Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2613/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində ******* saylı alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavəyə, sonradan isə xx.xx.2020-ci il tarixində ******* saylı alqısatqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə bağlanmışdır. xx.xx.2019-cu il tarixində ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 714 manat olan 1 ədəd mal almışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh 12 ay ərzində ödəmək ilə, alınan məhsulun dəyərini ödəməli idi, ancaq müəyyən ödənişləri etdikdən sonra cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdehin iddaçıya xx.xx.2021-ci il tarixinə olan borcu 231 manat təşkil edir. Müqavilənin 5.4 bəndinə əsasən Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə, Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i miqdarında dəbbə pulu ödəməlidir. 2021-ci il dekabr ayının 09-na dəbbə pulu 24 manat təşkil edir. xx.xx.2020-ci il tarixində ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 802 manat olan 1 ədəd mal almışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh 12 ay ərzində ödəmək ilə alınan məhsulun dəyərini ödəməli idi, ancaq müəyyən ödənişləri etdikdən sonra cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixinə olan borcu 497 manat təşkil edir. Müqavilənin 5.4 bəndinə əsasən Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə, Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i miqdarında dəbbə pulu ödəməlidir. 2021-ci il dekabr ayının 29-na dəbbə pulu 47 manat təşkil edir. Beləliklə, cavabdehin "xxxx" MMC-nə hər 2 müqavilə üzrə olan borcu 728 manat əsas, 71 manat dəbbə pulu olmaqla, cəmi 799 manat təşkil etmişdir. İddiaçı tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443, 445, 448, 600.1, 600.4 və 600.5-ci maddələri ilə əsaslandıraraq, xx.xx.2019-cu il tarixli, ******* saylı və xx.xx.2020-ci il tarixli, ******* saylı müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə yaranmış 728 manat əsas, 71 manat dəbbə pulu olmaqla, cəmi 799 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-si ilə Cavabdeh arasında bağlanılmış 04 noyabr 2019-cu il tarixli, ******* saylı müqavilə, həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə və 07 mart 2020-ci il tarixli, ******* saylı müqavilə, həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, cavabdehə 12 ay müddətinə 2 ədəd mal satılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-si ilə bağladığı xx.xx.2019-cu il tarixli, ******* saylı və xx.xx.2020-ci il tarixli, ******* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 728 manat əsas, 71 manat dəbbə pulu olmaqla, cəmi 799 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xəbərdarlığın surətindən məlum olur ki, cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqmda müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə bağladığı 04 noyabr 2019-cu il tarixli, ******* saylı və 07 mart 2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 04 noyabr 2019-cu il tarixli müqavilə üzrə 231 manat ödənilməmiş əsas borc, 24 manat dəbbə pulu və 07 mart 2020-ci il tarixli müqavilə üzrə 497 manat əsas borc və 47 manat dəbbə pulu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 799 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 04 noyabr 2019-cu il tarixli müqavilə üzrə 231 manat ödənilməmiş əsas borc, 24 manat dəbbə pulu və 07 mart 2020-ci il tarixli müqavilə üzrə 497 manat əsas borc və 47 manat dəbbə pulu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 799 manat borc və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2613/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2613/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver