Məhkəmə qərarları › İş №e-2(011)-2641/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2641/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2641/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2019cu il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Philips Tozsoran, Philips Fen ütü, İmei kodu **********73291 Samsung J2 2018 markalı telefon, İmei kodu **********69664 İphone 7 markalı telefon, İmei kodu **********75386 Huawei Y9 Prime markalı telefon, Sony Playstation-4, İmei kodu **********95155 Xiaomi Mi 9 SE markalı telefon, İmei kodu **********06334 X1 7 markalı telefon, Philips Fen-daraq 2 ədəd almış və nəticədə 2974 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 360 manat, Philips Tozsoran üçün ümumilikdə 280 manat olmaqla, ondan 255 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 77 manat (11 ay x 7 manat + 0 manat ilkin ödəniş) Philips Fen ütü üçün ümumilikdə 30 manat olmaqla ondan, 28 manat ödənilməmiş hissə, 2 manat cərimə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 400 manat (20 ay x 20 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********73291 Samsung J2 2018 markalı telefon üçün ümumilikdə 88 manat olmaqla ondan, 80 manat ödənilməmiş hissə, 8 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1771 manat (18 ay x 91 manat + 133 manat ilkin ödəniş İmei kodu **********69664 İphone 7 markalı telefon üçün ümumilikdə 408 manat olmaqla ondan, 371 manat ödənilməmiş hissə, 37 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1627.2 manat (18 ay x 90.4 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********75386 Huawei Y9 Prime markalı telefon, Sony Playstation-4 üçün ümumilikdə 1475 manat olmaqla ondan, 1341 manat ödənilməmiş hissə, 134 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 918 manat (18 ay x 51 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********95155 Xiaomi Mi 9 SE markalı telefonüçün ümumilikdə 392 manat olmaqla ondan, 357 manat ödənilməmiş hissə, 35 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 666 manat (18 ay x 37 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********06334 X1 7 markalı telefon üçün ümumilikdə 227 manat olmaqla ondan, 207 manat ödənilməmiş hissə, 20 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 374 manat (11 ay x 34 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********47711 NOKİA8000 markalı telefon, Philips Fen-daraq - 2 ədəd üçün ümumilikdə 74 manat olmaqla ondan, 68 manat ödənilməmiş hissə, 6 manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Philips Fen-daraq və Zəmanət + 1 ildən xx.xx.2019-cu il tarixində imtina etmiş və məhsul 187 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır.. Cavabdehin xx.xx.2019- cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 119 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 187 manat, ümumilikdə 306 manat, digər 7 müqavilə üzrə cəmi ödədiyi məbləğ 3180.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh Philips Tozsoran üçün 255 manat ödənilməmiş hissə, 25 manat cərimə, Philips Fen ütü üçün 28 manat ödənilməmiş hissə, 2 manat cərimə, İmei kodu **********73291 Samsung J2 2018 markalı telefon üçün 80 manat ödənilməmiş hissə, 8 manat cərimə, İmei kodu **********69664 İphone 7 markalı telefon üçün 371 manat ödənilməmiş hissə, 37 manat cərimə, İmei kodu **********75386 Huawei Y9 Prime markalı telefon, Sony Playstation-4 üçün 1341 manat ödənilməmiş hissə, 134 manat cərimə, İmei kodu **********95155 Xiaomi Mi 9 SE markalı telefon üçün 357 manat ödənilməmiş hissə, 35 manat cərimə, İmei kodu **********06334 X1 7 markalı telefon üçün 207 manat ödənilməmiş hissə, 20 manat cərimə, Philips Fen-daraq üçün 68 manat ödənilməmiş hissə, 6 manat cərimə, ümumilikdə 2974 manat borc, 49.74 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, cavabdehə İMEİ kodu **********73291 Samsung J2 2018 markalı telefon, İmei kodu **********69664 İphone 7 markalı telefon, İmei kodu **********06334 X1 7 markalı telefon, Philips Tozsoran, 2 ədəd Philips Fen-daraq, Philips Fen ütü, İmei kodu **********95155 Xiaomi Mi 9 SE, Sony Playstation-4 verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ümumilikdə 88 manat olmaqla, ondan 80 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumilikdə 408 manat, 371 manat ödənilməmiş hissə, 37 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumilikdə 227 manat, 207 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumilikdə 280 manat, 255 manat ödənilməmiş hissə, 25 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumilikdə 74 manat, 68 manat ödənilməmiş hissə, 6 manat cərimə borcu,xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumilikdə 392 manat, 357 manat ödənilməmiş hissə, 35 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumilikdə 30 manat, 28 manat ödənilməmiş hissə, 2 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ümumilikdə 1475 manat, 1341 manat ödənilməmiş hissə, 134 manat cərimə borcu vardır. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə qısa müddətdə borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqmda müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 80 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 371 manat ödənilməmiş hissə, 37 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 207 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 255 manat ödənilməmiş hissə, 25 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 68 manat ödənilməmiş hissə, 6 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 357 manat ödənilməmiş hissə, 35 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 28 manat ödənilməmiş hissə, 2 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1341 manat ödənilməmiş hissə, 134 manat cərimə borcu olmaqla, ümumilikdə 2974 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 80 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 371 manat ödənilməmiş hissə, 37 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 207 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 255 manat ödənilməmiş hissə, 25 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 68 manat ödənilməmiş hissə, 6 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 357 manat ödənilməmiş hissə, 35 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 28 manat ödənilməmiş hissə, 2 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1341 manat ödənilməmiş hissə, 134 manat cərimə borcu olmaqla, ümumilikdə 2974 manat məbləğində pul vəsaiti və 49,74 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar