Məhkəmə qərarları › İş №e-2(011)-259/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-259/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-259/2025 17.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi K.X6, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan “Texnikabank ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə "xxxx" arasında xx.xx.2014-cü il tarixli əməkdaşlıq müqaviləsi bağlanmışdır. Əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq Bank tərəfindən müxtəlif dövrləri əhatə edən tarixlərdə müştərilərə "xxxx" MMC Abşeron rayonu, H.Əliyev prospekti, 240 ünvanında inşa etdiyi yaşayış mənzillərinin alınması məqsədilə kreditlər verilmişdir. Həmin kreditlərdən biri, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14/261 saylı kredit müqaviləsidir. Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 14/261 saylı kredit müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən 240 C nömrəli evin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68 kv.m olan 36 nömrəli mənzilin alınması üçün 120 ay müddətinə, 14 faiz ödənilməsi şərtilə, 29200 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən, borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 10.2ci bəndinə əsasən, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin illik 0.1 %-i məbləğində borc verənə dəbbə pulu ödəməlidir. Eyni müqavilənin 12.1-ci bəndinə əsasən müqavilə şərtlərini vaxtında və lazimi qaydada icra etmək “borc alan”ın vəzifəsidir. Eyni müqavilənin 12.2-ci bəndində göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək “borc alan”ın vəzifəsidir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" MMC ilə (bundan sonra mətndə Cəmiyyət) "xxxx" ASC arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqaviləyə əsasən Cəmiyyət Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Əməkdaşlıq müqaviləsinin 2.1-ci maddəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 faizlə 120 aylıq müddətə qədər kreditləşməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Eyni müqavilənin 4.3-cü maddəsinə əsasən bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə bankdan bildiriş aldığı gündən, cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Həmçinin müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kreditlər üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Cəmiyyətə bildiriş verməklə həmin günə olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə Banka ödənilməsini tələb etmək hüququna malikdir. Əməkdaşlıq müqaviləsinin 8.1-ci maddəsinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir və Cəmiyyət tərəfindən öhdəliklər tam icra olunanadək qüvvədədir. 8.2-ci bəndinə əsasən bu müqavilə aşağıdakı hallarda xitam olunur: a) bu müqavilə üzrə Cəmiyyətin öz üzərinə götürdüyü öhdəliklər Cəmiyyət və ya üçüncü şəx tərəfindən vaxtında tam həcmdə yerinə yetirildikdə; b) bu müqavilə üzrə Cəmiyyətin öz üzərinə götürdüyü öhdəliklər Cəmiyyət və ya üçüncü şəxs tərəfindən vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə. Eyni zamanda, müqavilənin 12.1-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə şəklində bu müqaviləyə dəyişikliklər və əlavələr oluna bilər. Müqavilələr imzalandığı gündən bu müqavilənin tərkib hissəsi hesab edilir. Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 390.4-cü bəndinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Göründüyü kimi xx.xx.2014-cü il tarixli, 14/261 saylı kredit müqavilə üzrə cəmiyyət və Cavabdeh2 birgə məsuliyyət daşıyırlar. Ləğv prosesində olan “Texnikabank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə **********232 saylı xx.xx.2024-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcunun qaytarılmasını təmin etməmişdir. xx.xx.2024-cü il tarixinə cavabdehlərin xx.xx.2014-cü il tarixli, 14/261 saylı kredit müqaviləsi üzrə cəmi borcu 8825,26 manat təşkil edir. Bundan 4298,98 manat əsas, 3494,52 manat faiz, 1031,76 manat cərimə borcu təşkil edir. Həmçinin "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqavilənin 9.2-ci maddəsindən görünür ki, tərəflər öhdəliyini yerinə yetirdiyi zaman yaranan mübahisə və ziddiyyətlər Azrəbaycan Respublikasının qanunvericiliyində göstərilmiş qaydada aidiyyatı üzrə Bakı şəhəri məhkəmələrində həll edilir. Cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 167 ünvanı, cavabdeh X3 rayonu, Xırdalan şəhəri, məhəllə 28 ev 14, mənzil 60, İddiaçı ASCnin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək pr 16 ünvanıdır. Bu səbəbdən iddia ərizəsi ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. İddia yuxarıda göstərilənləri nəzərə alaraq, cəmi 8825,26 manat olmaqla, bundan 4298,98 manat əsas, 3494,52 manat faiz, 1031,76 manat cərimə borcu və iş üzrə ödənilmiş 108,26 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi K.X11 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, müqavilə 14% ilə bağlanmış, lakin borc hesablanarkən 24% ilə hesablanmışdır. Maddi imkanı olmadığı üçün hazırda əsas borcun 70-80%-ni, qalan məbləği 1 il ərzində ödəyə bilər. Nümayəndə eyni zamanda faiz borcunun əsassız olduğunu bildirərək, silinməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada bildirişlər göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, lakin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilib, iddia tələbinin cavabdeh "xxxx" MMC-yə münasibətdə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 16 dekabr 2014-cü il tarixli, 14/261 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh2 Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 C nömrəli evin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68 kv.m olan 36 nömrəli mənzilin alınması üçün illik 14 faiz ödənilməklə, 120 ay müddətinə, 25200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC (Cəmiyyət) arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilənin predmetini Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış komleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 faizlə 120 ay müddətə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kreditlər üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə cəmiyyətə bildiriş verməklə həmin günə olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə Banka ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılmış 16 dekabr 2014cü il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68.0 kv.m olan, 36 nömrəli mənzil 44200 manat məbləğinə Cavabdeh2 satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 16 dekabr 2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 36 nömrəli mənzilə görə 19000 manat ödəniş etmiş, 25200 manat borc qalığı qalmışdır. İş materiallarında olan 28 noyabr 2016-cı il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh2 20300 manat AAAF Park 3 ipoteka üzrə mədaxil etmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 24 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 16 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 17 may 2024-cü il tarixinə 4298,98 manat əsas, 3494,52 manat faiz, 1031,76 manat cərimə borcu olmaqla, cəmi 8825,26 manat borcu vardır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə ünvanlanan xəbərdarlığın surətindən görünür ki, cavabdehdən borcun 3 gün ərzində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizədə qeyd edilmişdir ki, 18 mart 2014-cü il tarixdə iddiaçı "xxxx" ASC ilə "xxxx" MMC ilə əməkdaşlıq müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixdə AAAF Park 3 yaşayış massivində yerləşən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240C nömrəli evin, 36 saylı mənzilini satın almaq üçün Cavabdeh2 120 ay müddətinə 14 faizlə 29200 manat məbləğində kredit verilmişdir. İddiaçı Cavabdeh2 ilə 16 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinin bağlanmasını bildirsə də, AAAF Park 3 yaşayış massivində yerləşən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240C nömrəli evin, 36 saylı mənzilini ƏMDRX-nın çıxarışı olmadığından mənzil üzərində xüsusi mülkiyyət hüququ əmələ gəlməmiş və mövcud olan qanunlara əsasən ipoteka və girov predmeti ola bilməz. Çünki yalnız və yalnız çıxarışı olan və dövlət qeydiyyatına alınmış əmlak ipoteka predmeti olar bilər. İddiaçı bildirdiyi kimi, cavabehlə 14/261 saylı kredit müqaviləsini və İP14/212 nömrəli ipoteka müqaviləsini 16 dekabr 2014-ü il tarixdə bağlamışdır. Cavabdeh müəyyən müddət ödəniş etmişdir. Lakin sonra ödəniş etmək qabiliyyəti olmadığından ödənişləri dayandırmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanan 16 dekabr 2014-cü il tarixli müqaviləyə əsasən cavabdeh ödənişi 2018-ci il tarixinə qədər etmişdir. Sonra isə ödənişlərin edilməsini dayandırmışdır. Həmin tarixdən 6 il müddət keçmişdir. Cavabdeh qeyd olunanlara əsasən, iddiaçı “Texnikabank ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “kredit borcunun qaytarılması” üzrə iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və hazırkı iddia üzrə iddia müddətinin ötürülmüş hesab edilməklə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, İddia tələbinin əsasını borcalan Cavabdeh2 ilə bağlanmış 221İKNV143500001 nömrəli, 16 dekabr 2014-cü il tarixli Kredit müqaviləsi və cavabdeh MMC ilə bağlanmış 18 mart 2014-cü il tarixli "xxxx" Müqaviləsidir. Hazırda, cavabdeh MMC digər Cavabdeh2 ilə bağlanmış 221İKNV143500001 nömrəli, 16 dekabr 2014-cü il tarixli Kredit müqaviləsi üzrə yaranmış kredit borcunu mübahisələndirmir. Cavabdeh MMC tərəfindən mübahisəli tərəf borc tələbinin müştərək qaydada cavabdeh "xxxx" MMC-dən tələb olunmasıdır. (“Bank”) "xxxx" ASC ilə ("xxxx") "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli Müqavilənin 2.1-ci bəndi ilə predmeti təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin 120 ay müddətə qədər kreditləşdirməsi barədə qarşılıqlı razılıqdır. Bu Müqavilə Azərbaycan Respublikası Mülki Məcəllənin 402-ci maddəsinin tələblərindən irəli gəlirək ilkin müqavilədir. Həmin maddi hüquq normasına görə (402.1) ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin müqaviləni zaminlik müqaviləsi hesab etmək olmaz. Çünki zaminlik müqaviləsinə dair qanunvericiliyin xüsusi tələbləri var, habelə məhkəmə təcrübəsində də dəfələrlə hüquqi münasibət bildirilmişdir. xx.xx.2014-cü il tarixli Müqavilə Bank və Kooperativ tərəflər arasında qarşılıqlı razılıq niyyətlərini əks etdirir. Mülki Məcəlləsinin zaminlik müqaviləsinə dair tələblərini müəyyən etmiş və bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhlər var. (470.1) zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (477.0.2) əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə zaminliyə xitam üçün əsasdır. Müddəanın tələbindən göründüyü kimi zamin kreditor qarşısında mütləq qaydada borclu şəxsin öhdəliyinin icrasına məsuliyyəti müəyyən edilməsini şərtləndirir. Lakin hazırki iş üzrə cavabdeh "xxxx" MMC borc alan Cavabdeh2 ilə iddiaçı LPO "xxxx" ASC-nin Sumqayıt filialı ilə 221İKNV143500001 nömrəli, 16 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyinə görə məsuliyyəti üzərinə götürməmiş və bununla bağlı cavabdeh qarşılıqlı iddiaçı LPO-ASC məhkəməyə heç bir sübut – zaminlik müqaviləsi təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh qarşılıqlı iddiaçı LPO "xxxx" ASCnin Sumqayıt filialı ilə borc alan Cavabdeh2 arasında bağlanmış 09 oktyabr 2014-cü il tarixli 14/200 saylı Kredit müqaviləsinin 4.1-ci bəndinə görə, müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu alınacaq mənzilin ipotekasıdır; 9.2-ci bəndinə görə,...yaranmış borc və ya vurulmuş zərur Borcalanın hesabından akseptsiz qaydada silinir; 9.3-cü bəndinə görə, gecikdirilmiş borc yarandığı tarixdən Borcverən qanunvericiliklə müəyyən edilmiş qaydada Borcalanın öhdəliklərinin icrasının təminata yönəldilməsi prosedurasına başlayır; 15.5-ci bəndinə görə, borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə Borcverənə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır; 15.9-cu bəndinə görə, ...mənzil borcalana verilmədikdə və ya vaxtında təhvil verilmədikdə Borcverən bu hallara görə heç bir məsuliyyət daşımır və Borcalan bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin icrasından azad edilmir. Sadalanan bəndlərdən göründüyü kimi sözügedən kredit öhdəliyinin təminat üçün girov və ipoteka predmeti olan daşınmaz əmlak mənzil çıxış edir. Lakin kredit müqaviləsində öhdəliyin icrasının təminatı olaraq xx.xx.2014cü il tarixli Müqavilə barədə müddəa, həmçinin konkret kredit öhdəliyin icrasının gecikdirilməsi halında Cəmiyyətin məsuliyyəti, habelə Cəmiyyətin iddiaçı bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir. 221İKNV143500001 nömrəli, 16 dekabr 2014-cü il tarixli Kredit müqaviləsinin "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Korprativ müqavilə çərçivəsində verilmiş kreditlərinə aid olmasının sübutu mövcud deyildir. Bildiririk ki, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binalarında 10.000 çox mənzil və ya müqavilə mövcuddur. Belə ki, "xxxx" MMC tərəfindən inşa edilmiş və təhvil verilmiş bütün müqavilələr Korporativ Əməkdaşlığa aid edilmir. Həmçinin İddiaçı ASC məhkəməyə həmin kredit vəsaitin Cəmiyyətin hesabına köçürülməsinə dair heç bir sübut təqdim edə bilmir. Həmçinin "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanda çoxmənzilli yaşayış binalarını podratçı olaraq inşa edərək təhvil vermişdir. Həmçinin İddiaçı ASC məhz kreditləşmə ilə bağlı ödənişləri fiziki şəxs X7 və ya əlaqəli üçüncü şəxslərin hesabına ödənilmişdir. Hazırda iddiaçı LPO Bankın ödənişin köçürülməsinə dair sənədi təqdim etməməsinə səbəb qeyd olunan faktın üzə çıxmasıdır. Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcovun xx.xx.2012-ci il tarixli 309 nömrəli Sərəncam, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X1 Ekspertiza Baş İdarəsinin rəyləri və 2023-cü il tarixli X13 da sübut edir ki, sözügedən əmlakın sahibi "xxxx" MMC deyil, X9r. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı ASC-nin “cəmi 7634.54 manat – bundan 4298.98 manat əsas, 3180.11 manat faiz borcu, 1031.76 manat cərimə borcu və iş üzrə ödənilmiş 108.26 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMCdən tutulması hissənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9121 saylı, 26 dekabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X5 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və ləğv prosesində olan “Texnikabank ASC” ilə Cavabdeh2 arasında bağlanmış 18 mart 2014-cü il tarixli kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh2 müqavilə bitdiyi müddətədək 16 dekabr 2024-cü il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: əsas borc üzrə - 4052,48 manat; faiz borcu üzrə - 3461,54 manat. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəməmühasibatlıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra вeриlməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmin qərarda Plenum şərh vermişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə ilk növbədə Cavabdeh2 iddia müddətinin ötürülməsi ilə bağlı ərizəsinə münasibət bildirməyi məqsədi müvafiq hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki: - Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. - MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. - MM-in 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə belə hesab edir ki, hazırkı mülki iş üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, hazırki iddianın predmeti olan 14/261 nömrəli kredit müqaviləsi "xxxx" ASC ilə Cavabdeh2 arasında 16 dekabr 2014-cü il tarixdə bağlanmış, həmin müqavilədə icra müddəti 120 ay müəyyən edilmiş, həmin müddət 16 dekabr 2024-cü il tarixdə bitmişdir. İddiaçı həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə 02 iyul 2024cü il tarixdə müraciət etmişdir və iddia müddəti ötürülməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılmış 16 dekabr 2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68.0 kv.m olan, 36 nömrəli mənzil Cavabdeh2 satılmışdır. 18 mart 2014-cü il tarixli Bankla bağlanılan müqaviləyə əsasən «AAAF-İnşaat” MMC satdığı mənzilin dəyərinin (2.1-ci bəndində qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 faizlə 120 ay müddətə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir) kredit öhdəliyinin icra edilməməsi halında özü bank qarşısında öhdəlik götürmüşdür. Müqavilənin 4.3-cü bəndinə əsasən, müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təvqim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizlər mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptiz qaydada silinməsi hüququnu Banka verir. "TexnikaBank” ASC ilə Cavabdeh2 arasında 16 dekabr 2014-cü il tarixində kredit verilməsi haqqında 14/261 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh2 Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış "AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi 68.0 kv.m olan, 36 nömrəli mənzilin alınması üçün illik 14 faiz ödənilməklə, 120 ay müddətinə, 25200 manat məbləğində kredit verilmişdir. Hazırda iddiaçı cavabdehlər tərəfindən öhdəlik icra olunmadığından, cəmi 8825,26 manat olmaqla, bundan 4298,98 manat əsas, 3494,52 manat faiz, 1031,76 manat cərimə borcu və iş üzrə ödənilmiş 108,26 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən borc məbləği mübahisələndirildiyindən, məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9121 saylı, 26 dekabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X5 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və ləğv prosesində olan “Texnikabank ASC” ilə Cavabdeh2 arasında bağlanmış 18 mart 2014-cü il tarixli kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh2 müqavilə bitdiyi müddətədək 16 dekabr 2024-cü il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: əsas borc üzrə - 4052,48 manat; faiz borcu üzrə - 3461,54 manat. Məhkəmə həmçinin qeyd edir ki, “Bank Technique» ASC ilə "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli Müqavilənin (2.1-ci bəndi ilə) predmeti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin illik 14 faizlə 120 ay müddətə qədər kreditləşdirməsi barədə ümumi razılıq olsa da, əqdin 4.3 və digər müddəaları tam və müstəqil məsuliyyət müəyyən edən öhdəliklər nəzərdə tutmuşdur. “AAAF-İNŞAAT» MMC borc alan X10 ilə "xxxx" ASC xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyinə görə zamin kimi birgə məsuliyyəti üzərinə götürməmişdir. Belə ki, 18 mart 2014-cü il tarixli əqdin 4.3 bəndində ipoteka ilə təmin edilmiş öhdəlik 120 ay müddətində icra edilməli olması qeyd edilmiş, lakin bu əqdə münasibətdə kredit öhdəliklərinin müştərək məsuliyyətini müəyyən edən əsaslar sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu iş materialları ilə öz təsdiqini qismən tapdığından iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 16 dekabr 2014-cü il tarixli, 14/261 kredit müqaviləsi üzrə 4052,48 manat əsas, 3461,54 manat faiz borcu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi cavabdeh "xxxx" MMC-yə münasibətdə təmin edilməməlidir. Bununla yanaşı Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borcluların əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsini nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 16 dekabr 2014-cü il tarixli müqavilə üzrə hesablanmış dəbbə borcunun məbləğinin 10%-dək azaldılaraq cavabdehdən 430 manat cərimə (dəbbə pulu) tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 16 dekabr 2014-cü il tarixli, 14/261 kredit müqaviləsi üzrə 4052,48 manat əsas, 3461,54 manat faiz və 430 manat cərimə borcu olmaqla, ümumilikdə 7944,02 manat borc tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 16 dekabr 2014-cü il tarixli, 14/261 kredit müqaviləsi üzrə 4052,48 manat əsas, 3461,54 manat faiz və 430 manat cərimə borcu olmaqla, ümumilikdə 7944,02 manat borc iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 108,26 manat dövlət rüsumunun 90%, yəni 97 manat Cavabdeh2 tutularaq iddiaçıya ödənilsin, qalan 10 %, yəni 11,26 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia qismən təmin edildiyindən, 100 manat ekspertiza xərcinin 90%, yəni 90 manat Cavabdeh2, qalan 10 manat iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X2 hesabına ödənilsin İddia tələbi cavabdeh "xxxx" MMC-yə qarşı təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar