Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2664/2021 12.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehxxxx“qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, MTK tərəfindən yaradılan maneələrin qadağan edilməsi, əmlakın təhvil verilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdehxxxx“qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, MTK tərəfindən yaradılan maneələrin qadağan edilməsi, əmlakın təhvil verilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1i mərtəbədə 137 kv.m qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsindən istifadə və sahiblik etmək üçün Cavabdeh MTK tərəfindən iddiaçıya maneələrin yaradılmasının qadağan edilməsi, ünvan 1i mərtəbədə 137 kv.m qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, 24.000 manat əldən çıxmış faydanın, 460 manat hüquqi xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili mülki işin aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının iddia ərizəsində sahiblik və istifadə hüququnun tanınmasını tələb etdiyi ünvan-ünvan 1i mərtəbədə yerləşən 137 kv.m qeyri-yaşayış sahəsi Gəncə şəhəri Kəpəz rayonu ərazisində yerləşir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mövcud iddia tələbi müstəsna aidiyyətə görə mübahisəli daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə mübahisəli əmlakın Gəncə şəhəri Kəpəz rayonu ərazində yerləşməsi əsasına görə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılmalı olan iddia tələbidir. Buna görə də işə onun müstəsna aidiyyətinə görə aid olduğu Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinə əmlakın yerləşdiyi yer üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia məhkəməyə aidiyyəti üzrə yanlış verildiyindən və aidiyyət qaydaları pozulduğundan, hazırkı mülki iş baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehxxxx“qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, MTK tərəfindən yaradılan maneələrin qadağan edilməsi, əmlakın təhvil verilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş müstəsna aidiyyət üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün ərzində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-2664/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2664/2021
12.04.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver