Məhkəmə qərarları › İş №e-2(011)-2653/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2653/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2653/2022 28.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh Oqtay oğluna qarşı “borc tələbi” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh Oqtay oğluna qarşı “borc tələbi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 04 oktyabr 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 03 mart 2022-ci il tarixinə yaranmış 3.50 manat əsas, 0.50 cərimə borcu olmaqla, cəmi 4 manat; 30 noyabr 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 141 manat əsas, 21.10 cərimə borcu olmaqla, cəmi 162.10 manat; 02 fevral 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 130 manat əsas, 19.50 manat cərimə borcu olmaqla, cəmi 149.50 manat, ümumilikdə 315.60 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh Oqtay oğlundan alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh Oqtay oğlu arasında bağlanmış 04 oktyabr 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən sonuncu, aldığı “Samsung A115” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 37 manat olmaqla cəmi 433.50 manat; 30 noyabr 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən sonuncu, aldığı “Samsung A115” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 37 manat olmaqla cəmi 433.50 manat; 02 fevral 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsinə əsasən sonuncu, aldığı “Samsung A025” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 26 manat olmaqla cəmi 304 manat, ümumilikdə üç müqavilə üzrə 1171 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh Oqtay oğlu müqavilələrin şərtlərini pozaraq sonuncu dəfə 04 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 26 oktyabr 2021-ci il tarixdə 74 manat, 02 fevral 2021-ci il tarixli müqavilə üzrə 26 oktyabr 2021-ci il tarixdə 52 manat, üç müqavilə üzrə qalıq qalmış 274.50 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh Oqtay oğlu arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən Cavabdeh Oqtay oğlu tərəfindən alınan məhsullar üçün hər ay müəyyən məbləğdə pul vəsaiti ödənilməli olmuş, lakin cavabdeh öz özdəliyini lazımınca icra etmədiyindən onun borcu yaranmışdır. Yaranmış borcla əlaqədar "xxxx" MMC tərəfindən Cavabdeh Oqtay oğluna xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Oqtay oğlu arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən Cavabdeh Oqtay oğlu müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin əsas borca aid hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi hər üç müqavilə üzrə əsas borca aid hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 30 noyabr 2020-ci il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 21.10 manat dəbbə məbləği azaldılaraq 5 manat məbləğində; 02 fevral 2021-ci il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 19.50 manat dəbbə məbləği azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Oqtay oğlundan 04 oktyabr 2020-ci il tarixli ********* saylı müqaviləyə əsasən 3.50 manat əsas, 0.50 manat cərimə borcu; 30 noyabr 2020-ci il tarixli ********* saylı müqaviləyə əsasən 141 manat əsas, 5 manat cərimə borcu; 02 fevral 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən 130 manat əsas, 2 manat cərimə borcu olmaqla, ümumilikdə 282 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Oqtay oğlundan 04 oktyabr 2020-ci il tarixli ********* saylı müqaviləyə əsasən 3.50 (üç manat əlli qəpik) manat əsas, 0.50 (əlli qəpik) manat cərimə borcu; 30 noyabr 2020-ci il tarixli ********* saylı müqaviləyə əsasən 141 (bir yüz qırx bir) manat əsas, 5 (beş) manat cərimə borcu; 02 fevral 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən 130 (bir yüz otuz) manat əsas, 2 (iki) manat cərimə borcu olmaqla, ümumilikdə 282 (iki yüz səksən iki) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar