Məhkəmə qərarları › İş №e-2(011)-2757/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2757/2024

06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2757/2024 06.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Behbudov Orxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – xx xxxxxxxx 1985-ci il təvəllüdlü Cavabdeh 27 mart 2022ci il tarixli, ZBK6168252 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1.066 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu, 21 avqust 2022-ci il tarixli, ZBK6169126 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1.284 manat əsas borc, müqavilə üzrə hesablanmış 300 manat faiz borcu, 49 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 2.899 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla 27 mart 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1.379 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1.066 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1.279 manat faiz borcu yaranmışdır (1.066 manat x 120 gün x 1%=1.279 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 200 manat məbləğində tələb edir. Bundan başqa, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 21 avqust 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1.369 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1.284 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1.926 manat faiz borcu yaranmışdır (1284 manat x 150 gün x 1%=1.926 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 300 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 27 mart 2022-ci il tarixli, ZBK6168252 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1.066 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu, 21 avqust 2022-ci il tarixli, ZBK6169126 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 1.284 manat əsas borc, müqavilə üzrə hesablanmış 300 manat faiz borcu, 49 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 2.899 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə ZBK6168252 saylı borc müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdeh hissə-hissə ödəniş şərti ilə 1.379 manat məbləğində olan məişət avadanlığı əldə etmişdir, onun 47 manat məbləğində olkin ödənişin və qalan 1.332 manat məbləğinin 18 ay müddətinə aylıq 74 manat olmaqla İddiaçı MMC-nə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin qeyd hissəsinə əsasən Borcalana borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan məbləğ üçün hər günə görə 1% faiz dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödəməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə ZBK6169126 saylı borc müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdeh hissə-hissə ödəniş şərti ilə qiyməti 1.369 manat məbləğində olan məişət avadanlığı əldə etmişdir, onun 85 manat məbləğində olkin ödənişin və qalan 1.284 manat məbləğinin 12 ay müddətinə aylıq 107 manat olmaqla İddiaçı MMC-nə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin qeyd hissəsinə əsasən Borcalana borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan məbləğ üçün hər günə görə 1% faiz dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödəməlidir. İşin materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə üzrə ödənilməmiş 1.066 manat, xx.xx.2022-ci il tarixidə bağlanmış müqavilə üzrə ödənilməmiş 1.284 manat olmaqla ümumilikdə 2.350 manat məbləğində əsas (qalıq) borcu vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia qismən, yəni 2.350 manat məbləğində əsas borcun tutulması hissəsində təmin edilərək, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, borc müqavilələrində faiz borcunun hesablanması nəzərdə tutulmadığından və iddia tələblərində göstərilmiş 1% həcmində məbləğin müqavilələrin “qeyd” hissəsinə görə cərimə kimi hesablanması göstərildiyindən, həmin məbləğlərin faiz qismində tutulması yolverilməzdir. Məhkəmə həmçinin iddianın 49 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 27 mart 2022-ci il tarixli, ZBK6168252 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1.066 (bir min altmış altı) manat əsas borc və 21 avqust 2022-ci il tarixli, ZBK6169126 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1.284 (bir min iki yüz səksən dörd) manat əsas borc olmaqla, cəmi 2.350 (iki min üç yüz əlli) manat borc məbləği və 49 (qırx doqquz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar