Məhkəmə qərarları › İş №e-2(011)-2747/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2747/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2747/2022 29.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı iddiaçı “ABC-Telecom“ MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “ABC-Telecom“ MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, 21176445 saylı müqaviləyə əsasən, Gorenje Aspirator üçün 125 (bir yüz iyirmi beş) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, xx.xx.2020-ci il tarixli, 21036271 saylı müqaviləyə əsasən Hoffman Kondisioner üçün 816 (səkkiz yüz on altı) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat cərimə, xx.xx.2020-ci il tarixli, 22131634 saylı müqaviləyə əsasən Samsung Tozsoran üçün 212.3 (iki yüz on iki manat otuz qəpik) manat ödənilməmiş hissə, 21.7 (iyirmi bir manat yetmiş qəpik) manat cərimə və xx.xx.2021-ci il tarixli, 22246430 saylı müqaviləyə əsasən Hansa Plitə üçün 522.4 (beş yüz iyirmi iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 52.6 (əlli iki manat altmış qəpik) manat cərimə, ümumilikdə 1843 (bir min səkkiz yüz qırx üç) manat borc və 38.43 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “ABC-Telecom“ MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, Gorenje Aspirator, Hoffman Kondisioner, Samsung Tozsoran və Hansa Plitə almış və nəticədə 1843 (bir min səkkiz yüz qırx üç) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (yəni 12 ay x 27 manat + 0 manat ilkin ödəniş) Gorenje Aspirator üçün ümumilikdə 137 (bir yüz otuz yeddi) manat olmaqla, ondan 125 (bir yüz iyirmi beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12 (on iki) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1252.8 (bir min iki yüz əlli iki manat səksən qəpik) manat (yəni 24 ay x 52.2 manat + 0 manat ilkin ödəniş) Hoffman Kondisioner üçün ümumilikdə 897 (səkkiz yüz doxsan yeddi) manat olmaqla, ondan 816 (səkkiz yüz on altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 81 (səksən bir) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 321.3 (üç yüz iyirmi bir manat otuz qəpik) manat (yəni 9 ay x 35.7 manat + 0 manat ilkin ödəniş) Samsung Tozsoran üçün ümumilikdə 234 (iki yüz otuz dörd) manat olmaqla, ondan 212.3 (iki yüz on iki manat otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.7 (iyirmi bir manat yetmiş qəpik) manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 566.4 (beş yüz altmış altı manat qırx qəpik) manat (yəni 12 ay x 47.2 manat + 0 manat ilkin ödəniş) Hansa Plitə üçün ümumilikdə 575 (beş yüz yetmiş beş) manat olmaqla, ondan 522.4 (beş yüz iyirmi iki manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52.6 (əlli iki manat altmış qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 788.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “müştəri” mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Buna baxmayaraq cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 21176445 saylı müqaviləyə əsasən borcluya 12 ay müddətinə, aylıq 27 manat ödəmək şərti ilə 324 manat məbləğində Gorenje Aspirator verilmiş, ilkin ödəniş kimi cavabdeh ödəniş etməmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 21036271 saylı müqaviləyə əsasən borcluya 24 ay müddətinə, aylıq 52.2 manat ödəmək şərti ilə 1252.8 manat məbləğində Hoffman Kondisioner verilmiş, ilkin ödəniş kimi cavabdeh ödəniş etməmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 22131634 saylı müqaviləyə əsasən borcluya 9 ay müddətinə, aylıq 35.7 manat ödəmək şərti ilə 321.3 manat məbləğində Samsung Tozsoran verilmiş, ilkin ödəniş kimi cavabdeh ödəniş etməmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 22246430 saylı müqaviləyə əsasən borcluya 12 ay müddətinə, aylıq 47.2 manat ödəmək şərti ilə 566.4 manat məbləğində Hansa Plitə verilmiş, ilkin ödəniş kimi cavabdeh ödəniş etməmişdir. İş materiallarında olan 07 mart 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə bağlanmış 21176445 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində 199 manat məbləğində ödəniş etmiş, lakin qalan 125 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 12 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 137 manat məbləğində borc müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixdə bağlanmış 21036271 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində 436.8 manat məbləğində ödəniş etmiş, lakin qalan 816 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 81 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 897 manat məbləğində borc müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixdə bağlanmış 22131634 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində 109 manat məbləğində ödəniş etmiş, lakin qalan 212.3 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 21.7 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 234 manat məbləğində borc müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixdə bağlanmış 22246430 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində isə 44 manat məbləğində ödəniş etmiş, lakin qalan 522.4 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 52.6 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 575 manat məbləğində borc müəyyən olunmuşdur. Beləliklə cavabdeh qeyd edilən müqavilələr üzrə ümumilikdə 788.8 manat məbləğində ödəniş etmiş, 1675.7 manat məbləğində ödənilməmiş hissə və 167.3 manat məbləğində cərimə ilə birlikdə ümumilikdə 1843 manat məbləğində borc müəyyən olunmuşdur. İş materiallarında olan iddiaçı “ABC-Telecom“ MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyi tələb etmiş, əks təqdirdə iddiaçı tərəfindən aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 38.43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında həmin malın dəyərini razılaşdırılmış şərtlərlə və müddətə iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almasına dair hüququndan istifadə etmiş, malın dəyərini razılaşdırılmış şərtlərlə və müddətə ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimələrin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki hallarını və əsas borc məbləğlərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimələrin məbləği əsas borc məbləğlərinə mütənasib olmadığından, tələb edilən cərimələrin məbləği azaldılaraq xx.xx.2020-ci il tarixli, 21176445 saylı müqavilə üzrə 8.75 manat məbləğində, xx.xx.2020-ci il tarixli, 21036271 saylı müqavilə üzrə 57.12 manat məbləğində, xx.xx.2020-ci il tarixli, 22131634 saylı müqavilə üzrə 14.93 manat məbləğində və xx.xx.2021-ci il tarixli, 22246430 saylı müqavilə üzrə 36.56 manat məbləğində, ümumilikdə 117.44 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 38.43 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat +1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 21176445 saylı müqavilə üzrə əsas borca görə 125 (bir yüz iyirmi beş) manat, cərimə borcuna görə 8.75 (səkkiz manat yetmiş beş qəpik) manat, xx.xx.2020-ci il tarixli, 21036271 saylı müqavilə üzrə əsas borca görə 816 (səkkiz yüz on altı) manat, cərimə borcuna görə 57.12 (əlli yeddi manat on iki qəpik) manat, xx.xx.2020-ci il tarixli, 22131634 saylı müqavilə üzrə əsas borca görə 212.3 (iki yüz on iki manat otuz qəpik) manat, cərimə borcuna görə 14.93 (on dörd manat doxsan üç qəpik) manat, xx.xx.2021-ci il tarixli, 22246430 saylı müqavilə üzrə əsas borca görə 522.4 (beş yüz iyirmi iki manat qırx qəpik) manat, cərimə borcuna görə 36.56 (otuz altı manat əlli altı qəpik) manat,ümumilikdə 1793.06 (bir min yeddi yüz doxsan üç manat altı qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 38.43 (otuz səkkiz manat qırx üç qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “ABC- Telecom“ MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar