Məhkəmə qərarları › İş №e-2(011)-2721/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2721/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2721/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 17.02.2022-ci il tarixinə yaranmış 23.08.2020-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 54 manat əsas borc, 8,10 manat cərimə olmaqla, cəmi 62,10 manat, 23.08.2020-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 9 manat əsas borc, 1,30 manat cərimə olmaqla, cəmi 10,30 manat və 07.10.2020-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 95,50 manat əsas, 14,30 manat cərimə, cəmi 109,80 manat, ümumilikdə 182,20 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında 23.08.2020-ci il tarixdə 1 ədəd «X1 8 Pro» markalı mobil telefonun satılması barədə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə əşyanın ümumi dəyəri 619 manat olmaqla, ödəniş müddəti 12 ay, aylıq ödənişi isə 52 (sonuncu ay üçün 47 manat) manat müəyyən edilmişdir. Əşya cavabdehə 23.08.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında 23.08.2020-ci il tarixdə 1 ədəd «H-Fi» markalı naqilsiz qulağcıqın satılması barədə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə əşyanın ümumi dəyəri 49 manat olmaqla, ödəniş müddəti 12 ay, aylıq ödənişi isə 4 (sonuncu ay üçün 5 manat) manat müəyyən edilmişdir. Əşya cavabdehə 23.08.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında 07.10.2020-ci il tarixdə 1 ədəd «Samsung A515” markalı mobil telefonun satılması barədə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə əşyanın ümumi dəyəri 639 manat olmaqla, ödəniş müddəti 12 ay, aylıq ödənişi isə 54 (sonuncu ay üçün 45 manat) manat müəyyən edilmişdir. Əşya cavabdehə 07.10.2020-ci il tarixdə təhvil verilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “X1 8 Pro" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 52 manat olmaqla cəmi 619 manat, 23.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı aksessuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 4 manat olmaqla cəmi 49 manat və 07.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı- satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "Samsung A515” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 54 manat olmaqla cəmi 639 manat, ümumilikdə üç müqavilə üzrə 1307 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq. 23.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 01.10.2021-ci il tarixində 45 manat. 23.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 30.06.2021-ci il tarixində 4 manat və 07.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 01.10.2021-ci il tarixdə 57.5 manat ödəniş etmiş və üç müqavilə üzrə cəmi qalıq qalmış 158.5 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər üç müqavilə üzrə 237 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 237 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 23.7 manat iddiaçıya ödənilməlidir. Beləliklə, cavabdeh 17.02.2022-ci il tarixədək iddiaçıya olan borcu 23.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən. 54 manat əsas. 8.1 manat cərimə, cəmi 62.1 manat, 23.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən. 9 manat əsas, 1.3 manat cərimə, cəmi 10.3 manat, 07.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən. 95.5 manat əsas. 14.3 manat cərimə, cəmi 109.8 manat, üç müqavilə üzrə 158.5 manat əsas, 23.7 manat cərimə, cəmi 1 82.2 manat təşkil etmişdir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd edilən avadanlıqların nisyə alqı-satqısı barədə 23.08.2020-ci il tarixli və 07.10.2020-ci il tarixli 3 ədəd müqavilə bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirərək razılaşdırılmış əşyaları cavabdehə vermiş, lakin cavabdeh aldığı əşyaların dəyərini müqavilədə nəzərdə tutulmuş müddət ərzində iddiaçıya tam qaytarmamışdır. İddiaçının verdiyi maliyyə arayışına görə cavabdeh tərəfindən 17.02.2022-ci il tarixinədək cavabdehin - 23.08.2020-ci il tarixli müqavilə üzrə 565 manat ödəniş edilmiş, həmin müqavilə üzrə əsas borcu 54 manat və cərimə borcu 81 manat, 23.08.2020-ci il tarixli müqavilə üzrə 40 manat ödəniş edilmiş, həmin müqavilə üzrə əsas borcu 9 manat və cərimə borcu 13 manat, 07.10.2020-ci il tarixli müqavilə üzrə 543,50 manat ödəniş edilmiş, həmin müqavilə üzrə əsas borcu 95,50 manat və cərimə borcu 143 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd edilən müddəalara və şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair öhdəliyə malik olmuşdur. Lakin cavabdeh göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı tərəflər arasında bağlanmış müqavilələrin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, adı çəkilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçı dövlət rüsumunu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 23.08.2020-ci il tarixli müqavilə üzrə 54 manat əsas borc, 8,10 manat cərimə, 23.08.2020-ci il tarixli müqavilə üzrə 9 manat əsas borc, 1,30 manat cərimə və 07.10.2020-ci il tarixli müqavilə üzrə 95,50 manat əsas borc, 14,30 manat cərimə olmaqla, ümumilikdə 182,20 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar