Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-277/2025 15.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 18.000 manat maddi zərərin əvəzi, 3000 manat hüquqi xidmət xərcinin əvəzi, 153 manat dövlət rüsumunun əvəzi, cəmi 21.153 (iyirmi bir min bir yüz əlli üç) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 18.000 manat maddi zərərin əvəzinin, 3000 manat hüquqi xidmət xərcinin əvəzinin, 153 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 aprel 2024-cü il tarixdə saat 07 radələrində mənə məxsus olan “Mercedes BENZ E270 CDİ” minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 24- cü kilometri istiqamətində hərəkətdə olarkən Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan “Mercedes BENZ E270 CDİ” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq sağa, yəni orta zolağa manevr edərək idarə etdiyim avtomobil ilə toqquşmuş, zərbənin təsirindən avtomobil idarəetmədən çıxaraq sağ tərəfdəki birtərəfli yol təhlükəsizlik səddinə çırpılmış, ardından yoldan çıxıb sağ tərəfdəki çökəkliyə düşərək su anbarının metal çəpərinə çırpılmışdır. Zərbənin təsirindən mənə məxsus olan “Mercedes BENZ E270 CDİ” minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil tam yarasız hala düşmüşdür. 06 may 2024-cü il tarixdə yol-nəqliyyatı hadisəsi faktı ilə bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavəsitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən araşdırma aparılmış və faktla bağlı toplanmış HK-1/329 №-li material üzrə Azərbaycan Respublikası CPM-nin 86, 39.1.2 və 212-ci maddəsini rəhbər tutaraq cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul etmiş, “Mercedes BENZ E270 CDİ” minik markalı, 99- FX-106 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmiş Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti DYP-nə göndərmişdir. Beləliklə, Cavabdeh1 “Mercedes BENZ E270 CDİ” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ (Etibarnamə) olmadan idarə etmişdir. Cavabdeh1 təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində mənə məxsus avtomaşına dəyən zərəri müəyyən etmək üçün avtomaşın 05 iyun 2024-cü il tarixdə “ORİON AVTO SERVİS”-ə aparılmış, WDB 2100161B111427 ban nömrəli, “Mercedes BENZ E270 CDİ” (2000-ci il) minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə servis əməkdaşları tərəfindən baxış keçrilmişdir. Avtomobilin keçirdiyi avtoqəzədan aldığı zədələrə əsasən təmirə tam yararsız olduğu müəyyən olunmuşdur. Onu da qeyd edək ki, avtomaşının bugünki bazar dəyəri 18000 AZN təşkil edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 xx.xx.2025-ci il tarixli ərizəsinə istinad edərək izahatında bildirirdi ki, iddia tələbini qismən qəbul edir, 9300 manat ziyanin vurulduğunu təsdiq edir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, xx.xx.2024-cü il tarixli nöqsan aktından görünür ki, “Mercedes BENZ E270 CDİ” (ili 2000) markalı, dövlət qeydiyyat nişanı **-CH-*** olan WDB2100161B111427 ban nömrəli avtomobilə servisin əməkdaşları tərəfindən baxış keçirilmiş, avtomobilin keçirdiyi avtoqəzadan aldığı zədələrə əsasən təmirə tam yararsız olduğu müəyyən edilmişdir. İş materiallarında olan, xx.xx.2012-ci il tarixli etibarnamədən görünür ki, “Mercedes BENZ E270 CDİ” (ili 2000) markalı, dövlət qeydiyyat nişanı **-CH-*** olan WDB2100161B111427 ban nömrəli nəqliyyat vasitəsini İddiaçı həmin nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsinə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi X3 və ya X4 etibar etmişdir. İş materillarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə inzibati tənbeh görülsün. Həmin Qərardan görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Cavabdeh1 xx.xx.2024-cü il tarixdə saat 07 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 24-cü kilometrində etibarnamə olmadan idarə etdiyi Mercedes BENZ E270 CDİ minik markalı 99FX106 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sol zolağı ilə Bakı şəhəri istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozarak sağa, yəni orta zolağa manevr edərək həmin zolaqda eyni istiqamətdə 80-90 km/saat sürətlə hərəkətdə olan X1 idarə etdiyi Mercedes BENZ E270 CDİ minik markalı 50CH070 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən avtomobillər idarəetmədən çıxaraq 99FX106 dövlət qeydiyyat nişanlı avtomobil sağ tərəfdəki birtərəfli yol təhlükəsizlik səddinə çırpılmış, 50CH070 dövlət qeydiyyat nişanlı avtomobil isə əvvəl sağ tərəfdəki birtərəfli yol təhlükəsizlik səddinə çırpılmış, ardından yoldan çıxıb sağ tərəfdəki çökəkliyə düşərək su anbarının metal çəpərinə çırpılmış, nəticədə sürücü Cavabdeh1 ehtiyatsızlıqdan X3 dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan xəsarət yetirməsinə səbəb olmuş, avtomobillər birtərəfli yol təhlükəsizlik səddi və su anbarının metal çəpəri əzilərək sahiblərinə ziyan dəymiş yol-nəqliyyat hadisəsi törətmişdir. Odur ki, Cavabdeh1 oğlunun əməlində Azərbaycan Respublikası CM- nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi yoxdur. Lakin təqsirkar sürücü Cavabdeh1 öz hərəkətləri ilə yol hərəkəti qaydaları pozma inzibati xətanı törətmişdir. İş materiallarında olan, İXP6245528 nömrəli İnzibati Xəta haqqında Protokoldan görünür ki, Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. İş materiallarında olan, “İnzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə” haqqında Qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli nöqsan aktından görünür ki, “Mercedes BENZ E270 CDİ” (ili 2000) markalı, dövlət qeydiyyat nişanı **-CH-*** olan WDB2100161B111427 ban nömrəli avtomobilə servisin əməkdaşları tərəfindən təkrar əyani baxış keçirilmiş, avtomobilin keçirdiyi avtoqəzadan aldığı zədələrə əsasən təmirə tam yararsız olduğu müəyyən edilmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli nöqsan aktından görünür ki, “Mercedes BENZ E270 CDİ” (ili 2000) markalı, dövlət qeydiyyat nişanı **-CH-*** olan WDB2100161B111427 ban nömrəli avtomobilə servisin əməkdaşları tərəfindən təkrar əyani baxış keçirilmiş, avtomobilin keçirdiyi avtoqəzadan aldığı zədələrə əsasən təmirə tam yararsız olduğu müəyyən edilmişdir. Avtomobilin avtoqəzadan aldığı zədələrə əsasən ehtiyac olan hissə və detalların siyahısı tərtib edilmiş və akta əlavə olunmuşdur və dəymiş ziyan 18.330 AZN hesablanmışdır. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli 9/10038 nömrəli ekspertizaya əsasən 2000-ci il buraxılışlı “Mercedes BENZ E270 CDİ” minik markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 15.500 manat olmuş, avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələ nəzərə alınmaqla təxminən 9.300 (15.500-40%) manat müəyyən edilmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli məktuba əlavə olunmuş çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan “Mercedes BENZ E270 CDİ” minik markalı **- FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyətçi tərəfindən xx.xx.2023 – xx.xx.2024ci il tarixləri üzrə Cavabdeh3, xx.xx.2024 – xx.xx.2027-ci il tarixləri üzrə X5 etibarnamə verilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh2 məxsus olan, xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə Cavabdeh3 etibar edilmiş və etibarnamə olmadan Cavabdeh1 tərəfindən idarə olunan “Mercedes BENZ E270 CDİ” minik markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə İddiaçıa məxsus olan “Mercedes BENZ E270 CDİ” minik markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə iddiaçıya məxsus nəqliyyat vasitəsinə zərər vurulmuşdur, bununla bağlı Cavabdeh1 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir, iddiaçı avtomobilə vurulmuş zərər qismində 18.000 manat məbləğində pul tələb etmiş, avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı keçirilmiş məhkəmə ekspertizası dəymiş ziyanın məbləğini təxminən 9.300 (15.500-40%) manat həddində müəyyən etmişdir, Cavabdeh3 iddia tələbini qismən (9300 manat həddində) qəbul edir. Bununla belə, cavabdehlərin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən xx.xx.2025-ci il tarixli 9/10038 nömrəli ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği ekspertin həmin rəy üzrə gəldiyi nəticə əsas götürülməklə hesablanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərər 9.300 manat məbləğində qiymətləndirilməlidir. Məhkəmə, dəymiş maddi ziyanın kimdən tutulmasına münasibətdə hesab edir ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borclu olduğundan və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulduğundan, dəymiş maddi ziyan nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2, qəzanın baş verdiyi dövrdə ona etibarnamə əsasında sahiblik edən Cavabdeh3 və qəzanı törətmiş Cavabdeh1 müştərək qaydada alınmalıdır. Məhkəmə, iddia tələbinin “3000 manat hüquqi xidmət xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, bununla bağlı iddiaçı tərəfindən hər hansı sübut (qəbz və s.) təqdim edilmədiyindən, iddia tələbi həmin hissədə əsaslı deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair xx.xx.2022-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə görə, Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada maşına vurulmuş maddi zərərə görə 9300 manat, məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri iddianın təmin edildiyi həcmdə cavabdehə aid edilməli, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 113 manat alınaraq iddiaçıya, işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 avtomobilə vurulmuş maddi zərərə görə ümumilikdə 9300 (doqquz min üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 113 (yüz on üç) manat müştərək qaydada alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-277/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-277/2025
15.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver