Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2676/2023 04.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı ASC-nin Sabunçu filialı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədi ilə 24 ay müddətinə illik 23 faiz ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir.
2. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 170010817/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır.
3. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı əlavə saziş bağlanmışdır. X1 əsasən kreditorun borcalana 4000 manat məbləğində verdiyi krediti qalıq məbləği bu sazişin qüvvəyə mindiyi tarixə 2787.43 manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır.
4. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********909 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdirlər.
5. xx.xx.2023-cü il tarixə Cavabdeh2 nun kredit üzrə cəmi borcu 5615.07 manat təşkil edir. Bundan 2041.77 manat əsas, 1975.15 manat faiz, 1302.75 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 295.40 manat faiz borcu təşkil edir.
İddiaçının tələbi:
6. xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 2041.77 manat əsas, 1975.15 manat faiz, 1302.75 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 295.40 manat faiz borcu olmaqla, cəmi 5615.07 manat məbləğində borcun və iş üzrə ödənilmiş 76.16 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
Cavabdehin şəxsin etirazı:
7. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
8. İddiaçının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir.
9. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixində) iştirak edən Cavabdeh2 tələb edilən əsas borc məbləğinə etirazı olmadığını, lakin faiz borcunu qəbul etmədiyini qeyd etmişdir.
10. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
11. Bakı Apellyasiya Məhkəmsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarına əsasən, İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir.
12. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən, kreditor borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müdətə və faizlər ödənilmək əsasında kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödəməyi öz öhdəsinə götürmüşdür.
13. xx.xx.2015-ci il tarixli, **********58 saylı kassa məxaric orderinə əsasən, Cavabdeh2 4000 manat məbləğində pul verilmişdir;
14. 70005666-29 üzrə müqaviləyə əlavəyə əsasən, 36 ay müddətinə illik faiz dərəcəsi 23% olmaqla, 2787.43 manat əsas borc, 1097 manat faiz borcu, cəmi isə 3884.43 manat ödənilməsi müəyyən edilmişdir.
15. xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən, Cavabdeh2 24 ay müddətinə illik 23 faiz ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmiş, şəxs tərəfindən ödəniləcək ümumi məbləğ 5028.53 manat müəyyən edilmişdir.
16. xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən, Cavabdeh2 24 ay müddəinə hər ay 209.53 manat olmaqla, ümumilikdə 5028.53 manat ödəməyi öhdəsinə götürmüşdür.
17. xx.xx.2015-ci il tarixli 170010817/ZM nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götrmüşdür.
18. xx.xx.2015-ci il tarixli 170010817/ZM nömrəli zaminlik müqaviləsinə 1 saylı əlavəyə əsasən, banka ödəniləcək ümumi məbləğ 5039 manat müəyyən edilmiş, zaminin borcalanla birgə məsuliyyət daşıdığı qeyd edilmişdir.
19. xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 1 saylı əlavı sazişə əsasən, kreditorun boralana 4000 manat məbləğində verdiyi kreditin qalıq məbləği bu sazişin qüvvəyə mindiyi tarixə 2787.43 manat təşkil edir.
20. xx.xx.2023-cü il tarixli, **********507 saylı arayışa əsasən, xx.xx.2023-cü il tarixə Cavabdeh2 banka əsas borc məbləği 2041.77 manat, faiz borcu 1975.15 manat, cərimə borcu 1302.75 manat, gecikdiilmiş vaxt üçün hesablanan faiz məbləği 295.40 manat olmaqla, cəmi borc 5615.07 manat təşkil edir. 21. xx.xx.2023-cü il tarixli poçt qəbzinə əsasən Cavabdeh2 qeyd olunan ünvanda yaşamadığına görə zərf ona çatdırılmamışdır
22. xx.xx.2023-cü tarixli xəbərnaməyə əsasən, zərf Cavabdeh1 şəxsən verilmişdir.
23. xx.xx.2022-ci il tarixli, **********909 saylı bildirişə əsasən, Cavabdeh2 və Cavabdeh1 5596.59 manat məbləğində borcun 3 gün ərzində ödənilməsini təmin etmək tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
26. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
27. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh2 oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2). Həmçinin digər Cavabdeh1 zamin qismində kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürməsi müəyyən olunmuşdur.
28. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsas borc hissəsində tam təmin edilməlidir.
29. Məhkəmə həmçinin iddia tələbinin cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən dəbbə pulunun 1341.82 manat məbləğində deyil, 204.17 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir.
29. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2041.77 manat məbləğində əsas kredit borcunun, 1975.15 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 204.17 manat dəbbə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 295.40 manat faiz borcu olmaqla, cəmi 4516.49 manat pul məbləği Bank İddiaçı ASC-nin (ləğv prosesindədir) xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65,16 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia tələbi qismən təmin edilsin.
2. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4516.49 manat pul vəsaiti tutularaq İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilsin.
3. İddiaçı tərəfindən ödənilmiş 65,16 (altmış beş manat on altı qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilsin.
4. İddia tələbi qalan hissədə təmin edilməsin.
5. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova