Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2778/2022 06.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 30.12.2019-cu il tarixli müqavilə üzrə 733 manat əsas, 73 manat cərimə, 12.09.2019-cu il tarixli müqavilə üzrə 630 manat əsas, 63 manat cərimə və 12.09.2019-cu il tarixli müqavilə üzrə 34 manat əsas, 3 manat cərimə olmaqla, cəmi 1536 manat borcun və 35,36 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında 30.12.2019-cu il tarixdə “Huawei P30 Lite” markalı mobil telefonun və “Huawei” markalı tərəzinin nisyə alqı-satqısı barədə 01178345 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyaların dəyəri 815 manat olmaqla, ödəniş müddəti 20 ay, aylıq ödəniş 40,70 manat müəyyən edilmişdir. Alınan əşyalar cavabdehə 30.12.2019-cu il tarixdə təhvil verilmişdir. Tərəflər arasında 12.09.2019-cu il tarixdə Delonghi İzqara, "Xiaomi Mi" markalı qulaqlığın, "Mi" markalı saat və Mı̇ kronoz saatın nisyə alqı-satqısı barədə 00907870 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyaların ümumi dəyəri 1155 manat olmaqla, ödəniş müddəti 11 ay, aylıq ödəniş 105 manat müəyyən edilmişdir. Alınan əşyalar cavabdehə 12.09.2019-cu il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında 12.09.2019-cu il tarixdə ”İntaleo” markalı üzlük və 1 ədəd aksessuarın nisyə alqı-satqısı barədə 00908080 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın ümumi dəyəri 62 manat olmaqla, ödəniş müddəti 12 ay, aylıq ödəniş 5 manat müəyyən edilmişdir. Alınan əşya cavabdehə 12.09.2019-cu il tarixdə təhvil verilmişdir. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdeh tərəfindən müqavilələr üzrə cəmi 635 manat pul ödənilmiş, əsas borcu 1397 manat və cərimə borcu isə 139 manat təşkil edir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında bağlanmış 30.12.2019-cu il tarixli, 12.09.2019-cu il tarixli və 12.09.2019-cu il tarixli müqavilələrə əsasən, cavabdeh “HuawEİ" P30 Lite” markalı mobil telefon, “Hauwei” markalı tərəzi, Delonghi İzqara "Xiaomi Mi" markalı qulaqlığın, Mi saat, Mı̇ kronoz saat və “İntaleo” markalı üzlük almışdır. Hazırda cavabdehin 1536 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 815 manat (20 ay x 40,7 manat + 1 manat ilkin ödəniş) olan “Hanwei P30 Lite” markalı telefon və “Hauwei” markalı tərəzi üçün onun 733 manat ödənilməmiş əsas, 73 manat cərimə borcu yaranmışdır. 12.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1155 manat (11 ay x 105 manat + 0 manat ilkin ödəniş) olan Delonghi İzqara Xiaomi Mi qulaqlığın, Mi saat və MİKRONOZ saat üçün onun 630 manat ödənilməmiş əsas, 63 manat cərimə borcu yaranmışdır. Eyni zamanda, 12.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 62 manat (12 ay x 5 manat + 2 manat ilkin ödəniş) olan “İntaleo” markalı üzlük üçün onun 34 manat ödənilməmiş əsas, 3 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1385,8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumat göndərilmiş, lakin cavabdehin etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilələrin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Lakin cavabdeh aldığı malların qiymətini ödəniş cədvəlinə uyğun olaraq tam ödəməməklə öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşya qiymətini ödəməli olmasına dair öhdəliyə malik olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin, iddianın hər üç müqavilə üzrə iddia tələbində nəzərdə tutulmüş məbləğdə dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, adı çəkilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 30.12.2019-cu il tarixli və 12.09.2019-cu il tarixli müqavilələr üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimələrin 30.12.2019-cu il tarixli müqavilə üzrə 15 manat və 12.09.2019-cu il tarixli 00907870 saylı müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya pdənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30.12.2019-cu il tarixli müqavilə üzrə 733 manat əsas, 15 manat cərimə, 12.09.2019cu il tarixli müqavilə üzrə 630 manat əsas, 10 manat cərimə və 12.09.2019-cu il tarixli müqavilə üzrə 34 manat əsas, 3 manat cərimə olmaqla, cəmi 1423 manat borc və 35,36 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-2778/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2778/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver