Məhkəmə qərarları › İş №e-2(011)-2587/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2587/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2587/2023 21.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızndan İddiaçı QSC-nin xeyrinə TRQK07238 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2.499.99 manat borcun, 0 manat cərimə borcunun, 45 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış TRQK07238 saylı xx.xx.2022-ci il tarixli, nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2.624.99 manat dəyərində nisyə aldığı mala görə 125 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 2.499.99 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 2.499,99 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Ferrum Kapital MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bugünə 2.499,99 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh işə sadələşdirilmiş icraat qaydasında baxılmasına etiraz edir. Etiraz ərizəsinə borcunun olmaması barədə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış əlavə edilmişdir. İddiaçının nümayəndəsi Fərid İbrahimxəlilli məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məluamat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 öz izahatında bildirmişdir ki, Cavabdeh "xxxx" MMC ilə bağlanılmış TRQK07238 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən borcu yoxdur. Cavabdeh həmin malı almışdır və qısa müddət sonra geri qaytarmışdır. Cavabdehin borcu olmadığından həmin borc üzrə tələb hüququ İddiaçı QSC0-yə keçməmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış TRQK07238 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “Satıcı” ("xxxx" MMC) “Alıcıya” (Cavabdeh) sıyahısı təhvil-təslim aktında (Əlavə 2) göstərilən malları satır, “Alıcı” isə həmin malları qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini “Satıcı”ya ödəyir. TRQK07238 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə 1 saylı Əlavədə əks olunmuş ödəniş cədvəlinə əsasən 2.624,99 manat dəyərində olan malın Alıcı olan Cavabdeh qız tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində hər ay 208 manat olmaqla, xx.xx.2023-cü il tarixində 211.99 manat ödəmək şərtilə 13 ay müddətində ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, TRQK07238 saylı xx.xx.2022ci il tarixli nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulmuş “Samsung Galaxy Z Flip 3 5G Black” adlı mobil telefon və “Hədiyyə Kartı” alıcıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh "xxxx" QSC-yə 2.499,99 manat məbləğində əsas, 0 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.499,99 manat məbləğində borcu vardır. İşdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli R-16/19 saylı faktorinq müqaviləsinə əsasən Faktor (İddiaçı MMC), Borclu (Müştərinin ona qarşı pul tələbi olan fiziki şəxs) barəsində Müştərinin ("xxxx" MMC) Borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına Müştəriyə pul vəsaiti verir (müştərini müliyyələşdirir), Müştəri isə Borcluya qarşı pul tələbini Faktora güzəşt edir. xx.xx.2019-cu il tarixli R-16/19 saylı faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2022ci il tarixli R-xx/xx-0195 saylı Sazişin 2-ci bəndində göstərilən borclular haqqında məlumatda Kəmalə Məmmədov adlı müştərinin adı qarşısında TRQK07238 saylı müqavilə nömrəsi və xx.xx.2022-ci il tarixi qeyd edilmişdir. Güzəşt edilən tələb məbləği qrafasında 2.499,99 rəqəmi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023 və xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, xx.xx.2022-ci il tarixində TRQK07238 saylı “nisyə alqısatqı müqaviləsi” bağlanmışdır. Sonradan müştəri müqavilə müqavilə üzrə sifariş etdiyi məhsuldan (Samsung Galaxy Z Flip 3 5G Black) imtina etmiş və məhsulu geri qaytarmışdır. Müqavilə ləğv edilmişdir. Cavabdeh TRQK07238 saylı müqavilə üzrə "xxxx" MMC sistemində borc 0 manat təşkil edir. “Ferrum Capital-da TRQK07238 saylı müqavilə üzrə borcalanın adında olan 2.499.99 manat artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.1-ci maddəsinə görə faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır, lakin cavabdeh həmin məhsulu geri qaytarmaqla müqaviləni ləğv etmişdir. Bununla da, TRQK07238 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-nin cavabdehə qarşı həmin müqavilədən irəli gələn tələb hüququ yoxdur. Qeyd olunan tələb hüququnun mövcud olmadığına görə həmin hüququn "xxxx" MMC ilə İddiaçı QSC arasında bağlanılmış faktorinq müqaviləsi əsasında İddiaçı QSC-nə keçməsi qeyri-mümkündür. Buna görə də iddia tələbləri təmi edilməli deyil. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı QSC-nin Cavabdeh qarşı TRQK07238 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 2.499.99 (iki min dörd yüz doxsan doqquz manat doxsan doqquz qəpik) borcun, 45 (qırx beş) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) dövlət rüsumunun ödənilməsi bağlı xidmət haqqının iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar