Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2658/2024 17.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəiyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 aprel 2019-cu il tarixli ***-*******NK030419-01 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş cəmi 6911.21 (altı min doqquz yüz on bir manat 21 qəpik) manat məbləğində borcun-bundan 4686.28 (dörd min altı yüz səksən altı manat 28 qəpik) manat əsas, 1847.93 (bir min səkkiz yüz qırx yeddi manat 93 qəpik) manat faiz borcunun, 377 (üç yüz yetmiş yeddi) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 89.11 (səksən doqquz manat 11 qəpik) manat dövlət rüsumunun Cavabdeh oğlundan tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nın nümayəndəsi Əlizadə Muradov tərəflər arasında barışıq sazişi bağlandığını bildirərək və Barışıq Sazişini təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh mübahisənin həlli barədə razılıq əldə olunduğundan barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli ”Barışıq sazişi” bağlamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından, həmin saziş tərəflərin iradə ifadəsi olduğundan, həmçinin mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən, tərəflərin barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191 və 261-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: LPO İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: Bir tərəfdən ləğv prosesində olan İddiaçı ASC, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X2 şəxsində (bundan sonra “İddiaçı" adlanacaq), digər tərəfdən Cavabdeh şəxsində (bundan sonra “Cavabdeh” adlanacaq) (ş/v AZE ********, verilib: Bakı şəh., Xətai ray.. N.Rəfiyev küç, ev 14, m 426) (bundan sonra İddiaçı və Cavabdeh birlikdə “Tərəflər” adlanacaqlar), aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu Sazişi imzaladılar. Maddə 1. Sazişin mövzusu "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış ***-*******NK030419-01 saylı, xx.xx.2019-cu tarixli kredit müqaviləsi üzrə yaranmış 6.911,21 (altı min doqquz yüz on bir manat, 21 qəpik) manat borc məbləğinin Cavabdehdən tutulmasına dair məhkəmə mübahisəsi. Maddə 2. Barışıq sazişinin şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdehin ***-*******NK030419-01 saylı, xx.xx.2019cu tarixli kredit müqaviləsinə əsasən, iddia tələbi üzrə 4.686,28 (dörd min altı yüz səksən altı manat 28 qəpik) manat əsas borcu, 2.224,93 manat (iki min iki yüz iyirmi dörd manat 93 qəpik) manat faiz borcu və 89.11 (səksən doqquz manat 11 qəpik) manat cərimə borcu mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, borc məbləğinin ödənilməsi istiqamətində hərəkətlərin edildiyi, yəni kredit müqaviləsi üzrə ilkin 2.000 (iki min manat) manat məbləğinin 30 (otuz) iş günü müddətində ödənilməsi təmin edilməklə, yerdə qalan kredit borcu isə aylara bölünərək ödənildiyi təqdirdə güzəşt tətbiq edilir. 2.3. Bu Sazişin 2.2-ci bəndinin icrası təmin olunduqdan sonra kredit müqaviləsi üzrə güzəşt əsasında yerdə qalan 3.290 (üç min iki yüz doxsan) manat borc məbləğinin 6 (altı) ay müddətində bərabər hissələrə bölünməklə ödənilməsi təmin edilsin və yeni ödəniş qrafikinin icrasını Cavabdeh öz üzərinə götürür. 2.4. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə 2 (iki) ay ərzində əməl edilmədiyi halda, bu Saziş qüvvədən düşmüş hesab edilməklə, verilən güzəştlər ləğv edilir. 2.5. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.6. Bu Sazişin 2.2-ci, 2.3-cü bəndlərinin icrası Cavabdeh tərəfindən tam təmin olunduqdan sonra bank əməliyyat sistemində olan qalıq borc məbləğinə güzəşt tətbiq edilərək balansdan və bank əməliyyat sistemindən silinməsi təmin ediləcəkdir. 2.7. Tərəflər razılaşırlar ki. bu Sazişin 2 3-cü bəndində göstərilən şərtlər, yəni 3.290 (üç min iki yüz doxsan manat) manat məbləğinin 6 (altı) ay müddətində bərabər hissələrə bölünməklə ödənilməsinə 2 (iki) ay ərzində əməl edilmədiyi halda, qərar qüvvədən düşmüş hesab edilir və bu qərarla verilən güzəştlər ləğv ediləcək və borcun tutulması üçün müvafiq icra qurumuna müracit ediləcəkdir. Maddə 3. Digər şərtlər 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 3.3. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə: 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1 və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.
4. Yekun müddəalar 4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib olunur. Tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262-ci maddəsinin nəticələri barədə xəbərdar olunur və onlar bu nəticələrlə razılaşırlar. LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev