Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2686/2023 13.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1220***-*******02L kredit limiti razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 23703.17 manat məbləğində əsas kredit borcunun, 2294.79 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 186.69 manat məbləğində cəriməni, cəmi 26184.65 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödəmnilmiş 168,56 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ciil tarixli 1220***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən cavabdeh xx.xx.2023 Cavabdeh2 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli 1FİZAM108860402 saylı zaminlik müqaviləsi bağlanmış və o, kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 48 ay müddətinə illik 18% dərəcəsi ilə (aylıq ödəniş 822.72 manat olmaqla hər ayın 24-dək ödənilmək şərti ilə) 28.000 (iyirmisəkkiz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə,eləcədə öhdəlik üzrə zamini Cavabdeh1dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 23703.17 manat məbləğində əsas kredit borcu, 2294.79 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 186.69 manat məbləğində cərimə borcu olmaqla,cəmi 26184.65 manat məbləğində borcu qalmaqdadır.. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 1220***-*******02L saylı xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsindən görünür ki, Cavabdeh2 120 ay müddətinə, xx.xx.2031-ci il tarixədək 50000.00 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit üzrə faktiki illik faiz dərəcəsi min 15%-max 40%-dir. Ödəmə vaxtı çatmış lakin borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 34 (otuz dörd) faizdən artıq olmamaqla hesablanacaqdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 1FİZAM108860402 nömrəli “zaminlik müqaviləsi” bağlanmışdır. xx.xx.2021-ci il tarixli SMS bildirişindən görünür ki, Cavabdeh1 (əlaqə nömrəsi: +**********99) 48 ay müddətinə, illik 18 faiz dərəcəsi, 0 AZN komissiya ilə 28000 AZN kredit təklifi edilmişdir. Aylıq ödəniş 822.72 AZN olmaqla hər ayın 24-dək ödənilməlidir. Kreditə razılıq verilməsi üçün 1, kreditdən imtina üçün 2 yazıb 9144 qısa nömrəsinə və ya +**********44 mobil nömrəsinə göndərilməsi bildirilmişdir. xx.xx.2021-ci il tarixli digər SMS bildirişindən görünür ki, Cavabdeh2 kreditin verilməsi barədə təklifi qəbul etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 əsas kredit limiti müqaviləsinə əsasən 23703.17 manat məbləğində əsas borcu, 2294.79 manat məbləğində faiz borcu, kredit müqaviləsi üzrə əsas borc üzrə hesablanmış 40.73 manat cərimə borcu, kredit müqaviləsi üzrə faiz borcu üzrə hesablanmış 145.96 manat məbləğində cərimə borcu, cəmi 26184.65 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlərə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 168.96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-2686/2023 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəməyə təqdim edilmiş 9/5431 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli 1220***-*******02L saylı kredit müqaviləsi üzrə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 "xxxx" ASC-ə olan borcu xx.xx.2023-cü il tarixə (maliyyə arayışının verildiyi tarixə) əsas borc üzrə 23642.75 manat, faiz borcu üzrə 2482.49 manat, xx.xx.2023-cü il tarixə (iddia ərizəsinin verildiyi tarixə) 23642.75 manat, faiz borcu 2671.63 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsaəsn ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 23703.17 manat məbləğində əsas kredit borcunun, 2294.79 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 186.69 manat məbləğində cəriməni, cəmi 26184.65 manat məbləğində borcun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, iş üzrə verilmiş ekspertiza rəyindən bəlli olur ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun məbləği 23642.75 manat təşkil edir. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 23642.75 manat əsas borc tutulmalıdır. Məhkəmə iddia tələblərinin digər hissələri ilə bağlı iddiaçı tərəfindən iddia tələblərinin həcminin artırılması barədə ərizə daxil olmadığını əsas gətirərək bildirir ki, məhkəmə iddia tələbindən kənara çıxmayaraq, iddianın qalan hissəsinə iddia ərizəsinə uyğun olaraq baxmalı və o hissədə iddia təmin edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh1 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1220***-*******02L saylı kredit müqaviləsinin ləğv edilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən və götürdüyü borcu qaytarmadığından, cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən edilməli, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1220***-*******02L saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə 23642.75 manat əsas, 2294.79 manat faiz, 186.69 cərimə borcu olmaqla, ümumilikdə cəmi 26124,23 manat müştərək qaydada İddiaçı ASCyə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 168.56 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Bank Respublika” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1220***-*******02L saylı kredit müqaviləsi ləğv edilsin. 23642.75 (iyirmi üç min altı yüz qırx iki manat yetmiş qəpik) manat əsas, 2294.79 (iki min iki yüz doxsan dörd manat yetmiş doqquz) manat faiz, 186.69 (yüz səksən altı manat altmış doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 26124,23 (iyirmi altı min yüz iyirmi dörd manat iyirmi üç qəpik) manat və 168.56 (yüz altmış səksən manat əlli altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 alınaraq, İddiaçı ASC-nə ödənilsin. 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-2686/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2686/2023
13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver