ASC-yə 17.02.2022-ci il tarixə 9862,37 manat əsas borc, 4640,46 manat faiz borcu olmaqla, cəmi 14502,83 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 07.10.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, iş materialları ilə Cavabdeh banka 10.09.2019-cu il tarixli, BPM**********51 saylı kredit müqaviləsi üzrə banka 9862,37 manat əsas borc, 4640,46 manat faiz borcu olmaqla, cəmi 14502,83 manat məbləğində borcunun qalması müəyyən olunduğundan və müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən, iddia tələbi təmin edilərək, həmin borc məbləği cavabdehdən tularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 9862,37 manat əsas borc, 4640,46 manat faiz borcu olmaqla, cəmi 14502,83 (on dörd min beş yüz iki manat 83 qəpik) manat borc, 133,51 (yüz otuz üç manat 51 qəpik) manat dövlət rüsumu və 0,40 (40 qəpik) manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar