Məhkəmə qərarları › İş №e-2(011)-2649/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2649/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2649/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********77623 olan Xiaomi Redmi 13C markalı telefon, İmei kodu **********53823 olan X1 12 markalı telefon, İmei kodu **********30348 olan X1 12 markalı telefon, İmei kodu **********73288 olan X1 12 markalı telefon almış və nəticədə 1032,08 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 426,24 manat (12 ay x 35.52 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********77623 olan Xiaomi Redmi 13C markalı telefon üçün ümumilikdə, 473,01 manat olmaqla, ondan, 345,7 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 103,71 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 537 manat (12 ay x 44.75 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********53823 olan X1 12 markalı telefon üçün ümumilikdə 224,71 manat olmaqla, ondan 154,7 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat, müştəriyə güzəşt olunaraq 46,41 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 480,96 manat (12 ay x 40.08 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********30348 olan X1 12 markalı telefon üçün ümumilikdə 199,81 manat olmaqla ondan, 153,7 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46,11 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 534,96 manat (12 ay x 44.58 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********73288 olan X1 12 markalı telefon üçün ümumilikdə 134,55 manat olmaqla ondan, 103,5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31,05 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1221,56 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. İddiaçı göstərilənlərə nəzərə alaraq, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********77623 olan Xiaomi Redmi 13C markalı telefon üçün 345,7 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 103,71 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********53823 olan X1 12 markalı telefon üçün 154,7 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat, müştəriyə güzəşt olunaraq 46,41 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********30348 olan X1 12 markalı telefon üçün 153,7 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46,11 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********73288 olan X1 12 markalı telefon üçün 103,5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31,05 manat cərimə olmaqla, ümumilikdə 1032,08 manat borc, 30,33 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 31 avqust 2023-cü il, 08 oktyabr 2023-cü il, 12 dekabr 2023-cü il və 26 aprel 2024-cü il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, cavabdehə İmei kodu **********73288 olan X1 12 markalı telefon, İmei kodu **********30348 olan X1 12 markalı telefon, İmei kodu **********53823 olan X1 12 markalı telefon və İmei kodu **********77623 olan Xiaomi Redmi 13C markalı telefon satılmışdır. İş materiallarında olan 23 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 31 avqust 2023-cü il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 534,96 manat (12 ay x 44,58 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********73288 olan X1 12 markalı telefon üçün ümumilikdə 134,55 manat olmaqla, ondan 103,5 manat ödənilməmiş hissə, 31,05 manat cərimə, 08 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 480,96 manat (12 ay x 40,08 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********30348 olan X1 12 markalı telefon üçün ümumilikdə 199,81 manat olmaqla, ondan 153,7 manat ödənilməmiş hissə, 46,11 manat cərimə, 12 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 537 manat (12 ay x 44,75 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********53823 olan X1 12 markalı telefon üçün ümumilikdə 224,71 manat olmaqla, ondan 154,7 manat ödənilməmiş hissə, 46,41 manat cərimə İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 26 aprel 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 426,24 manat (12 ay x 35,52 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********77623 olan Xiaomi Redmi 13C markalı telefon üçün ümumilikdə 473,01 manat olmaqla, ondan 345,7 manat ödənilməmiş hissə, 103,71 manat cərimə İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 1032,08 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı 03 yanvar 2025-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil,həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcüd mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, Cavabdeh 31 avqust 2023-cü il, 08 oktyabr 2023-cü il, 12 dekabr 2023-cü il və 26 aprel 2024-cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 31 avqust 2023-cü il tarixli müqaviləyə əsasən 103,5 manat ödənilməmiş məbləğ (əsas borc), 08 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən 153,7 manat ödənilməmiş məbləğ (əsas borc), 12 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən 154,7 manat ödənilməmiş məbləğ (əsas borc), İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 26 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 345,7 manat ödənilməmiş məbləğ (əsas borc), İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borcluların əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsini nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 31 avqust 2023-cü il, 08 oktyabr 2023-cü il, 12 dekabr 2023cü il və 26 aprel 2024-cü il tarixli müqavilələr üzrə hesablanmış dəbbə borcunun məbləğinin 10%-dək azaldılaraq cavabdehdən 31 avqust 2023-cü il tarixli müqavilə üzrə 10 manat məbləğində cərimə, 08 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 15 manat məbləğində cərimə, 08 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 15 manat məbləğində cərimə və 26 aprel 2024-cü il tarixli müqavilə üzrə 34 manat cərimə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 31 avqust 2023-cü il, 08 oktyabr 2023-cü il, 12 dekabr 2023-cü il və 26 aprel 2024-cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 31 avqust 2023-cü il tarixli müqaviləyə əsasən 103,5 manat ödənilməmiş məbləğ (əsas borc) və 10 manat cərimə, 08 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən 153,7 manat ödənilməmiş məbləğ (əsas borc) və 15 manat cərimə, 12 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən 154,7 manat ödənilməmiş məbləğ (əsas borc), İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum və 15 manat cərimə, 26 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 345,7 ödənilməmiş məbləğ (əsas borc), İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum və 34 manat cərimə borcu olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə cəmi 878,8 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 31 avqust 2023-cü il tarixli müqaviləyə əsasən 103,5 manat ödənilməmiş məbləğ (əsas borc) və 10 manat cərimə, 08 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən 153,7 manat ödənilməmiş məbləğ (əsas borc) və 15 manat cərimə, 12 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən 154,7 manat ödənilməmiş məbləğ (əsas borc), İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum və 15 manat cərimə, 26 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 345,7 ödənilməmiş məbləğ (əsas borc), İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum və 34 manat cərimə borcu olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə cəmi 878,8 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qismən təmin edildiyindən, iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 30,33 manat dövlət rüsumunun 85%-i, yəni 26 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 15 %-i, yəni 4,33 manat iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar