Məhkəmə qərarları › İş №e-2(011)-277/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-277/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-277/2022 28.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Cavabdeh1, Cavabdeh2 iştirakları ilə İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 24.11.2020-ci il tarixli, 2020/00253-01 №-li istehlak kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən kreditin əsas borcu üzrə 50000 manat məbləğində qalıq, ona hesablanmış 9010.64 manat məbləğində faiz borcu, ödənişin gecikdirilməsinə görə hesablanmış 9650 manat məbləğində dəbbə pulu, cəmi 68660.64 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 96,8 kv.m ümumi sahədən ibarət 40 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 85000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin borcu üzrə 50000 manat məbləğində qalıq, ona hesablanmış 9010.64 manat məbləğində faiz borcu, ödənişin gecikdirilməsinə görə hesablanmış 9650 manat məbləğində dəbbə pulu, cəmi 68660.64 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun "xxxx" BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 09.03.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tərəflər arasında bağlanmış 24.11.2020-ci il tarixli, 2020/00253-01 №-li istehlak kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X3 oğlundan kreditin əsas borcu üzrə 50000 manat məbləğində qalıq, ona hesablanmış 16920,96 manat məbləğində faiz borcu, ödənişin gecikdirilməsinə görə hesablanmış 18600 manat məbləğində dəbbə pulu, cəmi 85520,96 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 96,8 kv.m ümumi sahədən ibarət 40 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 85000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin borcu üzrə 50000 manat məbləğində qalıq, ona hesablanmış 16920,96 manat məbləğində faiz borcu, ödənişin gecikdirilməsinə görə hesablanmış 18600 manat məbləğində dəbbə pulu, cəmi 85520,96 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun "xxxx" BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi N.Nümayəndə iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.11.2020-ci il tarixli, 2020/00253-01 №-li İstehlak Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 39 ay müddətinə illik 32% hesablanmaq şərti ilə 50000 manat məbləğində kredit verilmişdir, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 96.8 kv.m ümumi sahədən ibarət 40 saylı mənzili (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ: Reyestr №**********40- 25101-093067, Qeydiyyat № 1 116081041, tarix 29.11.2016) ipoteka predmeti kimi Finoko» BOKT ASC-yə təqdim etmiş və bu barədə 24.11.2021-ci il tarixli, 2020/00253- 21 İP №-li X2 bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 02.12.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir, ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 85000 AZN. məbləğində müəyyən edilmişdir, lakin hazırda ekspertiza ilə həmin evin likvid dəyəri 120.000 manat müəyyən edilmişdir, həmin məbləğ ilə razıdır, cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır, vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir, bunlara baxmayaraq "xxxx" BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə "borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir, lakin faizlər bugünə kimi ödənilməmişdir, iddia ərizəsiin məhkəməyə verildiyi tarixdən olduqca çox müddət keçmişdir, bu səbəbdən faiz borcun məbləği ilə bağlı iddia tələbi dəqiqləşdirilmişdir. Sonda iddiaçının nümayəndəsi N.Nümayəndə deyilənlərin nəzərə alınmaqla iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 oğlu məhkəməyə ərizə təqdim edərək iddia tələbini qismən qəbul etdiyini bildirmiş, qeyd etmişdir ki, 50000 manat əsas, 16920,26 manat faiz borcunu qəbul edir, iddia tələbini qalan hissədə qəbul etmədiyini bildirmişdir. Sonda S.Ə.Həsənəliyev qeyd etdiklərinin nəzərə alınmasıı məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuş ev ona məxsusdur, evinin satılmasını istəmir. Sonda Cavabdeh2 qeyd olunanların nəzərə alınmasıı məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında 24 noyabr 2020-ci il tarixli 2020/00253-01 №-li İstehlak Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən kredit alana illik 32%-lə 39 ay müddətinə 50.000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 24.11.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT ASC tərəfindən X3 oğlunun hesabına 50000 manat köçürülmüşdür. İş materiallarından görünür ki, ipoteka saxlayan İddiaçı BOKT ASC ilə ipoteka qoyan Cavabdeh2 və borc alan X3 oğlu arasında olan 24.11.2020-ci il tarixli 2020/00253-01İP saylı X2 ilə ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 07 noyabr 2017-ci il tarixli 2017/00560-01 №-li İstehlak kredit müqaviləsinə, 13 iyun 2018-ci il tarixli 2018/00249-01 №-li İstehlak Kredit Müqaviləsinə və 24 noyabr 2020-ci il tarixli 2020/00253-01 №-li İstehlak Kredit Müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir, ipoteka predmeti ünvan 1 ünvanında yerləşən 96,8 kv.m ümumi sahədən ibarət 40 saylı mənzildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən elektron çıxarışın surətindən görünür ki, hüququ yüklü edilən şəxs Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 70 mənzil 40 İddiaçı BOKT AS-nin xeyrinə yüklü edilmişdir, bu barədə dövlət reyestrində 2566 nömrəli reyestr kitabının 239033 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 07.09.2021-ci il tarixə olan hesabdan çıxarışdan görünür ki, 24 noyabr 2020-ci il tarixli 2020/00253-01 №-li İstehlak Kredit Müqaviləsinə əsasən illik 32% dərəcəsi ilə 50000 manat məbləğində kredit verilmişdir, kredit üzrə ödəniş 30.03.2021-ci il tarixdə 1300 manat, 26.04.2021-ci il tarixdə 2177 manat olmaqla, cəmi 3477 manatdır. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 bildiriş məktubu göndərilməklə ondan 24 noyabr 2020-ci il tarixli 2020/00253-01 №-li İstehlak Kredit Müqaviləsinə əsasən borcunu ödəməsi tələb edilmiş, əks halda ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun başlayacağı qeyd edilmişdir. İş materiallarında olan İddiaçı BOKT ASC-yə ünvanlanmış 04.08.2021-cii l tarili məktubun surətindən görünür ki, 12.07.2021-ci il tarixli elektron müraciətə əsasən Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 70 ünvanında yerləşən 96,8 kv.m ümumi sahədən ibarət 40 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdir. İş materiallarında olan 08.09.2021-ci il tarixli Borc haqqında Arayışdan görünür ki, qalıq borc kreditə görə 50000 manat, faiz borcu üzrə 9010,64 manat, dəbbə borcu üzrə 9650 manat, cəmi 680660,64 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09.12.2021-ci il tarixli, 9/8169 saylı ekspert rəyindən görünür ki, X3 oğlu tərəfindən banka ödənilməmiş pul vəsailərinə dair hesabdan çıxarış məlumatları və 24.11.2020-ci il tarixdə bağlanmış 2020/00253-01 №-li İstehlak Kredit Müqaviləsi şərtləri əsas götürülməklə X3 oğlunun 07.09.2021-ci il tarixədək bank olan borcu 07.09.2021-ci il tarixə əsas borc üzrə 50000 manat, faiz borcu üzrə 9100,78 manat, ümumilikdə 59100,78 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 28.01.2022-ci il tarixli 06 saylı mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 40 saylı 5 otaqlı mənzilin hazırkı bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri təqribən 120.000 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında 39 ay müddətinə illik 32 faiz olmaqla 50.000 manat məbləğində kredit verilməsini nəzərdə tutan 24 noyabr 2020-ci il tarixli 2020/00253-01 №-li İstehlak Kredit Müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 50.000 manat məbləğində krediti bankdan götürmüşdür, kredit müqaviləsinin təminatı olaraq ipoteka müqavilə bağlanmış, Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı BOKT ASC-nin xeyrinə yüklü edilmişdir, həmin mənzilin hazırkı bazar qiymətinə uyğun olaraq satış məbləği 120000 manat təşkil edir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və onun hazırda banka ödənilməmiş əsas və faiz borcu qalmışdır, bu barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir, cavabdeh iddia tələbini əsas və faiz borcu hissədə qəbul edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, yuxarıda adı çəkilən 24 noyabr 2020-ci il tarixli 2020/00253-01 №-li İstehlak Kredit Müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 1000 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, cavabdeh X3 oğlundan 24 noyabr 2020-ci il tarixli 2020/00253-01 №-li İstehlak Kredit Müqaviləsinə əsasən əsas borc üzrə 50000 manat, 16920,96 manat məbləğində faiz və 1000 manat məbləğində dəbbə pulu, cəmi 67920,96 manat məbləğində borc İddiaçı ASC-yə ödənilməli, tələb ipoteka predmetinə yönəldilməli, ünvan 1 ünvanında yerləşən 96,8 kv.m ümumi sahədən ibarət 40 saylı mənzilin qiyməti 120000 manat müəyyən olunmalı, həmin mənzil açıq hərracdan satılaraq əldə olunan vəsaitdən cavabdehin İddiaçı BOKT ASC-yə olan borcu silinməli, satışdan əldə olunan pul qətnamənin icrasına kifayət etmədiyi halda qalan hissədə ümumi qaydada icra edilməli, mənzil satıldıqdan 1 ay sonra mənzil boşaldılaraq təhvil verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat X3 oğluna aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, məhkəmə-mühasibat ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat, məhkəmə-qiymətləndirmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat cavabdehə aid edilməli, ondan 100 manat alınaraq dövlət büdcəsinə, 200 manat isə alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 24 noyabr 2020-ci il tarixli 2020/00253-01 №-li İstehlak Kredit Müqaviləsi ləğv edilsin. Cavabdeh1 24 noyabr 2020-ci il tarixli 2020/00253-01 №-li İstehlak Kredit Müqaviləsinə əsasən əsas borc kimi 50000 manat, faiz borcu kimi 16920,96 manat, dəbbə pulu kimi 1000 manat, cəmi 67920 (altmış yeddi min doqquz yüz iyirmi) manat 96 (doxsan altı) qəpik məbləğində pul vəsaiti, dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 96,8 kv.m ümumi sahədən ibarət 40 saylı mənzilə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın və borc ünvan 1 ünvanında yerləşən 96,8 kv.m ümumi sahədən ibarət 40 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına “Finoko BOKT ASC-yə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. ünvan 1 ünvanında yerləşən 96,8 kv.m ümumi sahədən ibarət 40 saylı mənzilin dəyəri 120000 (yüz iyirmi min) manat müəyyən edilsin. Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 96,8 kv.m ümumi sahədən ibarət 40 saylı mənzilə yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə olan istifadə hüququna xitam verilsin və mənzi boşaldılaraq iddiaçıya təhvil verilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Cavabdeh1 məhkəmə-mühasibatlıq ekspertizalarının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************), qiymətləndirməyə dair ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat tutularaq "xxxx" MMC-yə (Hesab: AZ57A11B400500C**********211, Kod: 201229, Müxbir hesab: AZ37NABZ013501**********1944 (AZN), VÖEN (BANK): **********, SWİFT: A11BAZ2XXXX) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar