Məhkəmə qərarları › İş №e-2(011)-2754/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2754/2022

17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2754/2022 17.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, İddiaçı "Finca Azərbaycan” MM Qeyri-Bank Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 1275.00 manat, faiz borcuna görə 273,00 manat, cərimə borcuna görə 29,40 manat, cəmi 1577,40 manməbləğində borcun və 35,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MMQBKT-nın xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Finca Azerbaijan” MM QBKT ilə cavabdeh ƏmCavabdeh2rasında bağlanmış 24071.2014-cü il tarixli, **********000650 say kredit müqaviləsinə əsasən borcluya isiik 2337faiz dərəcəsi olmaqla 14 5y müddətinə 25300 USmanatəbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 20254 manatlmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq MuAbduıayeva Elmira Sənan qızıamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, ƏmCavabdeh2ıərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 24071.2014-cü il tarixli, **********000650 saylı kredit müqaviləsi xx.xx.2015-cı il tarixli eyni nömrəli restrukturizasiya olunmuş və ohdəliyin icra olunmamış hissəsi, əsas borc 1360,00, faiz 0,00, cərimə 0,00 manat müəyyən edilmişdir. Eyni tarixli, zaminlik müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 borc məbləği, əsas borc üzrə 1275,00 manat, faiz borcuna görə 273,00 manat, cərimə borcuna görə 29,40 manat, cəmi 1577,40 manat təşkil edir. Cavabdehlər ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin, danışıqlar heç bir nəticə verməmişdir və kreditor “Finca Azerbaijan” MM QBKT öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün müvafiq məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qənaətinə gəlmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 iddiaya etiraz edərək iddianın qismən təmin edilməsini xahix etdi. Cavabdeh1 xx.xx.2022-ci il tarixində vəfat etdiyindən, mülki icraata cavabdeh X2 aid olan hissədə xitam verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı X5-Bank Kredit Təşkilatı ilə kredit alan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********0650 saylı Kredit müqaviləsinə əsasən, iddiaçı kredit alana biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 37% faiz dərəcəsi olmaqla 15 ay müddətinə 3000(üç min) manat məbləğində kredit vermişdir. Zamin Cavabdeh1 kredit müqaviləsi üzrə faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və Kredit Alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alanla eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan, İddiaçı X5-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli **********0650 saylı Kredit müqaviləsinin Restrukturizasiyasına dair Sazişə əsasən tərəflər razılaşmırdırlar ki, kredit müqaviləsi üzrə Kredit Alanın Kredit Verənə qalıq əsas borcu 1360, 00 AZN, hesablanmış və ödənilməmiş faizlər 0.00 AZN, cərimə isə 0.00 AZN təşkil edir. Tərəflər qalıq borcu olaraq, aşağıdakı məbləği qəbul edirlər: 1360.00 AZN, Bu Sazişin 2-ci maddəsində göstərilən məbləğ 12 ay müddətində tamamilə ödəniləcəkdir. Sazişin bağlandığı tarixdən etibarən Sazişin 2-ci maddəsində göstərilən qalıq məbləğinə 40% dərəcəsi ilə faizlər hesablanacaqdır. Kredit Alan tərəfindən ödənişlər bu Sazişə əlavə edilən Ödəniş Cədvəli əsasında həyata keçiriləcəkdir. Digər Kredit Alan bu Saziş üzrə öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə Kredit verənin hüququ vardır ki, kreditin ödənişini bu Saziş imzalananadək tətbiq olunan şərtlərlə və ödəniş cədvəli üzrə tələb etsin. Bu Saziş Kredit müqaviləsinin tərkib hissəsidir. Bu Sazişin bağlanması Kredit müqaviləsinə və **********573 saylı Zaminlik müqaviləsinə xitam vermir və Kredit Verənin Kredit müqaviləsi üzrə hüquqları tam qüvvədə qalır. Hazırkı Saziş Kredit verənin xx.xx.2014-cü il tarixli kredit və zaminlik müqavilələri üzrə hər hansı hüququndan imtina kimi qəbula edilə bilməz. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə 1275,00 manat əsas, 273,00 manat faiz və 29,40 manat cərimə borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xəbərdarlıqdan görünür ki, cavabdehdən borcunu qısa vaxt ərzində Banka ödəməyi tələb olunur. Borc könüllü olaraq ödənilmədiyi təqdirdə bank tərəfindən məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 35.80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb Cavabdeh2 tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, borclu müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasibdir və 29.40 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 35.80 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır, buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə kredit alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********0650 saylı müqavilə üzrə əsas borc üzrə 1277,40 (bir min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat, faiz borcu üzrə 273,00 (iki yüz yetmiş üç manat), cərimə borcu üzrə 29,40 (iyirmi doqquz manat qırx qəpik), cəmi 1577,40 (bir min beş yüz yetmiş yeddi manat qırx qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35.80 (otuz beş manat səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı X5-Bank Kredit Təşkilatına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar