Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2617/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********10 nömrəli xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 2431,73 manat əsas borc, 26,94 manat faiz borcu və 0,01 manat cərimə olmaqla, cəmi 2458,68 manat məbləğində kredit borcunun, BPM**********52 nömrəli xx.xx.2022-ci il tarixli Tam kart müqaviləsinə əsasən ayrılmış kredit xətti üzrə 300 manat əsas borc, 36,94 manat faiz borcu olmaqla, cəmi 336,94 manat borcun, həmçinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 47,96 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: "xxxx" ASC-nin Nəsimi filialı ilə X3 arasında bağlanmış BPM**********10 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən X2 illik 21 faizlə 48 ay müddətinə 2700 manat məbləğində kredit verilmişdir. Eyni zamanda "xxxx" ASC-nin İmişli filialı ilə X3 arasında bağlanmış BPM**********52 nömrəli xx.xx.2022-ci il tarixli Tam kart müqaviləsinə əsasən X2 illik 24 faizlə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti ayrılmışdır. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və ölüm faktı Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınaraq,xx.xx.2023-cü il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Kredit müqavilələri üzrə borc qaldığından tərəflərindən sorğu verilmiş və 6 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisindən əldə edilən xx.xx.2024-cü il tarixli, 2988/2024 nömrəli məktubdan müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır. İddia ərizəsinə əlavə edilən maliyyə arayışlarından da göründüyü kimi, borc alanın Banka BPM**********10 nömrəli xx.xx.2023cü il tarixli Kredit Müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 2431.73 manat əsas borc, 26.94 manat faiz borcu və 0.01 qəpik cərimə olmaqla, cəmi 2458.68 manat məbləğində kredit borcu, BPM**********52 nömrəli xx.xx.2022-ci il tarixli Tam kart müqaviləsinə əsasən ayrılmış kredit xətti üzrə 300 manat əsas borc, 36.94 manat faiz borcu olmaqla, cəmi 336.94 manat borcu qaldığından, vərəsə olan cavabdehə öhdəliyin yerinə yetirilməsi haqqında tərəflərindən xx.xx.2024-cü il tarixdə bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilmişdir. Beləliklə, borc alanın müqavilə üzrə kredit borcu mirası qəbul etmiş vərəsə tərəfindən ödənilmədiyi üçün, borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti ümumilikdə 2795.62 manat olduğundan, tərəflərindən 47.96 manat dövlət rüsumu və bank xidməti haqqı ödənilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini bildirmişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları "xxxx" ASC ilə X3 arasında xx.xx.2023-cü il tarixli BPM**********10 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X2 illik 21%-lə, 48 ay müddətinə 2700 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə X3 arasında xx.xx.2022-ci il tarixli BPM**********52 nömrəli Tam kart müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X2 illik 24%-lə, 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2023-cü il tarixli, 475 saylı “Ölüm haqqında şəhadətnamə”yə əsasən, X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X1 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş, xx.xx.2024cü il tarixində cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********60 reyestr nömrəli, **********56 qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə, 165 (yeni qaydalar ilə: ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi ibarət olmuşdur. Notariat ofisi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, X1 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş, xx.xx.2025-ci il tarixində cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********59-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71,7 kv/m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.025 ha olan torpaq sahəsindən ibarət olmuşdur. xx.xx.2022-ci il tarixli BPM**********52 nömrəli Tam kart müqaviləsi ilə bağlı təqdim edilmiş maliyyə arayışına əsasən, X1 xx.xx.2025-ci ilədək Banka ödənilməmiş 300 manat əsas, 36,94 manat faiz borcu olmaqla, cəmi 336,94 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixli BPM**********10 nömrəli Kredit Müqaviləsi ilə bağlı təqdim edilmiş maliyyə arayışına əsasən, X1 xx.xx.2025-ci ilədək Banka ödənilməmiş 2431,73 manat əsas, 26,94 manat faiz, 0,01 manat cərimə borcu olmaqla, cəmi 2458,68 manat borcu qalmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, X3 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, X3 müqavilələr əsasında iddiaçıdan kredit vəsaitini almasına və kredit xəttinin açılmasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaya hesablanmış cərimənin iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək, belə qənaətə gəlir ki, iddia məhkəmə işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə əsas borc məbləğinə mütənasibdir və, iddia bu hissədə də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 ölümündən sonra Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. Göründüyü kimi, Cavabdeh miras əmlakları qəbul etmiş, bununla da, mərhumdan qalmış əmlak hüquqlarının (miras aktivi) ilə yanaşı vəzifələrin (miras passivi) toplusunu da qəbul etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən kredit müqaviləsi və kredit xətti müqaviləsi üzrə əsas, faiz və cərimə borcları Cavabdeh bankın xeyrinə tutulmalıdır. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 47,96 manat manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC ilə X3 arasında xx.xx.2022-ci il tarixli BPM**********52 nömrəli Tam kart müqaviləsi üzrə əsas borca görə 300 (üç yüz) manat, faiz borcuna görə 36,94 (otuz altı manat doxsan dörd qəpik) manat, ümumilikdə 336,94 (üç yüz otuz altı manat doxsan dörd qəpik) manat, xx.xx.2023-cü il tarixli BPM**********10 nömrəli Kredit Müqaviləsi üzrə əsas borca görə 2431,73 (iki min dörd yüz otuz bir manat yetmiş üç qəpik) manat, faiz borcuna görə 26,94 (iyirmi altı manat doxsan dörd qəpik) manat, cərimə borcuna görə 0,01 (bir) qəpik, ümumilikdə 2458,68 (iki min dörd yüz əlli səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47,96 (qırx yeddi manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2617/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2617/2025
30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver