Məhkəmə qərarları › İş №e-2(011)-2601/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2601/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2601/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC-si Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Panasonic markalı ətçəkən, Gorenje markalı 2 ədəd blender, Braun markalı ütü almış və nəticədə 207 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1231.2 manat (12 ay x 102.6 manat + 0 manat ilkin ödəniş) Panasonic markalı ətçəkən, Gorenje markalı 2 ədəd blender, Braun markalı ütü üçün ümumilikdə 207 manat olmaqla, ondan 188.9 manat ödənilməmiş hissə, 18.1 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 242.3 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Panasonic markalı ətçəkən, Gorenje markalı 2 ədəd blender, Braun markalı ütü üçün 188.9 manat ödənilməmiş hissə, 18.1 manat dəbbə pulu olmaqla, ümumilikdə 207 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X2 izahatında bildirmişdir ki, cavabdeh "xxxx" MMC-dən Panasonic markalı ətçəkən, Gorenje markalı 2 ədəd blender, Braun markalı ütü alsa da, iki gün sonra Braun markalı ütünü qaytarmış, həmin ütünün dəyəri 600 manat onun borcundan silinmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə Panasonic markalı ətçəkən maşını geri qaytarmış, həmin əşya istifadə edildiyinə görə 200 manat məbləğində qiymətləndirilmiş və cavabdehin borcundan silinmişdir. Hal-hazırda cavabdehin borcu iki ədəd Gorenje markalı blenderə görə yaranmışdır. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-si ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 01163960 saylı müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, cavabdehə dəyəri 350.4 manat olan Panasonic markalı ətçəkən, dəyəri 140.4 manat olan Gorenje markalı 2 ədəd blender, dəyəri 600 manat olan Braun markalı ütü satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 01163960 saylı müqaviləyə əsasən qeyd olunan məhsulları (Panasonic markalı ətçəkən, Gorenje markalı 2 ədəd blender, Braun markalı ütü ) tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Panasonic markalı ətçəkən, Gorenje markalı 2 ədəd blender, Braun markalı ütü almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə Braun markalı ütünü qaytarmış, həmin ütü 600 manat məbləğində qiymətləndirilmiş və cavabdehin borcundan silinərək geri alınmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə Panasonic markalı ətçəkən maşını geri qaytarmış, həmin əşya 200 manat məbləğində qiymətləndirilmiş və cavabdehin borcundan silinərək geri alınmışdır. Hazırda Cavabdeh ümumilikdə 207 manat olmaqla, ondan 188.9 manat ödənilməmiş hissə, 18.1 manat dəbbə pulu borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil,həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcüd mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, iş materiallarında olan sübutlarla təsdiq edilir ki, "xxxx" MMC-si ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 01163960 saylı müqaviləyə və həmin müqaviləyə əlavəyə əsasən cavabdehə dəyəri 350.4 manat olan Panasonic markalı ətçəkən, dəyəri 140.4 manat olan Gorenje markalı 2 ədəd blender, dəyəri 600 manat olan Braun markalı ütü satılmış, xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən həmin əşyalar Cavabdeh tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. Sonradan iki əşya geri qaytarılsa da, hazırda Cavabdeh dəyəri 140.4 manat olan Gorenje markalı 2 ədəd blenderə görə borcu mövcuddur. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 01163960 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən həmin müqaviləyə əsasən ümumilikdə 207 manat olmaqla ondan 188.9 manat ödənilməmiş hissə, 18.1 manat cərimə borcu olmaqla, cəmi 207 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 188.9 manat ödənilməmiş hissə, 18.1 manat cərimə borcu olmaqla, cəmi 207 manat borc və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar