Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2762/2024 06.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əliyev Aslan İslam oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********00 nömrəli kredit müqaviləsinə əsasən əsas borca görə 496,24 manat, faiz borcuna görə 5,53 manat olmaqla, cəmi 501,77 manat məbləğinin, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Əliyev Aslan İslam oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********00 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, 18 faiz dərəcəsi ilə 5.500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. 121036 saylı ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, Əliyev Aslan İslam oğlu xx.xx.2020-ci il tarixində vəfat etmişdir. 2V-177 nömrəli, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, Cavabdeh Əliyev Aslan İslam oğlunun qanun üzrə vərəsəsidir. Yuxarıda adı çəkilən xx.xx.2019-cu il tarixli, BPM**********00 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024cü il tarixinə cavabdehin əsas borca görə 496,24 manat, faiz borcuna görə 5,53 manat olmaqla, cəmi 501,77 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2023-cü il tarixində 6-2-22/2-35958/2023 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir İddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməklə məhkəməyə çağırılsalar da, onlar məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Əliyev Aslan İslam oğlu arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, BPM**********00 nömrəli kredit müqaviləsinə əsasən “Borc verən” ("xxxx" ASC) “Borc alana” (Əliyev Aslan İslam oğlu) 12 ay müddətinə 5.500 manat məbləğində, kreditdən istifadəyə görə illik 18% ödəmək şərti ilə kredit verməyi, Borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Əliyev Aslan İslam oğlunun xx.xx.2019-cu il tarixli nağd kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinədək 5.003,76 manat ödənilməmiş əsas borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli BPM**********00 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş “kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli”ndən görünür ki, Əliyev Aslan İslam oğlunun xx.xx.2019-xx.xx.2020-ci il tarixlərində hər ay 504,3 manat, xx.xx.2020-ci il tarixdə 503,52 manat məbləğində ödəniş etməsi (əsas borcun ödənişi və faiz ödənişinin cəmi) müəyyənləşdirilmişdir. İşin materiallarından görünür ki, "xxxx" ASC tərəfindən Əliyev Aslan İslam oğlunun vərəsəsi: Cavabdeh kredit borcunun qaytarılmasına dair xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ünvanlanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, Əliyev Aslan İslam oğlu xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölmüşdür. İş materiallarında olan 2 saylı Bakı şəhəri “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən Cavabdeh verilmiş xx.xx.2021-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş Əliyev Aslan İslam oğlunun vərəsəsi oğlu – Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən miras əmlak – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD475254 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2020291A724448, mühərrikin nömrəsi və buraxılış ili 1998-ci il olan “Mercedes Benz C280” minik markalı 99CN408 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı kredit üzrə hesablanmış borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Əliyev Aslan İslam oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, o kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə borcun Əliyev Aslan İslam oğlunun vərəsəsi olan Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, BPM**********00 nömrəli kredit müqaviləsinə əsasən, ödənilməmiş 496,24 (dörd yüz doxsan altı manat iyirmi dörd qəpik) manat əsas borc məbləği, 5,53 (beş manat əlli üç qəpik) manat faiz borcu olmaqla, cəmi 501,77 (beş yüz bir manat yetmiş yeddi qəpik) manat borc məbləği, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (sıfır manat qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-2762/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2762/2024
06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver